Kinostudiya gülməli ssenari axtarır

Kinostudiya gülməli ssenari axtarır
11 noyabr 2014
# 15:18

Mozalan” kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edir.

Kulis.az- ın “Azərbaycanfilm”kinostudiyasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.

Müsabiqənin şərttlərinə görə, ssenarilərin həcmi 2 çap səhifəsindən artıq olmamalıdır. İştirak etmək üçün yaş və dil məhdudiyyəti qoyulmayıb: "Müsabiqədə peşəkar dramatuqlarla yanaşı özünün bacarığına əmin olan, bizi əhatə edən həyatda gülməli əhvalatlar görüb, onları gülməli ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilər". Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən ad və soyad göstərilməklə imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir. İştirakçılar müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.

Müsabiqəyə təqdim olunan işlər [email protected] elektron ünvanına və ya “Mozalan” studiyasının ünvanına göndərilir: Moskva pr.1, AZ1012, Bakı şəhəri.

Qaliblərin adları 2015-ci il yanvarın 15-dək www.azerbaijanfilm.az saytında və «Mədəniyyət» qəzetində açıqlanacaq.

# 2881 dəfə oxunub

Oxşar xəbərlər

142 milyon dollarlıq tablo

142 milyon dollarlıq tablo

17:00 10 sentyabr 2025
"Çəkiclə vuran hakim" böyük səs-küyə səbəb oldu

"Çəkiclə vuran hakim" böyük səs-küyə səbəb oldu

13:45 9 sentyabr 2025
Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi

Təhlükəli ipucları - Faruk Ulayın hekayəsi

15:00 7 sentyabr 2025
Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə

Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə

10:00 7 sentyabr 2025
“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin  məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

“Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?

15:00 6 sentyabr 2025
Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

17:00 5 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər