Azərbaycanda qadın olmaq
1 aprel 2011
15:02
Kulis internet dərgisi “Neytral zona” lahiyəsini təqdim edir. Lahiyədə mühüm ictimai problemlər iki ekspertin köməyi ilə müzakirə edilir.
İlk mövzumuz qadındır. Azərbaycanda qadın olmağın nə çətinlikləri var? İslam dinin qadına baxışı nə dərəcədə aktualdır? Qadınlara yönəlik şiddət, təhqiramiz münasibət nəylə bağlıdır? Bütün bu məsələləri Qadın Krizin Mərkəzinin rəhbəri Mətanət Əzizova və ilahiyyatçı Elşad Miri ilə müzakirə edəcəyik.
Qan Turalı: Azərbaycanda qadın olmaq nə deməkdir? Hansı çətinliklər var? İstər iş yerində olsun, istər univeristetdə, istər küçədə...
Mətanət Əzizova: Ümumiyyətlə, qadınları yaşayış yerinə görə regionlarda və böyük şəhərlərdə yaşayanlara bölmək olar. Böyük şəhərdə yaşayan qadınların beynəlxalq təşkilatlara, qeyri hökumət təşkilatlarına (QHT), kütləvi informasiya vasitələrinə müraciət imkanları var. Regionlarda yaşayan qadınların bu kimi imkanları azdır və ya yox səviyyəsindədir. Bunları nəzərə alaraq deyə bilərik ki, regionlarda yaşayan qadınlar daha çox çətinliklə üzləşirlər.
Qan Turalı: Elşad bəy, sizcə dindar qadınlar necə? Onların spesifik problemləri varmı?
Elşad Miri: Özünü müsəlman, möminə hesab edən qadın dinin uyduğu şərtlərə və şəraitə uyğun yerlərdə yaşamaq istəyir. Bunu hər kəsə aid etmək olar: islamdan kənar olanlara, başqa dinə və ya sektaya mənsub olanlara da. Başıbağlı qadınların ən çox üzləşdiyi problem pasport və şəxsiyyət vəsiqəsi üçün başıaçıq şəklin tələb olunmasıdır. Onlardan bəziləri bu səbəbə görə nə pasport, nə də şəxsiyyət vəsiqəsi ala bilir. Bu sənədlərsiz isə, bilirsiniz ki, yaxın rayonlara qatarla getmək və nəinki rayonlara, habelə xarici ölkələrə viza almaq, təyyarə ilə getmək də mümkün olmur. Bu da onları özlərini alçaldılmış hiss etməyə məcbur edir. Bu yaxınlara qədər gündəmdə olan təhsil müəssisələrində başörtüyünə qarşı olan qərar da qadınların üzləşdiyi problemlərdəndir. Başıbağlı şagird məktəbə getmir, universitet tələbəsi basqılara məruz qalır, dindar müəllimlər təhsil vermə hüququndan məhrum olur. Bütün bunlar onları cəmiyyətdən təcrid etməyə aparan yoldur.
Qan Turalı: Sizcə dindar qadınlara qarşı mənfi münasibət dövlətdən qaynaqlanmır?
Elşad Miri: Bilirsiniz, dövlət ayrı şeydir, dövləti təmsil edən məmurlar başqa bir şey, bürokratiya da tamam ayrı şey. Bəzi bürokratlar bunun qadınlar üçün nə demək olduğunu başa düşmürlər. Bu, insan haqlarına ziddir. Əgər qadın öz azadlığını bu yolla ifadə etmək istəyirsə, buna müdaxilə etmək olmaz. Çünki ən azından Dövlət Konstitusiyasına əsasən dövlət təkcə dindarı deyil, hər kəsin vicdan azadlığını qorumalıdır.
Qan Turalı: 2009-cu ildə 26 nəfər zorlama maddəsi ilə məhkum olunub. Sizcə zorlanmada qadının geyiminin təsiri varmı?
Mətanət Əzizova: Xeyr. Mən oxşar kateqoriya üzrə Rusiyadakı statistik göstəicilərə baxmışam. Orda zorlamalar daha çox içkili, narkotik vasitənin təsiri altında olarkən törədilir. Amma bizdə zorlamalar yaxın qohumlar arasında baş verir. Psixoloqların araşdırmalarına əsaslanaraq deyə bilərik ki, zorlayan insanların çox az hallarda “qurbanları” təsadüfi olur. Onlar öz “qurbanlarını” izləyir, uzun müddət müşahidə edirlər. Bizə müraciət edənlər də əsasən yaxın qohumları tərəfindən zorlanan qadın və uşaqlardır.
Elşad Miri: Təcavüz mental dəyərlərə görə dəyişən məsələdir. Rusiyada başqa cür, bizdə tamam ayrı cür qəbul olunur. Hətta Azərbaycanın rayonlarında da təcavüzə münasibət fərqli ola bilər. Məsələn, bir bölgədə qan davasına səbəb ola bilər, bir bölgədə dövlət orqanlarına müraciətlə bitə bilər, digərində nigahla. Təcavüzkar xəstə insandı. Dində təcavüzkar əxlaqsız və günahkardır. Ümumiyyətlə, İslam dinində belə bir qayda var: kişi ilə qadın qapalı məkanda tək qala bilməzlər. Bu özü də zinaya, bəzən təcavüzə təhrik edən məsələdir. İslamda deyilmir ki, zina etməyin. Deyir, zinaya yaxınlaşmayın. Dindar olan insan qadınla bir otaqda, qapalı məkanda tək qalmaqdan çəkinməlidir.
Qan Turalı: Bəs axı elə işlər var ki, qadınla kişi birlikdə, bir otaqda işləməli olurlar. Bu necə olmalıdır?
Elşad Miri: Bütün gün ərzində birlikdədirlərsə, bu doğru deyil. Hətta İslamda belə bir şey var ki, nişanlı gənclər də ictimai yerlərdə görüşməlidirlər. Onların qapalı yerdə görüşmələri doğru deyil.
Mətanət Əzizova: Mən buna çox normal baxıram. Mənim işim elədir ki, çox vaxt kişilərlə işləyirəm. Bunda qəbahət bir şey görmürəm.
Qan Turalı: Bayaqkı suala qayıdaq. Sizcə, geyimin qadına küçədə söz atılması ilə əlaqəsi var?
Elşad Miri: Sizcə başıbağlı dindar xanım küçə ilə gedəndə ona daha çox söz atılar, yoxsa sinəsi, ayaqları açıq, mini ətək geyinmiş birinə?
Mətanət Əzizova : Məncə, əxlaqlı insan heç bir halda söz atmaz. Amma Azərbaycan cəmiyyətində bəzi steriotiplər var. Məsələn, açıq-saçıq geyinmək zorlanma üçün siqnal deməkdir. Bu steriotip nədən qaynaqlanır? Səbəb budur ki, bizdə zorlanmış insanlar günahı özlərində görürlər. Cəmiyyət də onların özünü günahlandırmasından belə nəticəyə gəlir ki, “qurban” özü zorlanmaya təhrik edəcək hərəkətlər edib, yaxud açıq-saçıq geyinib və s.
Elşad Miri: Açıq geyim insanda ehtiras yaradır. Ehtiras qadında da var, kişidə də. Əgər açıq geyinən qadın hansı kişinin qarşında oturarsa, ehtirasın yaranması normaldı. Ehtiras fizioloji bir şeydir. Onun dindar olub olmamaqla əlaqəsi yoxdur. Biz zina etməkdən qaçsaq, özümüzü cilovlaya bilsək, Allah tərəfindən mütləq mükafatlandırılacağıq.
Mətanət Əzizova: Elşad bəy, bəs çimərlikdə necə? Orda hamı açıq geyinir axı...Orda hamı zorlamaq haqqında fikirləşir məyər?
Elşad Miri: Əgər çimərlikdə iki nəfər olarsa, onlar arasında baş verər. Amma çimərlik ümumi yerdir. Adam çoxdursa, baş verə bilməz.
Qan Turalı: Türk ilahiyyatçılarında biri demişdi ki, dekolte geyinmişlə təcavüz edən günahda ortaqdır. Razısınız?
Elşad Miri: Geyimləri gedəcəyin yerlərə uyğun seçmək də əsasdır. İşə dekolte geyinib gəlirsənsə, bu doğru deyil. Çünki istər-istəməz kimdəsə ehtiras yarada bilərsən. Ancaq ailənlə hansısa tədbir və ya yığıncağa gedirsənsə, məqbuldur. Ümumiyyətlə, təcavüzkar insan psixoloji olaraq xəstədir. Açıq-saçıq geyinmək isə onu təcavüzə sürükləyən qapının açarıdır.
Mətanət Əzizova: Açıq geyim işdə qadına qarşı şiddətə səbəb ola bilər. Təsəvvür edin, müsəlman ölkələrində küçədə açıq paltarla gəzənkən bütün diqqətin sizin üzərinizə yönələcəyi kimi, iş yerində də açıq geyinən insana elə baxacaqlar. İş yerlərinə görə də situasiya dəyişir. Məsələn, elə iş yerləri var ki, katibə nə qədər qısa geyinsə, bir o qədər yaxşıdır.
Elşad Miri: Əgər qadın mənim qarşımda açıq geyimdə oturursa, o, mənə şəxsiyyətini göstərmir, mənə dişiliyini göstərir. İstər-istəməz, insanın diqqətini cəlb edir. Mənsə istərdim onun şəxsiyyətini görüm. Belə bir misal çəkim. Türkiyə prezidentinin xanımı “The Guardian” qəzetinə müsahibəsində deyib: “Mən istəyirəm, insanlar başımın üstündəkinə görə yox, başımın içindəkinə görə mənə qiymət versinlər”. Qadın qapalı geyimdə olanda ünsiyyət qurmaq, onu tanıyıb şəxsiyyətinə hörmət qoymaq daha rahat olur.
Mətanət Əzizova: Razıyam bu fikirlə. Çünki hərdən elə vulqar geyimli qadınlar görürəm ki, danışanda özümdən asılı olmayaraq diqqətimi çəkir. Ancaq bu o demək deyil ki, bütün açıq geyinən qadınlar əxlaqsızdır.
Qan Turalı: Mətanət Əzizova xanım, təcavüzkarlar nə dərəcədə sağlam insanlardır? Onları buna vadar edən nədir?
Mətanət Əzizova: Tibbi olaraq, sağlam insanlar olurlar, psixoloji olaraq isə xəstə. Bu insanların uşaqlıqlarına baxsaq, onları alçaldan bir hadisənin olduğunu görərik. Onlar kimisə zorlamaq, alçaltmaqla özlərini onlardan yüksəkdə hesab edirlər. 18-35 yaş arasında olurlar. Gənclərdə zorlama hissi hansısa pornoqrafik filmlərə baxmaqla yaranır. Özlərini kişi olaraq sübut etməyə ehtiyac duyurlar. Bir də cəzasızlıq. Təcavüzkarlar çox vaxt bilirlər ki, “qurbanını” qorxudaraq susdurub cəza almayacaqlar. Ona görə, bu əməli rahatlıqla edirlər. Bayaqkı fikrimdə qeyd etdiyim kimi, zorlayan insan “obyektini” əvvəlcədən çox yaxşı izləyir və tanıyır.
Elşad Miri: Məsələyə birtərəfli yanaşmamaq lazımdır. Kişilərə qarşı zorakılıqlardan da danışa bilərik. Bugün gənclər yay olan kimi çox açıq “mayka”larda şəhərdə dolanırlar. Bu da qadınlarda ehtiras yaradır. Qurani-Kərimdə Yusif peyğəmbərə Züleyxanın gözü düşməyi yazılıb. Qadında ehtiras yaranmır məyər? Bu da kişilərə qarşı təcavüzə səbəb ola bilər.
Qan Turalı: Təbii, zorlamanı hər kəsə aid etmək olar: kişi, qadın, uşaq və s. Bəzən də heyvanlara qarşı olur. Heyvanların zorlanması haqda nə deyə bilərsiniz? Onlar ki dekolte geyinmirlər.
Elşad Miri: Əvvəlcə gəlin fikir verək heyvanların yaradılışına. Dişi və erkək heyvanlar bir-birlərindən fərqlənirlər, hətta tüklərinin örtülməsinə görə də. Heyvanlar fərqlidirsə, insanlara bu niyə şamil olunmasın? İnsanlar da, fikirləri də fərqlidir.
Mətanət Əzizova: Əslində, bizim cəmiyyətimizdə problem bir az fərqlidir. Avropada yeniyetmə yaşınlardan gənclərin cinsi həyatı başlayır. Öz ehtiyaclarını ödəyirlər, zorlama kimi faktlara da çox az rast gəlinir. Azərbaycanda isə gənclərin bəziləri tez evlənib təbii yolla ehtiyaclarını ödəyirlər, bəziləri ödəyə bilmirlər və bu da zorlama kimi hadisələrə yol açır, bəziləri də bunu heyvanlarla ödəyirlər. Heyvanlar haqqında söz düşmüşkən, inkişaf etmiş ölkələrdə heyvan hüquqları prioritet məsələlərdən biridir. Məsələn, Norveçdə hüquqların sıralaması belədir: 1. Heyvan; 2. Uşaq; 3. Qadın; 4. Kişi hüquqları.
Elşad Miri: Mən bir şeyi də əlavə edim. Heyvanları zorlamanın dindar olub, olmamaqla əlaqəsi yoxdur. Sorğular zamanı bəlli olub ki, əhalinin çox faizi müsəlman olsa da, dini yaxşı bilmir. Din haqqında düzgün informasiyalı deyil. Bir ara AYO-çular çıxıb dedilər ki, biz İslam dinini tərk edirik. Axı heç onlar bu dində olmamışdılar ki, bunu tərk də edələr.
Mətanət Əzizova: Biz bir az arada qalmışıq da. Nə tam dindarıq, nə də ateist. Problemlər də o səbəbdən qaynaqlanır.
Qan Turalı: Erkən nigahlar haqqında bir az söhbət edək. Elşad bəy, dindar kimi bu məsələyə necə baxırsınız?
Elşad Miri: Çox pis. Bu haqda hətta kitab da yazmışam. Bəzi insanlar deyirlər ki, guya Peyğəmbər Ayşənin 6 yaşı olanda onunla nişanlanıb, 9 yaşı olanda evlənib. Əgər bu doğrudursa, niyə peyğəmbər öz qızlarını o yaşda ərə verməyib? Peyğəmbər Ayşəyə nişanlananda onun 50 yaşı olub, evlənəndə 53. Əlli yaşlarında bir kişinin özündən beş dəfə balaca olan qızla zifaf gecəsi yaşaması hansı dinə, hansı insanlığa, hansı məntiqə sığır? Mən araşdırma aparmışam ki, Ayşə ərə gedəndə onun minimum 18 yaşı olub. Həzrəti Fatiməni də minimum 17 yaşında Peyğəmbər ərə verib. Azərbaycan Qanunvericiliyinə görə qadınlar üçün 17 yaş, kişilər üçün 18 yaşdan aşağı erkən evlilik hesab olunur. Başqa ərəb ölkələrində: Səudiyyə Ərəbistanı, İraq, Əfqanıstan və s. erkən evliliklərin dinlə heç bir əlaqəsi yoxdur.
Qan Turalı: Mən bəzi statistik məlumatlara baxmışdım. Orda dinə qarşı duyarlı olan bölgələrdə erkən nikahlara daha çox rast gəlinir. Məsələn, cənub zonasında.
Mətanət Əzizova: Əslində, ölkənin hər yerində bu kimi hallar var. Sadəcə Cənub zonasında QHT və beynəlxalq təşkilatların çoxluğu, həmçinin bu təşkilatların mütəmadi yaydıqları informasiyalar ordakı situasiyanı daha da qabardır. Bu o demək deyil ki, digər bölgələrdə problem yoxdur. Her yerdə var. Bunun dinlə əlaqəsi yoxdur. Bu bölgələrdə 2 səbəbdən erkən nigahlar baş verir: adət-ənənə və sosial vəziyyətin ağırlığı. Ailələr qızlarından əmtəə kimi istifadə edirlər. Orta aylıq əmək haqqı, ümumi gəlir çox aşağıdır, buna görə də, qızlarını ərə verməklə bir az ailə xərclərini azaltdıqlarını düşünürlər.
Qan Turalı: Necə axı? Ordakı evliliklərin əksəriyyəti dini nigahla bağlanır...
Elşad Miri: Dini evlilik anlayışı dində yoxdur. Bütün bunlar dini yaxşı bilməməklə bağlıdır. Kəbinin hüquqi əsası yoxdur. Bu söz bizə 1918-ci ildə xarici dövlətlərin Ailə Məcəlləsini dilimizə tərcümə edən zaman yaranıb. “Kilsə nikahı” kəliməsi “dini nigah” və yaxud türklərdəki kimi “imam nikahı” kimi adlandırılıb. İnsanlar bu barədə düzgün məlumatlandırılmırlar. Kəbini kəsdirirlər, sonra ər arvadını atıb gedəndə, qadın bilmir hara müraciət etsin. Mollaya müraciət edəcək? Məhkəməyə müraciət edirlər, o da baxır ki, rəsmi nikah yoxdur. Qadın məcbur olub atası evinə qayıdır. Qadın hüquqlarını bu cür tapdalayan bir kəbin hansı dinə qulluq edə bilər axı? Ona görə, rəsmi nikahlar zəruridir. Çünki hüquqi bazası var. Bəzən insanlar heç bilmirlər ki, kəbini niyə kəsdirirlər. Kəbini kəsən məyər Allahın yerdəki nümayəndəsidir, rəsmi nikahı kəsən dövlət işçisi adi bəndə?
Qan Turalı: Bəs nikah müqavilələri necə?
Elşad Miri: İslamda nikah müqaviləsi məcburidir. Sırf qadınlar üçün. Çünki orda qadına mülkiyyət hüququ verir. Qadın öz sahib olduğu mülkiyyəti borc verə, sata, bağışlaya bilər. Kişi buna qarışa bilməz. Yaxud əri vəfat edərsə, yoxsulluq içində yaşamamaq üçün bu mülkiyyətin olması zəruridir.
Qan Turalı: Mətanət Əzizova xanım, qadınlara qarşı münasibət cəmiyyətin inkişaf göstəricisidir. Azərbaycanda da qadınlar kifayət qədər problemləri var; əmək hüquqlarının pozulması, iş yerlərinin olmaması, kişilərdən asılı vəziyyətdə olmaları və s. Bu problemlərin həllini nədə görürsünüz?
Mətanət Əzizova: İlk növbədə qanunvericilik bazası yüksək olmalıdır. Bayaq iş yerində zorakılıqlardan danışdıq, ona əlavə olaraq deyim ki, Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən “Cinsi əlaqəyə təhrik edilmə” maddəsi ilə mühakimə etmək mümkündür. Ancaq qanunların işlək olmaması problemi həll etməkdə bizə kömək olmur. Daha bir qanun – “Gender bərabərliyi haqqında qanun” işlək deyil. Bu da kişi və qadın bərabərsizliyinə gətirib çıxarır. Düşünürəm ki, qadının statusunu cəmiyyətdə qaldırmaq zəruridir. Elementar olaraq, Milli Məclisdə “Ailə zorakılığı haqqında qanun” layihəsi qəbul olunarkən kişi deputatların əksəyyəti buna etiraz etmişdi ki, Azərbaycan ailəsində zorakılıq yoxdur; Azərbaycan qadını zorakılığa məruz qalmır; Azərbaycan qadınının problemi yoxdur. Məncə, Parlamentdə qadın deputatların sayını artırmaqla onların ehtiyaclarının ifadə olunmasına nail olmaq olar. Bizim ehtiyaclarımızı kişilərdən çox özümüz anlayırıq çünki. Bir də kişilərimiz “Dünyanın ən güclü ailəsi Azərbaycan ailəsidir”, “Az. Ailəsində zorakılıq yoxdur” kimi steriotiplərdən əl çəkməlidirlər.
Qan Turalı: Elşad bəy, sizcə İslam dininin təlqin etdiyi dəyərlər qadına bu cəmiyyətə öz həqiqi yerini tapmaqda kömək edəcək?
Elşad Miri: Avropada bugün İslamı qəbul edən qadınlar daha çox ailə anlayışına görə qəbul edirlər. Bizdə əhalinin 95%-i müsəlmandır. Biz anadan olandan özümüzü müsəlman hesab edirik, heç bəlkə də müsəlman deyilik. Ona görə, kənardan gələn insanlar daha yaxşı bir model yaradırlar. Onlar bizdəki kimi kor-təbii deyil, qaydalara uyğun davranırlar və uğurlu da alınır.
Söhbəti Günel Əsgərzadə hazırladı

3718 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024