Yazıçılar Birliyi sədrliyinə iddialılar kimlərdir - SİYAHI

Yazıçılar Birliyi sədrliyinə iddialılar kimlərdir - SİYAHI
20 may 2011
# 09:53
Yazıçılar Birliyinin qurultayı yaxınlaşdıqca mətbuatda müzakirələr də artır. Əslində “yaxınlaşdıqca” sözü indiki vəziyyətə o qədər də uyğun deyil. Çünki hələ qurultayın nə vaxt keçiriləcəyi barədə kimsə nəsə demir. Təkcə YB-nin mətbuat katibi Ədalət Əsgəroğlu qurultayın bu ilin sonuna kimi keçiriləcəyini deyib. Hansı ayın hansı günündə, bunu hələ deyən yoxdur.
Amma Nizamnaməyə görə, YB-nin qurultayı hələ iki il bundan əvvəl, 2009-cu ildə keçirilməliydi. Necə deyərlər, bu il artıq bıçaq sümüyə dirənib...

Qurultay yaxınlaşdıqca AYB dəhlizlərində qruplaşmalar barədə söz-söhbətlər də güclənir, kuluarlarda adlar eşidilməyə başlayır.

Birinci namizəd 1987-ci ildən AYB-ə rəhbərlik edən yazıçı Anar Rzayevdir. 24 ildir ki, bu vəzifəni icra edən Anar Rzayev namizədliyini irəli sürəcəyini deyib. O, Kulis.az-a müsahibəsində özündən başqa yeni namizəd axtarışında olmadığını bildirmişdi. Amma qurultaya az qalmış bu iddianın nə qədər reallaşacağı sual altındadır. Həm media, həm də YB-dəkilər bu dəfə Anarın əvvəlki illərdə olduğu kimi, şübhəsiz seçiləcəyinə əmin deyillər. Çünki “yuxarı iradə” və illərdir ki, “Anar niyə burda qalıb” sualı ilə mətbuatda cavab axtaranlar öz işini görüb.

Anara sonsuz sədaqəti ilə seçilən, indiyə qədər mətbuatda sədrini birmənalı şəkildə müdafiə edən “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin də adı sədrliyə iddialılar arasında səslənir. E.Hüseynbəyli mətbuata açıqlamasında da bu iddiasını təkzib etməmişdi. Məlumatlara görə, Anar namizədliyini irəli sürməyəcəyi təqdirdə E.Hüseynbəyli konkret iddiaçılar sırasındadır.

Azərbaycanın ən gənc xalq yazıçısı adını almış Çingiz Abdullayevin də şansı böyük qiymətləndirilir. Çünki ona siyasi etimadın böyük və yüksək dairələrdə dostları və oxucuları olduğunu özü də gizlətmir. Lakin bəzi rəylərə görə, Çingiz Abdullayev Yazıçılar Birliyini yaxşı idarə edə bilməz. Onların arqumentinə görə, Çingiz Abdullayev rusdilli olduğu üçün onun Azərbaycandilli yazıçılarla dil tapması, onlar tərəfindən qəbul olunması problemlidir.

İddialılar arasında adı hallandırılanlardan biri də artıq 20 ilə yaxındır ki, baş nazirin müavini işləyən, xalq yazıçısı Elçin Əfəndiyevdir. Həmişə məqalələrində AYB-dəki islahatların vacibliyinə toxunan xalq yazıçısının indiki postundan sonra AYB-yə sədr göndərilməsi çox real görünür. Çünki Elçin Əfəndiyev AYB-nin iç siyasətini ən yaxşı bilən yazıçılardan biridir.

Slavyan Universitetinin rektoru olan Kamal Abdulla da AYB daxilində nüfuzlu yazıçılardan sayılır. İdarəetmə qabiliyyətinin yüksək olduğunu Slavyan Universitetində göstərən Kamal Abdullanın da iddialılar arasında olduğu bildirilir. Amma o, hər halda rektorluqla YB-nin sədri statusunu yanaşı daşımaq istəyindədir.

Artıq 7 ildən çox AYB-nin gənclər katibi olan Rəşad Məcidin də iddialılar siyahısında adı çəkilir. YB-dakı qarabağlı yaradıcıların əsas namizədi hesab olunan R.Məcidin həm qurum daxilində, həm mediada qəbul olunduğu sirr deyil, ona siyasi etimad da var. R.Məcid, Çingiz Abdullayevdən fərqli olaraq, AYB üzvləri arasında daha çox qəbul olunandır.

AYB-nin qurultayının keçiriləcəyi ildə ən ilkin müzakirələrdə ortaya çıxan və ya iddialı olduğu sızdırılan şəxslər hələ ki bunlardır. Amma hər cür sürprizə hazır olmaqda fayda var...
# 1598 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #