Murad Köhnəqala Şəkidən yazır - REPORTAJ
25 may 2011
11:55
Fikrim bu oldu ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayıb qədim milli sənətlərimizi yaşadan unikal insanlarla görüşüb söhbətləşəm. Şəkidən başlamağı qərarlaşdırdım.
Şəhərə yaxınlaşdıqca avtobusumuz yol boyu düzülmüş tünd yaşıl yarpaqlı uca çinar ağaclarını bir-bir arxada qoyurdu. Çinarlarla bərabər, hərdən arada gözə dəyən ağ salxım çiçəkli akasiya ağacları bitib tükənmək bilmirdi. Avtobusun azca aralanmış üst lyukundan akasiya çiçəklərinin mənə, nədənsə, uşaqlıq illərimi xatırladan doğma və çox uzaq ətri salonu doldururdu. Artıq çox da uca görünməyən yaşıl dağlar bizi əhatələmişdi.
Məni Şəki şəhər avtovağzalında “Zaman-Azərbaycan” qəzetinin bölgə müxbiri və APA-nın buradakı əməkdaşı Sabir Əmrahov öz maşını ilə qarşıladı. “Karvansaray” otelinə getdik. Otelin – tarixi tikilinin girəcəyində keçmişdən qalma qala darvazalarına bənzər iri taxta darvaza vardı. Xidmətçidən təkadamlıq otağın xahişini edəndə bildirdi ki, təkotaqlı yerlər isidilmədiyinə görə gecələr çox soyuq olur, bir gecəsinin qiyməti isə 20 manatdır. Hər ehtimala qarşı, təkadamlıq otağın birinə baxmağa getdik. Qədimi taxta qapıları açıb otağa daxil olduq. Bayırda hava hərarətli olsa da, qalın daş divarlı otaq çox soyuq idi.
Xidmətçinin dedi ki, gecə isidilən ikiadamlıq otaqlıların qiyməti 30 manata başa gəlir. Baha olsa da, razılaşdım. Aşağı düşüb qeydiyyatdan keçdim. Otaqda təkcə qalmaq şərtilə, otaqhaqqını iki gündən sonra ödəməyə onları razı saldıq.
Sabir Əhmədov başqa işlərinin də olduğunu bildirərək, sabah görüşmək üzrə, mənimlə sağollaşıb ayrıldı. Oteldən küçəyə çıxaraq, sabahkı işlərimin başlanğıcı kimi, iri dağ daşları döşənmiş yollara düşüb ayağım məni aparan yerlərdə hərlənirdim.
Buralar tam yaşıl dağların əhatəsindəydi. Şəkinin qədim və səliqəli daş küçələri məni heyran etmişdi.
Çaylaq daşları və kərpiclə hörülmüş, qırmızı kirəmit örtüklü evlər yaşıl dağların fonunda xüsusi gözəllik yaradırdı. Adamların seyrək gözə dəyməsi, gur Bakıdan gələn adam kimi, mənə rahatlıq gətirirdi. Amma bu rahatlığım uzun çəkmədi, insanların hay-küyü üçün tezcə darıxıb çayxanaların birinə girdim.
Ləzzətli Şəki çayından qurtumlayıb divardakı balaca televizorda xəbərlərə qulaq asırdım. Bu zaman telefonuma zəng gəldi. Bakıdan zəng eləyən dostuma buradakı otelin bahalığından gileyləndim. Danışıb qurtarmışdım ki, stoluma 45 yaşlarında bir adam yaxınlaşıb şirin Şəki ləhcəsiylə qonaq olduğumu hiss etdiyini dedi.
Bayaqdan telefon danışığıma qulaq asan Tahir məni məzəmmət etdi: “A kişi, 30 manat nədir, mən bu işlərin dəllalıyam, gəl gedək, səni sutkası 10 manata kirayə evdə yerləşdirim. Hamamı, həyəti, televizoru - hər şeyi gül kimidir. Sakit həyətdir, bir kişidir, bir də arvadı, vəssalam”. Sonra soruşdu ki, otelin pulunu vermisənmi? Dedim, hələ verməmişəm. Dedi, gedib çantanı götürə bilsən səni taksi ilə düz yanıq məscidin yanına, həmin evə apararam.
Çayın pulunu ödəyib qalxdım və “Karvansaray”a gəldim. Üzrxahlıq edib əşyalarımı otaqdan götürdüm. Sonra taksiyə minib çayxanadan çox da aralı olmayan evə gəldik. Ev sahibəsi bizi gülərüzlə qarşıladı. Onlar məni, televizoru, divanı, stolu olan xırda girəcəkdən geniş bir otağa ötürdülər. Otaqda paltar şkafı, qab-qacaq şkafı, isti yorğanlı taxt və qaz sobası vardı. Artıq girəcək otaq və yataq otağı mənə məxsus idi. Əşyaları yerbəyer edəndən sonra Tahirə dedim ki, məndə Gürcüstandan gəlmə üzüm arağı var, gedək birgə şam edək, ancaq məni çox da bahalı yerə aparma...
Küçəyə çıxıb yaxında yerləşən “Qafqaz” restoranına gəldik. Restoranın həyəti qədim yeməkxanaları xatırladırdı. Həyətindəki masaların ətrafı meşə ağaclarının quru budaqlarıyla ekzotik şəkildə hörülmüşdü. Tahir yolda demişdi ki, adının restoran olmasına baxmayaraq, bura Bakı ilə müqayisədə çox ucuzluqdu.
Yer olmadığından pivə içən orta yaşlı bir kişinin yanında oturduq. Üç dənə ürək-böyrək kababı, bir mineral su, bir göy salatı, bir pomidor-xiyar salatı, bir dənə də süzmə sifariş etdik. Tahir söhbət əsnasında Şəkidə neçə dəfə olduğumu soruşdu.
Dedim, bu, ikinci dəfəmdir. Birinci dəfə, əslən Şəkidən olan türkoloq alim, Tərcümə Mərkəzində mənim sədrim olmuş Aydın Məmmədovun “yeddi”sinə gəlmişdim. Onda da Şəkini heç gəzə bilmədik, mərhumun dəfn olunduğu doğma Kiş kəndində qəbrini ziyarət edib geri qayıtmışıq.
Elə bunu demişdim ki, yanımızda pivə içən adam söhbətimizə qarışdı. Onun dediyindən belə məlum oldu ki, Kiş kəndindəndir və üstəlik rəhmətlik Aydın Məmmədovun qohumlarındandır. Qarabənizli bu kişi dolanışığın ağır əzablarını görmüş zəhmətkeş bir adama bənzəyirdi. Biz sərt araqdan kişiyə də süzüb onu öz məclisimizə qatdıq. Bakıda yaşadığımı bilən kimi məndən Bakıda onun üçün fəhləlik iş tapmağı xahiş etdi. Məclis boyu onu başa salırdım ki, mən belə işləri bacarmıram.
O, tezcə kefləndiyindən gah telefon nömrəmi kağıza yazır, gah da bizi Kiş kəndinə qonaq aparmaq istədiyini deyib yaxamızdan əl çəkmirdi. Tahir onu dilə tutub: “Gecədi, bir azdan kəndə maşın tapılmayacaq,” - deyə bizdən aralaşdırmaq istəyirdi. Ancaq “dostumuz” heç cür bizdən qopmaq istəmirdi. Axırda restoran işçiləri onu zorla bizdən aralayıb yola saldılar. Bizi yola sala da isə cəmi 11 manat hesab aldılar...
İlk dəfəydi ki, Şəkidə gecələyirdim. Soyuq olsa da, qaz sobasını yandırmadım. Ancaq möhkəmcə yorğana büründüm. Səhər durub Sabirin bələdçiliyi ilə nalbənd, dulusçu və papaqçıyla görüşməli idim. Çox maraqlı idi, bilmirəm havamı dəyişdiyimdən, ya nə üçün, yuxuya gedə bilmirdim. Səhərə qədər beynim ayıq qaldı, lakin müxtəlif yuxular görürdüm. Səhər yataqdan qalxanda isə özümü çox gümrah hiss edirdim...

1089 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024