“Azdrama”da Kamal Abdullanın pyesi səhnələşdirildi

“Azdrama”da Kamal Abdullanın pyesi səhnələşdirildi
28 mart 2018
# 10:10

Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Xalq Artisti Azər Paşa Nemətov səhnə əsəri haqqında məlumat verib. Bildirib ki, tamaşa sənət ocağının nəzdində olan Abbas Mirzə Şərifzadə adına səhnədə ilk dəfədir nümayiş olunur. Martın 29-da bu səhnədə “Qəribə əhvalat” tamaşası teatrsevərlərə təqdim ediləcək. Eyni zamanda, bu səhnədə mütəmadi olaraq müxtəlif tamaşalar izləniləcək.

Sonra qonaqlar tamaşaya baxıblar.

Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azər Paşa Nemətovdur.

Səhnə əsərində rollarda Əməkdar Artist Ayşad Məmmədov, aktyorlar Ziya Ağa, İlahə Həsənova, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edib. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. /azertag.az/

# 1924 dəfə oxunub

Oxşar xəbərlər

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

12:00 3 mart 2026
"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

15:00 28 fevral 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər