Ay quzu otaran balaca Ənvər... – Günün şeiri

Ay quzu otaran balaca Ənvər... – Günün şeiri
8 iyun 2020
# 14:32

Kuliş.az “Günün şeiri” layihəsindən Ənvər Rzanın “Nə yaxşı görüşdük” şeirini təqdim edir.

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı...
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da “yehərləyib” mindiyim boz daş...
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

# 4248 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

Ermənilərin məşhur "Ocaq" kitabı kimə cavab olaraq yazılmışdı? - Azər Turan

10:00 23 may 2026
"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

"Tale heç vaxt bir qapını açmadan digərini bağlamaz..." - Viktor Hüqodan aforizmlər

17:00 22 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

Özünü İsa Məsihə bənzədən rəssam - Dostu onun məzarına nə yazdırmışdı?

13:44 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." -  Balzakın "Qobsek" novellasından bir hissə

"Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur..." - Balzakın "Qobsek" novellasından bir hissə

10:00 20 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər