Eurovision “Twitter”də - PROJE

Eurovision “Twitter”də - PROJE
11 may 2011
# 15:41
“Eurovision” yarışmasındakı yarımfinal həyəcanı “Twitter” sosial şəbəkəsində də hiss olundu.

İstifadəçilərin milliyətindən və dilindən asılı olmayaraq, hər kəs yarışma haqda müxtəlif fikirlər yazırdı.

Kulis.az “Twitter Trend” layihəsində bu gün Azərbaycan, Türkiyə, Yüksel Sadakat açar sözlərinin keçdiyi ən maraqlı qeydləri təqdim edir.

Bu qeydlər müxtəlif dillərdə olduğuna görə, hər bir tvitin qarşısında hansı ölkə və ya ölkələr qrupuna aid olduğunu bildimişik.


* Azərbaycan hər il maraqlı, əyləncəli, gözəl nəsə tapmağa çalışır. Bunu yaxşı bacarırlar. (Avropa)

* Azərilər hər il yarıçılpaq qızlarla çıxmağa adət ediblər deyəsən. (Türkiyə)

* İTV-in aparıcılarına demək lazımdır ki, arxa fonda mahnılar səslənən zaman danışmasınlar! (Azərbaycan)

* Yağışdan başqa maraqlı bir şey görmədim. Elə bil, bizə “gecəniz xeyrə” oxuyurdular. (Avropa)

* Burdakılar Azərbaycan qadınlarıdırsa, bəs AzTV-dəki qadınlar kimdi? 80-ci illərdən qaçmış halda olanları deyirəm (Türkiyə)

* Azərbaycan mahnısını xüsusilə azəri kanalından izlədim. Aparıcı “indi çox qürurluyuq, rahatıq” dedi. Milli dava deyil, dostlar, çox şişirdirsiz. (Türkiyə)

* Görəsən, Elli ilə Nikki neçə çemodan “Azərbaycan həqiqətləri” aparmışdı Avropaya? (Azərbaycan)

* İndi Azərbaycan 12 balı kimə verəcək? (Türkiyə)

* Türkiyə ilə Ermənistanın keçməməsi yaxşı oldu. Bu il millətçi donubaşakeçirmələr, üzcırmalar, isterikalar olmayacaq. (Azərbaycan)

* Neçə aydır özümüzü öldürürük ki, Azərbaycanı Twitterdə top-trend edək, alınmır. İndi “manıs” yarışmasına görə Azərbaycan top-trend olub Avropada. (Azərbaycan)

Türkiyə və “Yüksəl Sadakat” trendləri

Qalatasaray pis oynayanda milli heyət də pis oynayır; Qalatasaray çox pis oynayanda isə heç Eurovisionun finalına da keçə bilmirik...

Bizə səs göndərməyən ölkələrin seks videoları artıq əlimizdədir.

Demək bizi çıxardınız yarışmadan? O halda: "KURTLAR VADİSİ EUROVİSİON"

Bizə Eurovisionu qazandıracaq "Yüksek Sadakat" deyil, Türkiyəni düzəldəcək sədaqəti yüksək bir baş nazir lazımdır.

“Yüksəl Sadakat” “Ölüm qrupunda idik” bəhanəsini desə, bəlkə inanarıq.

Eurovisiondakı uğursuzluqdan sonra “Yüksəl Sadakat”dan ancaq bir mahnı istəyirəm: Haydi gəl içelim, dərdini al da gəl...(Y.S. qrupunun mahnısı – kulis.az.)

Üstlərindən bir quş keçməyini istəyən “Yüksək Sadakat”ın üstündən Eurivision keçdi.

Eurovisiondan çıxarılmış Yüksəl Sadakat qrupu kimiyəm...

Almaniyadakı türklər “tvitləmək”dən vaxt tapıb Türkiyəyə səs göndərə bilməyib.


Günel ƏSGƏRZADƏ
# 1959 dəfə oxunub

Oxşar xəbərlər

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

14:50 13 avqust 2026
15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz -  Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

12:00 13 avqust 2026
Həyat yoldaşına tablolar həsr edən sənətkar  - Çarlz Blekmanın məşhur əsərləri

Həyat yoldaşına tablolar həsr edən sənətkar - Çarlz Blekmanın məşhur əsərləri

16:50 12 avqust 2026
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər