Yeddi Dövlət – Bir Millət Konseyi ortaq türk əlifbasına keçdi

Yeddi Dövlət – Bir Millət Konseyi ortaq türk əlifbasına keçdi
12 may 2011
# 13:12
Yeddi Dövlət – Bir Millət Konseyi may ayının 11-dən bütün yazışma və xəbərləşmələri ortaq türk əlifbası ilə həyata keçirəcək. Bunu qurumun başqanı Azər Həsrət bildirib.

“Yalquzaq.com” saytındakı açıqlamasında Azər Həsrət qeyd edib ki, ötən il ortaq türk əlifbası üzərində geniş təbliğat işi aparıblar: “Qısa müddət ərzində yeddi bağımsız türk dövlətində və digər türk topluluqlarında hazırda istifadə edilən əlifba şəkilləri araşdırıldı, onların ortaq və fərqli yönləri, ləhcələrə tətbiqi məsələləri öyrənildi. Bakıda keçirilən iki ayrı konfransda müzakirələr aparıldı, mütəxəssislərin rəyləri müzakirə edildi. Bütün bunlardan sonra bəyan etdik ki, mümkün qədər qısa zaman içində ortaq əlifbaya keçilməlidir”.

Konsey başqanı artıq ilk addım kimi başçılıq etdiyi qurumun və onun əsas xəbər kanalı olan “Yalquzaq.com”un bu uyğulamaya başlayacağını vurğulayıb.

Azər Həsrətin Yeddi Dövlət – Bir Millət Konseyinin yazışma və xəbərləşmələri ortaq türk əlifbası ilə həyata keçirməyə başlaması haqda açıqlaması da “Yalquzaq.com”da sözügedən əlifba ilə verilib. Həmin açıqlamada bildirilir: “Bilirik ki, bu addımımız geniş dästäk göräcäk. Onu da bilirik ki, bizi tänqid edänlär olacaq. Ancaq önämli olan odur ki, ilk addım atılır. Bir zamanlar böyük öndärlärimizdän olan İsmayıl bäy Gaspıralının dediyi “dildä, fikirdä, işdä birlik” artıq gerçäkläşmäkdädir vä biz bir an belä zaman itirmädän bu işi görmäliyik.

Yeddi Dövlät – Bir Millät Konseyinin hazırladığı ortaq türk älifbası Azärbaycan, Qazaqstan, Kuzey Kıbrıs, Özbekiston, Türkiye vä Türkmenistanda yürürlükdä olan latın äsaslı älifba şäkillärinin ortaq yönläri näzärä alınaraq hazırlanıb. Cämi 34 härfdän ibarät olan älifba demäk olar ki, bütün türk lähcälärinin ifadäsi üçün yetärlidir. Misal üçün, Azärbaycan türkcäsindäki 32 härfdän yalnız biri (Ə ə – Ä ä) däyişdirilir, Ň ň (sağır nun) vä W w (qoşa ve) härfläri älifbaya älavä edilir. Yaxud da Türkiye türkcäsindäki 29 härf yerindä qalmaqla daha beş härf älavä edilir vä s. Aşağıda ortaq türk älifbasının härfläri verilir: A a (Aşgabat), B b (Bakı), C c (Ceyhan), Ç ç (Çanaqqala), D d (Därbänd), E e (el), Ä ä (äziz), F f (Färğanä), G g (günäş), Ğ ğ (ağa), H h (häsrät), X x (xan), I ı (Iğdır), İ i (iynä), J j (Jalä), K k (kitab), Q q (Qazan), L l (Lefkoşa), M m (Mersin), N n (Narınqala), Ň ň (anaň), O o (orta), Ö ö (ördäk), P p (para), R r (rayon), S s (säma), Ş ş (Şuşa), T t (Täbriz), U u (Urmiyä), Ü ü (Ürümçi), V v (Van), W w (-), Y y (Yevlax), Z z (Zängäzur).

Älifbadan göründüyü kimi W w (qoşa ve) härfi sadäcä yeni texnologiyaların täläblärini ödämäk üçün (internet ünvanları kimi) älifbaya daxil edilib”.

"Media forum"
# 2609 dəfə oxunub

Oxşar xəbərlər

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

"Romandakı bu cümlələr Seymur Baycanı xatırladır" - "Qəvvas"ın qaranlıq məqamları

12:00 18 aprel 2026
«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

15:00 17 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər