Sevgililərim: Şaxtaçı qızı Nataşa - V HİSSƏ
13 may 2011
10:14
Hərbi hissəmiz öz təsərrüfat gəlirləri ilə yaşadığına görə əsgərləri pul gətirən istənilən ağır işlərə basırdılar. Hərəmizin əsgər hesabında az da olsa pul vardı. Hərdən zabitlərə şirinlik vəd edərək ərizə yazıb xərclik üçün pul çıxara bilirdik. Ərizəni təxminən belə yazırdıq: “Anamın ad gününə hədiyyə alıb göndərmək istəyirəm.” Biz pul çıxarıb özümüzə mülki paltar da almışdıq. Hərdən icazəli-icazəsiz şəhərə çıxanda mülki paltar da geyirdik. Mən öz mülki paltarımı Biləndərin yaşadığı Valyagildə saxlayırdım.
Bir gün Biləndər mənə dedi, tapança satırlar, istəyirəm alam. Mən qabaqca razılaşmadım: “Əşi, tapançanı neynirsən, bir-iki aya çıxıb gedirik.” Biləndər israr elədi: “Nə danışırsan, bizi hələ üç aydan sonra buraxmaq istəyirlər. Hər ehtimala qarşı götürəcəyəm, lazım olar. Sizi bilmirəm, mənim fikrim evlə görüşəndən sonra yenə bura qayıtmaqdı.”
Biləndərin nəhəng bədəninə baxmayaraq dostlar arasında ən güclüsü və dalaşqanı Əsəd idi. Onların hər ikisi Mülkülü kəndindən gəlmişdi. Firdovsi və Əcəb də həmin kənddən idilər. Firdovsi bu iki ildə öz sazı və oxumağı ilə bizi ovudurdu. “Aşağı Quşçu”lu Şakir də onu qarmonla müşayiət edirdi. Kefimiz yaxşı olanda yığışıb şənlənirdik. Uzun, dik burnuna görə zabitlər Əcəbi “Buratino” deyə çağırırdılar. Əcəb hazırca komik artist idi. Əsgərlər arasında mən ən çox bu dörd nəfər Mülkülü kəndindən olan uşaqlarla dostluq edirdim. Firdovsi mənim orada yazdığım şeirlərdən də oxuyurdu. Əsgərlikdən sonra el toylarında xanəndəlik eləyən gözəl səsli Firdovsi hələ də yeri düşəndə o şeirləri sazla oxuyur...
Bir gün Bayramlı kəndindən olan Vidadi gəldi ki, bəs, evlənirəm, üç gündən sonra qızgildə toy eləyəcəyik. Biz toy günü növbətçi zabitdən icazə alıb Vidadinin sevdiyi qızgilə getdik. Qızın ata-anası evdə geniş süfrə açmış, bir neçə qonum-qonşunu dəvət eləmişdi. Biz beş nəfər dost bəy Vidadiyə qoşulub onun evləndiyi qızgilə getdik. Qız evi uzun bir stol açmışdı. Süfrəyə spirtdə saxlanmış qırmızı moruq arağından bolluca düzmüşdülər. “Təzə qohumlar”la yeyib-içir, deyib-gülürdük. Hərdən “qorka!” qışqırıb bəylə gəlini öpüşdürürdük. Gözəl bir toy alınmışdı. Gecəni həmin evdə yatıb sabah tezdən qayıtmalı idik. Sabah duranda gördük yenə süfrə açılıb. Qızın atası bizi buraxmadı: “Hara gedirsiniz, “poxmel” eləmək lazımdı!” Biz əyləşib təzədən moruq arağından vurmağa başladıq. Günortadan bir az keçmiş, evi tanıyan əsgərlərdən biri gəldi ki, bəs, “rota” komandiri itə dönüb, sizi axtarır. Biz bir az da vurandan sonra Vidadini orda qoyub hərbi hissəyə qayıtdıq.
Komandirimiz təxminən 40 yaşlarında olan Atayan soyadlı erməni idi. Əslən Qazax rayonundan olduğuna görə azərbaycanca çox yaxşı bilirdi. Atayanın hərəkətlərindən nə vaxtsa erməni əsgərləri satqınlıq elədiyinə görə rütbəsini bir ulduz aşağı salmışdılar. Ona görə azərbaycanlı əsgərlərlə həmişə mehriban dolanan aristokrat bir zabit idi. O, bizi danlayanda həmişə azərbaycanca danışırdı. Bizi otağına çağırıb qayçını əlinə aldı: “İndi sizin başınızı qırxıb evinizə daz yola salacam! Qudurmusunuz?!” Biz ona yalvar-yaxar elədik ki, bir də belə şey eləmərik. Nə isə, bu işdən də birtəhər ötüşdük. Sabahısı gün Vidadi gəlib çıxdı. Atayan, bizdən fərqli olaraq, “təzə bəy”i yüngülcə məzəmmət elədi. Vidadi hələ də həmin şəhərdə yaşayır...
Uşaqlıqdan atasız böyümüş Əsəd cüssəsinə uyğun olmayan qeyri-adi gücə malik idi. Onların briqadası şəhər zavodlarının birində işləyirdi. Zavodda Əsədlə “Apaçi” ləqəbli əkiz tatar qardaşların davası düşmüşdü. Qardaşlardan biri boksçu idi. Zavodun cayılları qərara almışdılar ki, Əsədlə boksçu təkbətək dalaşsın. Maraqlananlar işdən sonra qalıb dövrə quraraq bu iki dəliqanlının davasına baxmışdı. Uzun çarpışmadan sonra Əsəd Apaçini yerə sərmişdi. Bir də gördük axşam Əsəd əlində bir dəstə gül hərbi hissəyə gəldi. Onunla zavodda olan əsgərlərimiz əhvalatı söylədilər. Demək, zavodun işçiləri qalib üçün bir dəstə gül də hazırlayıbmış...
Bu əhvalatdan sonra Əsəd zavodun idarəsində işləyən tatar gözəli Gulya ilə tanış oldu. Vətəndə doğmalarıyla görüşəndən sonra qayıdıb həmin qızla evləndi və indiyə qədər də o şəhərdə yaşayır...
Bizim briqada mənzillərdəki arakəsmə işlərini qurtarmışdı. Artıq özülü qoyulan binanın tikintisində işləyirdik. Nəhəng maşınlar beton pazları yerə çalır, biz binanın özülü üçün həmin pazlara taxta bərkidib beton tökürdük. 9 nəfərlik əsgər briqadamız mülki adamlarla birgə işləyirdi. Briqadirimiz Telmanla mən “ded” olduğumuza görə işləməyə o qədər də bənd olmurduq. “Molodoy”lar özbək, qırğız və tacik uşaqları idi. Ancaq vaxt ötürmək üçün bacardıqca başımı yüngül işlərlə qatırdım. Günorta bizimlə işləyən fəhlələrlə birgə yaxınlıqdakı kafedə öz talonlarımızla nahar eləyirdik. Hərdən artıq qalan talonların əvəzinə taxta çəlləklərdən süzülən dadlı pivədən də alıb içirdik...
Bir gün nahar vaxtı oturduğumuz kafeyə dörd nəfər məktəbli qız daxil oldu. Onlar bizdən iki stol aralıda əyləşib qabaqlarına pirojna və kompot düzdülər. Qızlardan ikisi üzü mən tərəfə oturmuşdu. Hiss edirdim ki, onlardan biri tez-tez mənə baxır. Arada onun baxışını tutub uzaqdan ona bir təbəssüm göndərdim. Getməyə hazırlaşan məktəbli qızlardan ayrılan həmin qız gözlənilmədən düz mənə yaxınlaşıb: “Əsgər, adınız nədir?” – deyə soruşdu. Onun gur kafedəki adamların içində gəlib açıqca mənimlə tanış olmaq istəyinə bir az narahat oldum. Başımın üstünü kəsən bu rus gözəlinə öz adımı dedim. Gülümsəyəndə yanağının biri batan qız tezcə əlavə elədi: “Mənim adım Nataşadı.” Arxaya, kafedən çıxan yoldaşlarına boylandıqdan sonra yenə mənə tərəf baxıb ciddiləşdi: “Sizi bayırda gözləyəcəyəm.” Əlində şəkilli məktəbli çantası səs-küylü kafenin qapısından bayıra çıxana qədər onun arxasınca baxdım. Məktəbli olmasına baxmayaraq onun yetişmiş, gözəl bədəni, ağ, toppuş ayaqları vardı. Dostum Telman mənimlə zarafat elədi: “Qardaş, mən səndən yaraşıqlıyam, bu “kopaqqızı” niyə mənə yaxınlaşmadı?”
Özüm qəsdən hamıdan arxada çıxdım. Nataşa işıqforun yanında təkcə durub məni gözləyirdi. Əlindəki çantasına baxıb: “Neçənci sinifdə oxuyursan? – soruşdum. Nataşa gülərək çantasını yellədi: “Səkkizdə!”
Biz iş yerinə gedən əsgərlərin arxasınca yavaş-yavaş gedirdik. Nataşa mənə müxtəlif suallar verirdi: “Hansı millətdənsən, nə qədər qulluq eləmisən, əsgərlikdən sonra nə işlə məşğul olacaqsan?..”
Mən ona çox da uzaqda olmayan iş yerimizi göstərdim. Mənimlə tanışlığına sevindiyini hiss eləyirdim. Yolun yarısında: “Yaxşı, mən burdan geri qayıdım, gəlib sizi yenə tapacam” – deyib, mənimlə vidalaşmaq istədi. Küləkli hava olduğundan biz divarları mavi mozaika kvadratları ilə bəzədilmiş binanın bir küncünə çəkilmişdik. Mən bir bakal pivə içdiyimə görə cızığımdan bir balaca tez çıxdım: “Bəlkə səni öpüm ki, sonra doğurdan da məni axtarasan...” Nataşa gülüb: “Yox, bu hələ çox tezdi, gələn dəfə baxarıq” – deyib, üzümə qəribə bir sevgi ilə baxdı. Onun gözəl bədəni, təmiz gözləri, çökən yanağı, günahsız dodaqları məni fərəhli bir enerji ilə doldurdu. Nataşa üzümə baxa-baxa məndən bir neçə metr dal-dalı aralanıb yumru biləkli əlini yellədi. Mən dayanıb onun bu gözəl ayrılmağına tamaşa eləyirdim. Xeyli uzaqlaşdıqdan sonra arxaya çevrilib yenə əl elədi. Birdən yadıma düşdü ki, mən də ona əl eləməliyəm...
Axşam yeməyindən sonra çöldən gələn uşaqlar mənə dedilər ki, Valya səni soruşurdu. Mən küçəyə çıxmadım. Nədənsə, Nataşa mənə, indiyə qədər gördüyüm qızların hamısını unutdururdu. Bütün gecə yatana qədər onu düşündüm. Xəyalımda onunla şəhərdə gəzir, öpüşür, sevişirdik. Özümü də danlayırdım, “ay ağılsız, niyə onun ev ünvanını, telefonunu almadın, bir də oralara gəlməsə bunun axırı necə olacaq?” Bircə təsəllim o idi ki, iş yerimizə yaxın bir məktəb vardı, ola bilsin Nataşa da orda oxuyur...
İki gün idi nahar vaxtı gözüm Nataşanı axtarır, lakin gəlib çıxmırdı... Üçüncü gün biz yeməyə gələndə gördüm, Nataşa əlində çanta təkcə kafenin girəcəyində dayanıb. Onu görən kimi əsgərlər dönüb mənə baxdılar. Nataşa məni görəndə utandı, başını aşağı əyib ayağının birini arxasındakı divara söykədi. Mən onun yanına gəldim. O: “Sən get yeməyini ye, mən gözləyərəm”- dedi. Məni romantika bürümüşdü: “Yox, yemək-zad istəmirəm, gedək biraz gəzişək,” - dedim. Nataşa ciddiləşib: “Sən nə danışırsan, get yeməyini ye, narahat olma, mən burdayam,”- etiraz elədi. Mən tez-tələsik nahar eləyib çölə çıxdım.
Sən demə, iki gün imiş o da məni görmək istəyirmiş, hər dəfə onlar dərsdən çıxana qədər biz nahardan qayıtmışıq. Bu gün isə məni görmək üçün dərsdən tez gəlib. Biz ayrıldığımız binanın tininə çatanda Nataşa gülüb: “Bilirəm məni niyə bura gətirdin,”- dedi. Özümü bilməməzliyə vurdum: “Nəyə görə?” Onun yanağı yenə çökdü: “Məni öpmək istəyirsən.” Sonra yerə baxa-baxa: “Səni görməyəndə elə bilirdim məndən incimisən,”- pıçıldadı. Mən yenə özümü bilməməzliyə vurdum: “Səndən niyə inciyirəm ki?” Başını qaldırıb üzümə baxdı: “Keçən dəfə öpməyə qoymadım axı.” Mən fürsətdən istifadə elədim: “Bəs indi öpmək olar?” O, mənə biraz da yaxınlaşıb: “Bilmirəm,” – dedi. Çantasını əlindən alıb yerə qoydum və qollarımı qollarının altından kürəyinə uzadaraq onu özümə çəkdim. Biz bir-birimizi qucaqlayıb xeyli öpüşdük. Mən hərdən belindən qucaqlayıb onu özümə bitişdirirdim...
Axşam hərbi hissəyə qayıdanda Valyanı girəcəkdə gördüm. Ötən az bir zamanda xeyli soluxmuşdu. Ürəyimdə ona yazığım gəldi. Gözəlliyini bir yana qoymaq olsaydı, onu bu vəziyyətdə küçə qızlarına bənzətmək olardı. Məni görən kimi sahibsiz adamlar kimi üstümə yüyürdü: “Evin açarını Fedyadan (Firdovsidən) almışam, içəridə ikimizə süfrə düzəltmişəm, Tomadan sənə söz gətirmişəm...” Demək, Tomadan xəbər var. “Yaxşı, sən get, mən də gələcəm,”- dedim. Axşam yeməyindən sonra taxta evə gəldim. Qapı bağlı idi. Qapını döyən kimi Valya içəridən açdı. Stolun üstündə araq, yemək-içmək vardı. Valya məni qucaqlayıb xeyli özünə sıxdı. “Tomanı harda gördün?” – soruşdum. “Bilirsənmi, getdim ki, Tomanı görüb danışım, səninlə barışdırım. Ondan üzr istədim. Mənə dedi, bir də onunla görüşmək istəmirəm. And içirəm, mən onu bura gətirmək istəyirdim. Axırda dedi ki, mən onu sevmirəm!” Mən qarşımda duran Valyanın üzünə bir şillə çəkdim. O, bir əlilə üzünü tutub heyrətlə üzümə baxdı və stolun üstündəki araq butulkasını götürüb başıma çırpmaq istədi. Onun əlini göydə tutub məni söyüb təhqir edən dodaqlarını öpməyə başladım. Valya sakitləşmək bilmirdi. “Valya, bağışla məni, sənin heç bir günahın yoxdu, bağışla, sən allah, bütün günahlar özümdədi, əclaflığı mən eləmişəm!”- deyə onu birtəhər sakitləşdirdim...
Hər ikimizə araq süzdüm. Mən dolu stəkanı başıma qaldırdım. Heç nə yeyə bilmirdim. Valya da içib heç nə yemədi. “Gəl, zakuskasız içək!” – dedim. “Gəl içək!” - dedi. Biz dəmləşəndə: “Dayan, o şilləni özünə qaytarım!”- dedi və mənə möhkəm bir şillə çəkdi. Mən gülüb onu divana yıxdım...
(davamı olacaq)

1061 dəfə oxunub
Oxşar xəbərlər
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
15:00
16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri
12:00
16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart
15:00
15 noyabr 2024