Hicablı Minni Maus

Hicablı Minni Maus
29 iyun 2011
# 15:09
Misirin ən zəngin biznesmeni Nakib Saviris “Twitter” sosial şəbəkəsindəki hesabında çarşablı Minni Maus karikaturasını yayımlayıb. Qibti (Misir xristianları) azlığına mənsub olan Saviris şəbəkə istifadəçilərini hiddətləndirib.

Kulis.az “BBC”-yə istinadən xəbər verir ki, iş adamı Savirisə qarşı “Facebook” sosial şəbəkəsində qruplar yaradılaraq, onun qınanması və şirkətlərinin boykot edilməsini istədi.

Baş prokurorluğa şikayət edən bir qrup vəkil karikaturanın İslamı təhqir etdiyini və alçaltdığı iddia ediblər.

Saviris şəkli sadəcə, gülməli olduğu üçün yerləşdirdiyini və heç bir başqa məqsədinin olmadığını bildirib. Misirin özəl sektorunda mühüm yer tutan Saviris üzr istəsə də, istifadəçilərin reaksiyaları dəyişməz qalıb.

Misirdə ən çox işçisi olan telekom şirkəti Orascoma sahib olan Saviris artıq birjada itkilərlə üzləşməyə başlayıb.

Günel ƏSGƏRZADƏ
# 1470 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər