Azərbaycanlı rəssamın Avstriyada sərgisi keçirilib

Azərbaycanlı rəssamın Avstriyada sərgisi keçirilib
13 may 2011
# 11:21
Vyanada yerləşən “Base-level” qalereyasında gənc rəssam Adil Yusifovun əsərlərindən ibarət sərgi açılıb.

Kulis.az-ın məlumatına görə sərgi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin maliyyə dəstəyi, Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya-Azərbaycan Ticarət Palatası (ATAZ) ilə birgə təşkil olunmuşdur.

May ayı ərzində davam edəcək sərginin açılışında Avstriyadakı diplomatik korpusun nümayəndələri, azərbaycanlılar, yerli və xarici qonaqlar, o cümlədən müasir incəsənət əsərlərinə maraq göstərən insanlar iştirak ediblər.

ARDNŞ-in Avstriya nümayəndəliyinin direktoru Gülmirzə Cavadov açılış mərasimində çıxış edərək, sərginin dünyadan vaxtsız köçən Azərbaycanın Avstriyadakı səfiri mərhum Fuad İsmayılovun xatirəsinə həsr edildiyini bildirib.

Rəsmi hissədən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib.


Günel ƏSGƏRZADƏ
# 2196 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər