Siqarı yandırdı, 2 il həbs cəzası aldı 

Siqarı yandırdı, 2 il həbs cəzası aldı 
23 mart 2013
# 08:30

Kulis.az maraqlı hadisələri təqdim edir.

Bahalı ayrılıq

ABŞ-da yaşayan bir cütlük ayrılmaq qərarına gəlir. Amma normal yox, dava edib ayrılırlar. Kişi iki həftəlik ezamiyyətə gedirmiş. Arvadına deyir ki, mən qayıdanda səni bu evdə görməyim, nəyin varsa, yığışdır get.

İki həftədən sonra kişi evə qayıdır. Görür ki, arvadı həqiqətən də çıxıb gedib. Özünə aid nə varsa, götürüb aparıb. Evi də yığışdırıb. Ancaq yataq otağına girəndə görür ki, telefonun dəstəyi yerdədir. Dəstəyi götürüb qulağına qoyur, baxır ki, bir arvad səsi gəlir. Heç nə başa düşməyən kişi dəstəyi üstünə qoyur.

1 həftə sonra evinə telefon pulu gəlir: 15 min dollar. Sən demə arvadı evdən çıxmamışdan əvvəl Almaniyada avtomatik olaraq hava proqnozunu deyən bir xidməti yığıb, telefonu da açıq qoyub gedibmiş.

Göydən inək düşdü

Yaponiya dənizinin ortasında balıqçı gəmisi batır, ancaq balıqçılar xilas edilir. Amma həmin gün hava açıq imiş, fırtına da olmayıbmış. Balıqçılardan soruşurlar ki, belə havada gəmi niyə batıb? Balıqçıların verdiyi cavaba heç kim inanmayıb. Guya göydən göyərtənin düz ortasına bir inək düşüb. Gəmi deşilib və batmağa başlayıb. Bu hadisəyə inanmayan polislər balıqçılardan şübhələndiklərinə görə onları həbs edirlər. Balıqçılar bir neçə gündən sonra azad edilirlər. Çünki onların yalan demədiyi bəlli olub.

Həmin vaxt bir rus hərbi təyyarəsi yaponların hava məkanı pozmuşdu. Yaponiya hökuməti Rusiyadan izahat istəyib. Rusların açıqlamasından sonra inək hadisəsinin sirri çözülüb. Sən demə bir rus pilotu hərbi təyyarəyə oğurluq inək salıb. Yuxarı qalxdıqdan sonra inək üşüməyə başlayıb və təyyarənin içində o tərəf-bu tərəfə qaçıb. İnəyin qaçması təyyarənin hərəkətini pozub. Bu vaxt yaşanan panika nəticəsində təyyarə Yaponiyan hava məkanını pozmaq məcburiyyətində qalıb. Təxminən 9 min metr yüksəklikdə olan təyyarədə yaranmış problemi həll etmək üçün inəyi aşağı atmaq qərarı veriblər.

Və həmin inək balıqçı gəmisinin düz ortasına düşür.

Siqarlar və sığortaçılar

Amerikada yaşayan bir kişi çox bahalı və nadir tapılan siqarlardan bir qutu alır. Bu siqarları hər hansısa bir yanğına görə sığorta elətdirir. Kişi sonra başlayır siqarları yavaş-yavaş çəkməyə. Siqarlar bitdikdən sonra adam sığorta şirkətinə gedib siqarların yandığını və ona dəymiş zərərin ödənilməsini tələb edir. Şirkət də təbii ki, pulu ödəmək istəmir. Çünki siqarlar ənənəvi formada yanmayıb, sadəcə çəkilmişdi.

Həmin kişi də tənbəllik etməyib məhkəməyə müraciət edir. Hakim kişinin xeyrinə qərar çıxarır. Çünki sığorta müqaviləsində göstərilmişdi ki, siqarlar hər cür yanğına görə sığortalıdır. Şirkət başa düşür ki, kişiyə qarşı iddia qaldırsa, bu məhkəmə çox uzanacaq və onların xeyrinə həll olunmayacaq. Ona görə də həmin adama 15 min dollar ödəmək qərarı verirlər.

Ən maraqlısı isə bundan sonra baş verir. Şirkət polisə müraciət edərək həmin kişini əmlakı qəsdən yandırdığına görə həbs etdirir. Qəhrəmanımız 24 ay azadlıqdan məhrum edilir.

# 3298 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər