Aygün Kazımova ayaqlarını göstərdi

Aygün Kazımova ayaqlarını göstərdi
18 fevral 2015
# 15:17

Bilənlər bilir, standartlara görə, jurnalist informasiyanı ən azı iki müstəqil, bir-birindən asılı olmayan qaynaq təsdiqləyəndən sonra xəbər edə bilər. İstisna hal jurnalistin özünün şəxsən şahidliyi, olayı öz gözü ilə görməsi, izləməsidir.

Etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət bir o qədər də yaxşı deyil. Jurnalistlər dost-tanışdan eşitdikləri xəbəri dəqiqləşdirməyə ehtiyac görmürlər. Hələ üstəlik xəbərlə rəyi bir-birinə elə qarışdırırlar ki, qalırsan mat-məəttəl.

O günü bir xəbər gördüm, axırıncı cümləsi belə idi: “Yalançının atasına lənət!”

Bir neçə gün öncə gördüyüm xəbərlərdən biri isə kiminsə kimisə “neprav” çıxarması haqqında idi. Bəli, bəli, “neprav”, məhz bu cür də yazılmışdı.

Belə “xəbərlər” çoxdur e... saysız-hesabsız. Bir kitaba sığmaz, amma hər halda maraqlı təklifdir, bir kitab yazmaq olar bu haqq-hesablardan.

Hə, onu deyirdim axı, informasiyanı ən azı iki mənbədən dəqiqləşdirmək lazımdır və bu sahədə problemlər var.

Bəziləri isə mənbə söhbətini, türklər demiş, qıçından anlayır.

Aşağıdakı xəbərə diqqət:

(Etik olmadığı üçün adları və yerləri filankəs və filanla əvəz etmişik – red.)

“Filankəsov Filankəsin ölüm xəbəri yayılıb

Bu barədə məlumat verən həmkarlarımızdan birinin sözlərinə görə, onun qəfildən ürəyi dayanıb. Həmkarımız qeyd edib ki, bunu ona Filankəsin idarəsində işləyən yaxını bildirib.

İdarənin mətbuat xidmətinin əməkdaşı xəbərin yalan və şayiə olduğunu bildirdi”.

Əlavə şərhə ehtiyac varmı?

***

Bu günlərdə Xalq Şairi Nəriman Həsənzadənin ayağının üstündən maşın keçmiş və ağsaqqal yüngülvarı xəsarət almışdı. Xəbəri verdik, başlıqda kifayət qədər ehtiyatlı olmağa çalışdıq ki, yanlış rəy yaranmasın və kimsə bizdən inciməsin, kimsənin xətrinə dəyməyək.

Sağ olsunlar, əksər saytlar xəbərimizi istinadla verdilər. Ona görə, sağ olsunlar, deyirəm ki, son zamanlar “Dəli Nəzərəm, belə gəzərəm” deyən cayıllar istinad-zad hərləmirlər. İrad tutanda da adamı elə borclu çıxarırlar ki, qalırsan belə: “A kişi, mən neylədim axı?”

Sözüm bunda deyil.

Saytlardan biri N.Həsənzadə ilə bağlı xəbərə belə başlıq qoymuşdu: “Xalq şairinin üstündən maşın keçdi”.

İnanmıram ki, bu adamlar “Xalq şairinin ayağının üstündən maşın keçdi” ilə “Xalq şairinin üstündən maşın keçdi”nin fərqini bilməsinlər.

Ancaq əlahəzrət İP insanları çox şeyə vadar edir. Amma adamlıqdan bu qədər çıxmağın da yeri yoxdur. İndi təsəvvür edin, Xalq şairinin məsələdən xəbəri olmayan və bu sərlövhəni, fotonu görən oğlu, yaxud qızı hansı vəziyyətə düşür?

***

Yazını yekunlaşdırmaq istəyirdik ki, dostlardan biri link atdı. Açdıq. Sərlövhə belə idi: “Aygün Kazımova ayaqlarını göstərdi”.

Layihənin digər yazıları:

Maşında sevişməyin cəzası

Cazibədar aparıcının çiyələyi

Almaz Ələsgərlini soyundurdular

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər