Gənc bəstəkarların plenumu başladı

Gənc bəstəkarların plenumu başladı
23 may 2016
# 17:08

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkarların plenumu işə başladı.

Kulis.Az Azərtaca istinadən xəbər verir ki, plenumda ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə giriş nitqi ilə çıxış edərək, rəhbərlik etdiyi qurumun gənc bəstəkarlara xüsusi diqqət ayırdığından danışıb.

F.Əlizadə gənc bəstəkarların son plenumundan keçən dövr ərzində həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, müvafiq dövr ərzində iri tədbirlər silsiləsi – dinləmələr, konsertlər keçirilib. Gənc bəstəkarların uğurları sevindiricidir.

F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. Plenum “dəyirmi masa” ilə başa çatacaq.

ABİ-nin katibi, bəstəkar Aliyə Məmmədova gənclərlə iş üzrə bölmənin fəaliyyətindən, yeni layihələrdən danışıb. Qeyd edilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak edirlər. A.Məmmədova gənc bəstəkarlar Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Türkan Qasımzadənin fəaliyyətini xüsusilə qeyd edib.

Əməkdar İncəsənət Xadimi, bəstəkar Cəlal Abbasov “Gənc bəstəkarların yaradıcılığında forma və janr xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Mayın 23-də ABİ-nin Üzeyir Hacıbəyli adına zalında, gənc bəstəkarların kamera əsərləri səsləndiriləcək.

Plenum işini mayın 25-də başa çatdıracaq.

# 2003 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

10:00 23 may 2026
"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

17:00 22 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

13:44 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." -  Balzakın "Qobsek" novellasından bir hissə

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." - Balzakın "Qobsek" novellasından bir hissə

10:00 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər