“Nobel mükafatına layiq deyiləm”

“Nobel mükafatına layiq deyiləm”
5 may 2014
# 08:00

İngiltərənin baş naziri olmuş tarixi şəxsiyyət Uinston Çörçill Nobel mükafatına başqa siyasətçilər kimi Sülh nominasiyasında yox, Ədəbiyyat nominasiyasında layiq görülüb. Çörçillə mükafat “tarixi və bioqrafik əsərlərini yüksək sənətkarlıqla qələmə aldığına, yüksək insani dəyərləri müdafiə edən parlaq natiqlik məharətinə görə” verilib.

Kulis.az Ser Uinston Çörçillin 1953-cü ildə həyat yoldaşı Klementin Çörçill vasitəsilə yayımladığı Nobel nitqini təqdim edir.

“Nobel mükafatına layiq deyiləm”

“Nobel Ədəbiyyat Mükafatına layiq görülmək mənim üçün gözlənilməyən və bənzərsiz fəxrdir. Bəzi vacib işlərimə görə Stokhoma gəlib şəxsən Kral həzrətlərinin əlindən bu mükafatı ala bilmədiyimə görə təəssüflənirəm. Bu vəzifəni həyat yoldaşıma əmanət etdiyimə görə isə çox xoşbəxtəm.

Üzərində adım həkk olunan medal XX əsrin dünya ədəbiyyatında baş verən müstəsna bir şeyə işarədir. Sivil dünya İsveç Akademiyasının dəyərləndirmələrini obyektiv, nüfuzlu və səmimi qəbul edir. Qürurluyam, amma eyni zamanda bunu da qəbul etməliyəm ki, məni seçdiyinizə görə olduqca təəccüblüyəm. Ümid edirəm, düzgün qərar vermisiniz. Sizin də, mənim də mühüm riskə girdiyimizi və bu mükafata layiq olmadığımı düşünürəm. Ancaq sizin verdiyiniz qərarla bağlı şübhəsiz yoxdursa, mənim də olmaz.

1896-ci ildən-Alfred Nobelin ölümündən sonra tragediya və fırtına dövrünə düşdük. İnsanın gücü hər sahədə artsa da, öz üzərində gücü dəyişmədi. Heç bir fəaliyyət sahəsində hadisələr fərdləri bu qədər əzməmişdi. Tarixdə qəddar həqiqətlər düşüncələrə heç vaxt bu qədər hökm etməmişdi, yayğın fəzilətlər bu qədər zəif diqqət mərkəzi tapmamışdı. Bu an o dəhşətli sual qarşımıza çıxır: Problemlər onları həll yollarının qarşısına keçdimi? Şübhəsiz ki, bunun mümkün ola biləcəyi dövrdən keçirik. Bu məqamda təvazökar olmalı, hidayət və mərhəmət axtarmalıyıq.

Sağlamlıq və sosial təhlükəsizliyi planlaşdıran, tibb və elm sahəsində fövqəladə uğurlar əldə edən, hər kəs üçün ədaləti və azadlığı hədəfləyən Avropa və Qərb dünyası Atilla, Çingiz xanın zülmünü belə kölgədə qoyan səfalət və yoxsulluqla üz-üzə qalıb. Əvvəlcə Millətlər Liqası ilə, indi də Birləşmiş Millətlərlə bəşəriyyətin uzun müddətdir xəyalını qurduğu sülhü bərqərar etməyə çalışan bizlər, Roma imperiyasının süqutundan sonra Avropanı sarsıdan hadisələrdən daha böyük və zorakı iğtişaşlarla parçalanmış dünyanı görmüşük.

Bu qaranlıq fonda Alfred Nobelin düşüncələrinə ilham verən şəfqəti və ümidi təqdir edirik. O, gələcək nəslə işıqlı və əbədi mədəniyyət, məqsəd və ümid işığı qoydu. Bu görkəmli quruluş bu dünyada getməli olduğumuz yolu bizə göstərir. Ətrafımızda gördüyümüz qarışıqlığa və zorakılıqlara tolerantlıqla, sükunətlə və fərqliliklə yanaşmağı bacaraq.

Dünya, üç ölkənin müstəqilliklərini itirmədən iqtisadi, əqli və həyat standartları sahəsində birlik nümayiş etdirən Skandinaviyaya heyranlıqla baxır. Arzulayıram ki, belə qaynaqlardan bəşəriyyət üçün yeni və işıqlı imkanlar yaransın. Bunlar sadəcə Nobel Vəqfi tərəfindən seçilərək şərəfləndirilən və şübhəsiz ki, o məşhur qurucusunun ideallarına və ümidlərinə hörmət edən birinin ürəyindən keçənlərdir”.

# 3596 dəfə oxunub

Oxşar xəbərlər

Şeyxin müavini:  "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"

Şeyxin müavini: "İndiyə qədər buna oxşar kitaba rast gəlməmişəm"

12:00 16 may 2025
"Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı" - Romanın ən əxlaqsız imperatoru kim idi?

"Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı" - Romanın ən əxlaqsız imperatoru kim idi?

12:00 15 may 2025
"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

17:00 13 may 2025
Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu

Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu

09:00 12 may 2025
Şir - Yevgeni Zamyatinin hekayəsi

Şir - Yevgeni Zamyatinin hekayəsi

10:00 11 may 2025
Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

09:00 10 may 2025
# # #