AYB davasının sirləri çözülür

AYB davasının sirləri çözülür
13 mart 2013
# 14:18

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu Kulis.Az-a verdiyi açıqlamada tənqidçi Əsəd Cahangirlə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli arasında iki gün öncə baş vermiş davanın təfərrüatlarını açıqlayıb.

Ədalət Əsgəroğlu deyib ki, onların arasında söz-söhbət “Daş yuxular”a görə yaranıb: “Əsəd Cahangir, Mövlud Mövlud, Kəramət Böyükçöl telefonla danışmaq üçün Elçin Hüseynbəylidən xahiş ediblər ki, “Ulduz”un otağının qapısını açsın. Elçin qapını açıb. Əsəd Cahangir Mədəniyyət və Turizm Nazirliyindəki Şərif Ağayarla danışıb. Ortalığa Əkrəm Əylisli, “Daş yuxular” gəlib. Elçin otağa gələndə Əkrəm Əylislidən danışıldığını eşidib. O da əsəbiləşib ki, niyə mənim otağımda Əkrəm Əylisli, “Daş yuxular” haqqında danışırsız. Mübahisə yaranıb, amma bu mübahisə dava həddində olmayıb. Bir-birinə nə lazımdı deyiblər, amma əlbəyaxa olmayıblar. Səs-küyə gələn “Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmud isə qapının ağzında imiş. Deyib ki, bu qədər səs-küy nəyə lazımdır, sakit danışıb anlaşın. Elçin də hirslə qapını vurub çıxanda Tofiqin əli qapının arasında qalıb. Qapı onun əlinin üstünü siyirib aparıb. Qan götürüb gedib, döşəməyə, ora-bura düşüb. Bununla da söhbət qurtarıb”.

AYB katibi butulka söhbətinə də aydınlıq gətirib: “Söz-söhbətdən sonra uşaqlardan biri deyib ki, mən gedirəm araq almağa, söhbətə barışıq gətirilsin. Bu zaman söhbət olub ki, bura araq içmək yeri deyil, heç kim bura araq gətirməsin. Butulka söhbəti də belə çıxıb ortaya”.

Ədalət Əsgəroğlu əlavə edib ki, Yazıçılar Birliyində olan davaların hamısı şişirdilir: “Başqa yerlərdə daha qızğın davalar olur, ancaq qırağa çıxmır. Amma bizim yazıçı, şairlər bir-birinin acığına, həm də ağzı boşluqdan bir balaca mübahisə yaranan kimi bunu kənara çıxarırlar”.

Yazıçı Şərif Ağayar isə Kulis.az-a verdiyi açıqlamada Ədalət Əsgəroğlunun dediklərini təkzib edərək bildirib ki, o, həmin gün Əsəd Cahangirlə telefonla danışmayıb: “Dövlət büdcəsindən ayrılan pulu havayı yeyib qudurublar. Yazıçılar Birliyində bundan pis hadisələr gözlənilir, bir-birinin ətini yeyəcəklər. Boş-bekar adamlardır. Boş-bekar adam da müftə yeyir, nərd oynayır, axırda da dalaşır. Bu, normaldır”.

Xatırladaq ki, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli davanın olmasını inkar etmişdi.

# 4103 dəfə oxunub

Oxşar xəbərlər

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər