Koronavirusa yoluxan Xalq yazıçısı danışdı

Koronavirusa yoluxan Xalq yazıçısı danışdı
31 avqust 2021
# 16:04

“Səkkiz gün öncə Covid-19 virusuna yoluxdum. Ən pis forması olan “Delta” ştammına. Başım ağrıyırdı, üşüdürdüm”.

Bu barədə Xalq yazıçısı Çingiz Abdullayev öz Feysbuk profilində paylaşım edib. O, həmçinin bildirib ki, koronavirus əleyhinə peyvənd olunduğu üçün xəstəliyi yüngül formada keçirib:

“Mən dörd ay əvvəl iki peyvənd vurdurmuşam, Avropadan sifariş etdiyim dərmanları, vitaminləri qəbul eləmişəm. Nəticədə mən öz xəstəliyimi demək olar ki, heç hiss etmədim. Əlbəttə ki, karantin rejiminə əməl edirəm. Saturasiya 97-98 faizdir, qızdırmam olmayıb, öskürək yoxdur, demək olar ki, bütün iyləri hiss edirəm. Mənim sizə məsləhətim – öz sağlamlığınız haqqında düşünün, peyvənddən imtina etməyin... Mən bütün ömrüm boyu bir dənə də siqaret çəkməmişəm, spirtli işkilər içməmişəm, gəncliyimdə idmanla məşğul olmuşam. Bir qayda olaraq futbolda üç-dörd saat ayaq üstə oluram. Bu artıq sağlamlıq məsələsidir. Xəstələnmək olar, amma ölməməlisən. Xəstəliyi ağır keçirmək də çətindir. Piylənmənin də təsiri ola bilər. Mən 1,87 boyumla uzun illərdir ki, 94-97 kiloqram çəkidəyəm. Ümumiyyətlə, “xəstələnməyin” – demək olmaz. Bu yoluxucu xəstəlik hər bir kəsi yaxalaya bilər. Narahat olduğunuz üçün hamınıza təşəkkür edirəm. Sağlam olun!”

# 3532 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər