Spermi müqəddəs bilən Balzak

Spermi müqəddəs bilən Balzak
28 fevral 2013
# 08:45

Onore de Balzak – 20 may 1799 – 18 avqust 1850

Milliyəti: Fransız

Bürcü: Buğa

Ən məşhur əsərləri: "Qorio ata", "Şaqren dərisi", "Sezar Biroto"

“Arxalarından danışdıqlarımızı insanların üzünə desəydik, cəmiyyət məvhumu olmazdı”

Fransız yazıçı Balzak 160 santimetr boyu, iki cılız ayaq üstündə iri bədəni, doymaq bilməyən mədəsi, qeyri-adi geyimi və kobud davranışları ilə məşhur idi. Deyilənlərə görə, yazıçı Paris kafelərinin birində bir pors quzu kotleti, bir ördək, bir balıq, iki kəklik və yüzdən çox xərçəngi bir oturuma yeyib. Yeməklə bərabər meyvə likörləri içib, on iki armud və şirniyyat da dadıb. Yazıçının iştahı bir tərəfə, heç süfrə mədəniyyəti də yoxmuş. Yeməyi çeynəyəndə ağzından ətrafa yemək qırıntıları tökülərmiş. Təbii ki, onunla bir dəfə süfrə arxasına oturmaq kifayət edirdi ki, o dövrdə onun haqqında deyilən “kobud, mədəniyyətsiz” sözlərinə haqq verəsən.

Balzak həmişə aristokrat kimi görünmək, o cür yaşamaq arzusunda olub. Ona görə də, əsl adı Onore Balssanı dəyişdirərək Onore de Balzak edib. Ən böyük arzusu tragediya yazmaq olan Balzak gənc yaşlarında Oliver Kromvell haqqında bir əsər yazıbmış. Anası da bu əsəri bir universitet müəlliminə oxuyub dəyərləndirməyi üçün təqdim edib. Professor isə Balzakın anasına oğluna ədəbiyyatdan kənarda iş qurmağı məsləhət bilib. Yaxşı ki, Balzak professorun dediklərini vecinə almayıb və 1822-ci ildə “Lord R-hon” ləqəbi ilə düz beş roman bitirib. Romanlar möhtəşəm olmasa da, Balzak yazmağa davam edib. Çoxlu qəhvə içərək günün 15 saatını yazmaqla məşğul olub. Getdiyi partilərdə, ziyafətlərdə başqalarının söhbətinə qulaq asıb, sonra əsərlərində bu dialoqlardan istifadə edib.

Aristokrat kimi yaşamağın tərəfdarı olan yazıçı ömrünün axrına qədər borclarını verib qurtara bilməyib. Yaşlı vaxtlarında varlı polyak bir qadınla münasibətə girib və kasıblığın daşını atmağa cəhd edib. Ancaq onun müflisliyi qadını qorxudub və bir müddətdən sonra ondan ayrılıb.

Qəhvə xəstəliyi

İyirmi illik karyerasında Balzak 97 əsər yazıb ki, bu da təxminən on bir min səhifə edir. Bu, bir yazıçı üçün kifayət qədər böyük rəqəmdir. Balzakın məhsuldarlığının sirri isə qəhvədə idi. Gecəsini gündüzünə qatan yazıçı gündə 50 stəkan bişmiş tünd qəhvə içirmiş. İçməklə qalmır, arada qəhvə toxumlarını ağzına atıb çiynəyirmiş də. Deyilənə görə, qəhvəni həyatının əvəzolunmaz güc mənbəyi hesab edən yazıçının ölümünə də məhz bu asılılığı səbəb olub. Mədəsindəki ağrılar, yüksək qan təzyiqi və ürək genişlənməsinə görə yazıçı heç 50 yaşına qədər yaşamayıb.

Dəli ilə Balzakı səhv salınmağı

Alman tədqiqatçı və alimi Alеksandr fon Humbоlt bir gün psixiatr dostundan onu həqiqi bir dəli ilə tanış etməyi xahiş edir. Humbolt da yemək təşkil edərək həm dəlini, həm də Balzakı qonaq çağırıb. Alimin ilk dəfə gördüyü Balzak həmişəki kimi səliqəsiz, çirkli paltarda gəlib, üstəlik yemək boyu da dayanmadan danışıb. Yeməkdən sonra Humbolt psixiatr dostuna məmnunluqla onu belə maraqlı dəli ilə tanış elədiyi üçün təşəkkür edib. Pərt olan psixiatr: “Dəli o deyil ki. Sən göstərdiyin Onore de Balzakdır”,- deyib.

Kasıblıqla mübarizə

Özünü nə qədər aristokrat kimi aparmağa çalışsa da, Balzak əslində mebelsiz bir evdə yaşayırdı. Ancaq buna da maraqlı bir çarə tapmışdı; boş divarlara orada görmək istədiyi əşyaların adını yazırdı. Divarlarda “taxta şkaf”, “Venesiya güzgüsü”, “divar xalçası”, hətta xəyali “Rafael Santi əsəri”nə də rast gəlmək mümkün idi.

Boş olmasına baxmayaraq çox səliqəsiz və baxımsız evi naşirləri də qorxudurmuş. Bəzi naşirlər onun köhnə bir binanın damında yerləşən evini görəndən sonra əsərini çap etməkdən imtina etmişdilər.

Heç nə tapa bilməyən oğru

Bir gün Balzakın bu səliqəsiz evinə oğru girir. Sakit addımlarla addımlayan oğru Balzakın yazı stolunun çəkməcəsini açır. Bu dəmdə yazıçı yuxudan oyanıb və gülə-gülə: “Günün günorta çağı sahibinin bir zibil tapmadığı çəkməcədə birinin gecənin qaranlığında pul tapmaq ümidinə heyranam!” – deyib.

Sperm – qiymətli maddə

Ətrafı daima qadın pərəstişkarlarla dolu olan yazıçının seks haqqında düşüncələri də qəribə olub. Dostlarından birinə: “Boşalma anına qədər öpüşmək məqbuldur”, - deyən Balzak üçün sperm beynin ən saf maddələrinin çölə atılması, dolayısı ilə potensial ədəbi əsərin itirilməsi mənasını verirdi. Təsadüfən boşaldığı vaxtlarda o, kədərlənərək: “Bu gün bir roman itirdim”, - deyirmiş.

“Qoy gözüm kor olsun”

Balzakın içdiyi təkcə qəhvə deyildi. O, həm də keyfiyyətli çayın düşkünü idi. Rus dövlət adamlarından biri ona çar üçün hazırlanmış əfsanəvi çaylardan göndəribmiş. Deyilənə görə, bu çayı içən adam kor ola bilərdi. Balzak əfsanələrə inanmayıb çaydan bol-bol içib, dostlarını da qonaq edirmiş. Dostları da onun kimi: “Nəyə desən dəyər bu çay, korluq nədir ki...”,- deyib bəh-bəhlə içirlərmiş.

# 5870 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #