Onlar bu sözləri deməkdən bezmirlər

Onlar bu sözləri deməkdən bezmirlər
13 iyul 2013
# 08:00

Analar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız. Kulis.az anaların məşhur ifadələrini bir yerə yığıb.

“Söndür də tay o kompüteri”, “Az otur kompüterin qabağında”

Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.

“Yemək yemisən?”

Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə “yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.

“Betonun üstündə oturma”

Bir bildikləri vardır hər halda.

“Tikəni saxlama, bunu da ye”

O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.

“Qaçma, tərləyərsən”

Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.

Çayxanaya niyə gedirsən? Evdə çay yoxdur?”

Heç bir ana başa düşməz ki, çayxanaya çay içməyə yox, söhbət etməyə gedirlər oğlanlar.

“Ehtiyatlı ol”

Hətta təhlükə olmasa belə.

“Evlən, mən də narahat qalmayım səndən”

Anaların ən böyük arzusu.

“Evə çörək al”

Həmişə də yaddan çıxır.

“Ayağına corab geyin”, “Qalın geyin”

Onlar üçün havanın temperaturunun fərqi yoxdur.

“Ölsəm canınız qurtarardı, sevinərdiniz yəqin”

Anaları əsəbiləşdirmək olmaz.

“Səhərdən işləyirəm, yemək bişirmişəm, evi yığışdırmışam, ölürəm”, “Siz yeyin, yatın”

Bəzən isə deyirlər ki, sanki evdə qulluqçu saxlayırsınız.

“A bala get dərsini oxu, vallah özümə görə demirəm, sənə görə deyirəm, işləyib qazananda mən yadına düşməyəcəm heç”

Həqiqətən də elə adamlar var ki, işləyib qazanandan sonra valideynlərini yada salmır.

“Başı var amma oxumur”

Şərhsiz.

“Sənə gələn bədbəxt olacaq”

Qızlara isə deyirlər ki, səni alan bədbəxt olacaq.

“Atan gəlsin deyəcəm”

Bu sözdən qorxmayan uşaq az tapılardı.

“Bu gün-sabah sən də ana (yaxud ata) olanda görəcəm”

Həqiqətən çətindir.

"Mən beş dəqiqəlik qonşuya gedirəm, sən yarım saat sonra yeməyin altın söndür"

Şərh vermirik, sadəcə gülüb keçin.

“Dur otağı yığışdır, birdən evə qonaq zad gələr”

Əslində qonağa görə demir, məqsəd evi sənə təmizlətməkdir.

“Dur, saat 12 oldu” (Amma hələ saat 9-dur)

Buna görə evdən qaçan uşaqlar tanıyırdım.

“Dərinə getmə batarsan” (dəniz mövsümündə)

İkibaşlı cümlədir.

Və “xalxın uşağı” ilə başlayan cümlələr.

İndiyə kimi o uşağın kimliyi bəlli olmayıb ictimaiyyətə.

# 3951 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər