Qətlə yetirilən aktrisalar

Qətlə yetirilən aktrisalar
30 may 2014
# 08:00

Kulis.az qətlə yetirilmiş aktrisalarla bağlı maraqlı faktları təqdim edir.

Çin aktrisası Bаy Tsizni (1983-2012) əri Çjou Çenxay ailə mübahisəsi zəminində doğrayıb. Sonra isə özü intihar edib.

Bir çox film və seiallarda rol alan amerikalı Kerin Kapsinetin (1941-1963) narkotikdən öldüyü güman edilirdi. Amma sonra onun boğulduğu aşkarlandı. Qətlin üstü indiyə kimi açılmayıb.

“Parisdə məhəbbət”, “Çapıqlı üz” filmlərində çəkilən aktrisa Lana Klarksonu (1962-2003) prodüseri Fil Spektor güllələyib. Bu zaman sərxoş olan prodüser məhkəmədə onu təsadüfən güllələdiyini deyib. Amma məhkəmə onu günahkar sayaraq 19 il cəza verib.

20-yə yaxın filmdə çəkilən amerikalı Barbara Kolbi (1940-1975) aktyor Ceyms Kirnan ilə maşına minəndə güllələnib. Kolbi yerindəcə həlak olub. Kirnan isə ağır yaralanıb. Aktyor onlara iki kişinin güllə atdığını deyib. Tezliklə aktyor da vəfat edib. Onların qətli indiyədək açılmayıb. Kolbinin evini sonra Con Lennon alıb. Tezliklə o, bu evin yaxınlığında öldürülüb.

Hind aktrisası Minkaşi Taparı (1984-2012) aktyor Amit Ceysuol və sevgilisi oğurlayaraq ailəsindən pul tələb edib. Onun çox varlı ailədən olduğunu öyrənən Ceysoula pulu aktrisanın anasından istəyib. Anası tələb olunan pulun yalnız bir hissəsini verib. Qəzəblənən adam oğruları aktrisanı boğaraq başını kəsiblər.

Əvvəlcə məşhur futbolçu Faustino Asprilya ilə sevgili olan kolumbiyalı Liliana Andrea Losano Qarsonun (1978-2009) sonradan narkotik ticarətçisi Leonidas Varqasla münasibəti yaranır və bu münasibət onun üçün faciə ilə nəticələnir. Leonidas iki killer tərəfindən öldürülür. Sonra isə polis aktrisanın yarımçılpaq bədənini kanalda tapır.

Hakimiyyət qatillər haqda informasiya verənə mükafat təyin eləsə də, bu, nəticə verməyib. Güman edilir ki, aktrisa və sevgilisi narkotik ticarəti ilə məşğul olan başqa bir dəstə tərəfindən öldürülüb.

İngilis Jemma Mallaski (1983-2012) əvvəlcə itkin düşür, bir müddət sonra isə parçalanmış bədəni kanaldan tapılır. Onun ölümündə 35 yaşlı qardaşı Toni günahlandırılır. Qardaşı məhkəmədə bildirib ki, onun bacısını öldürmək niyyəti olmayıb. Narkotik aludəçisi olan Toni bacısını mübahisə zəminində affekt vəziyyətində öldürdüyünü deyib.

Aktyor Miki Runni ilə evli olan amerikalı Kerolin Mitçell (1937-1966) evinin yaxınlığında güllələnib. Onu sevgilisi-yuqoslaviyalı aktyor Miloş Miloşoveiç qətlə yetirib. Qətldən sonra Miloşeviç intihar edib.

Məşhur fransız aktyoru Jan Lui Trentinyanın qızı Mari Trentinyan (1962-2003) Vilnüsdə çəkilişdə olanda sevgilsi-“Noir Desir” qrupunun solisti Bertran Kant tərəfindən qısqanclıq zəminində öldürülüb. Başından xəsarət alan aktrisa bir neçə günlük komadan sonra ölüb. 8 il həbs cəzası alan Kant 2007-ci ildə yaxşı davranışına görə azad olunub.

Amerikalı jurnalist və aktrisa Enn Pressli (1982-2008) evinin yaxınlığında qətlə yetirilib. Enni qarət edən Kertis Vesn əvvəlcə onu döyüb və zorlayıb. Vensin başqa cinayətləri də aşkar edilərək ona ömürlük həbs cəzası verilib.

İngilis Kadamba Simmonsun ( 1974-1998) meyiti vanna otağında dəri qayışdan asılmış vəziyyətdə tapılıb. Polis onun sevgilisi, İsrail ordusunun keçmiş əsgəri Yaniva Malkadan şübhələnir. Simmons onunla görüşdən qabaq atasına deyibmiş: “O, uğursuzdur. Öz qayğısına qala bilməyən kişi mənim qayğıma necə ala bilər”.

Malka qətldən sonra özünü tələbə yataqxanasının beşinci mərtəbəsindən atmaq istəsə də cəsarəti çatmayıb.

Alman Krista Tordi (1904-1945) əri ilə birlikdə Qırmızı Ordunun əsgərləri tərəfindən öldürülüb.

Merilin Monronun yaxın qohumu olan Cennifer Maksvell (1941-1981) Beverli Hillzdəki evində əri ilə birgə öldürülüb. Güman edilir ki, onlar mənzil qarəti zamanı qətlə yetiriliblər. Qətlin üstü açılmayıb.

Amerikalı Rebekka Şeffer (1967-1989) fanatı Robert Con Bardo tərəfindən 3 illik təqibdən sonra öldürülüb. Onu bir filmdə yataq səhnəsində görən Bardo əsəbiləşərək deyib: “Daha bir Hollivud fahişəsi”.

Daha çox “Əlvida deyə bilmirəm” filmi ilə tanınan rus aktrisası Anastasiya İvanova (1958-1993) mənzilində öldürülüb. O zaman cinayətkarı tapmaq mümkün olmadı. İstintaq onun tanış adam tərəfindən öldürüldüyünü ehtimal eləyib. Çünki cinayətkar evə zorla girməmişdi. Yalnız bir neçə ildən sonra təsadüfən bəlli oldu ki, həmin şəxsi sevgilisinin 13 yaşlı oğlu öldürüb. Görünür, onun aktrisaya manyakal meyli varmış.

56 yaşlı amerikalı Marqaret Kembell (1883-1939) oğlu tərəfindən zorlanıb və öldürülüb.

Afroamerikalı Xuliya Mariçal (1944-2011) əri ilə birgə qətlə yetirilib. İstintaq nəticəsində məlum olub ki, aktrisanı şəxsi sürücüsü Pedro Kastilyanos qətlə yetirib. “Dişi canavar” serialındakı cadugər roluna görə ondan xoşlanmayan sürücü sonradan qətli qarət məqsədilə törətdiyini deyib.

Amerika müstəqil kinosunun nümayəndələrindən biri Hel Hartlinin filmlərində rol alan Edrian Şelli (1966-2006) ofisində öldürülüb. İstintaq ilk olaraq intihar versiyasının üzərində dayandı. Amma tibbi ekspertiza ofisdə kişi ayaq izləri tapdı. Aktrisanın əri də intihar versiyasını rədd edirdi. Polis ofisin yaxınlığındakı inşaatda işləyən, Ekvadordan olan mühacir 19 yaşlı Diyeqo Pillkodan şübhələndi. Pillkonun dediyinə görə, aktrisanı inşaatdakı səs-küydən şikayət etdiyinə görə öldürüb. Sonra məlum olub ki, aktrisa şikayət eləməyib. Şelli onu qarət edəndə yaxalayıb. Aktrisa polisə şikayət etmək istəyəndə isə Pillko onu boğub. O, öz hərəkətini belə qiymətləndirib: ”Pis gün idi”.

Məşhur rus aktrisası Zoya Fyodorovanın (1911-1981) qətlində ehtimal olunan versiyalardan biri onun DTK-in bəzi əməliyyatlarında iştirakıdır. Aktrisanın eyni zamanda yüksək çinli sovet məmurlarının ünsiyyət qurduğu “brilyant mafiyası” ilə əlaqəli olduğu güman edilir.

İstintaq müəyyən edib ki, onun mənzilinin açarı qatildə olub. SSRİ Baş Prokurorluğunda xüsusi işlər üzrə müstəntiq işləmiş Vladimir Kaliniçenkoya görə qətldə o zamankı Daxili İşlər Naziri N.Şelokov günahkardır. Səbəb isə antikvar zinyət əşyalarının kolleksiyası ilə bağlı olub.

Amerikalı Nikol Braun Simpson (1959-1994) dostu Ronald Qoldmanla birgə qətlə yetirilib. Polis aktrisanın keçmiş əri aktyor və futbolçu Cey Simpsondan şübhələnsə də, məhkəmə başqa qənaətə gəldi. Qətlin üstü açılmayıb.

Məşhur rejissor Roman Polanskinin həyat yoldaşı Şeron Teyt (1943-1969) hamilə ikən evində Çarlz Mensonun cinayətkar dəstəsi tərəfindən öldürülüb.

# 4497 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #