“Cəhənnəm sakinləri” Sumqayıtda

“Cəhənnəm sakinləri” Sumqayıtda
14 may 2018
# 10:10

Akademik Milli Dram Teatrı Sumqayıtda “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, tamaşanın nümayişi “Sərhədsiz teatr” Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutub.

Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov festival haqqında məlumat verib. Bildirib ki, festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində: Sumqayıtda, Xırdalanda, Lənkəranda, Mingəçevirdə, Xaçmazda, Yevlaxda, Ağdamda, Bərdədə, Ağstafada, Zaqatalada, İsmayıllıda və Göygöldə olduqca rəngarəng repertuarda tamaşalar nümayiş etdirəcək. Festivalın beynəlxalq mərhələsində isə İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir.

Festival iki istiqamət üzrə-milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

# 1636 dəfə oxunub

Oxşar xəbərlər

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

15:00 5 may 2025
Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

15:00 3 may 2025
Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

12:00 3 may 2025
Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

15:00 2 may 2025
Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

12:50 2 may 2025
"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

09:00 1 may 2025
# # #