“Bu insanlarla qurultay keçirmək mümkün deyil”

“Bu insanlarla qurultay keçirmək mümkün deyil”
31 oktyabr 2012
# 13:54
Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı bu ilin sonu gələn ilin ilk aylarında keçiriləcək.

APA-nın məlumatına görə, bunu AYB-nin sədri Anar bu gün keçirdiyi mətbuat konfransında deyib: “Birliyin qurultayının yubanmasının müxtəlif səbəbləri var. Əvvəllər də qurultaylar vaxtında keçirilmirdi. Hətta bəzən birliyin qurultayları arasında 20 il fasilə də olub. Birliyin binası təmir olundu, sonra birliyin 75 illik yubileyi qeyd olundu. Bunlar da qurultayı gecikdirən səbəblərdəndir”.

Anar deyib ki, əvvəllər AYB-nin qurultayında bütün üzvlər iştirak edirdi. İndi isə birliyin 1500 üzvü olduğundan qurultayda onların hamısının iştirakı mümkün deyil və nümayəndələr seçilməlidir: “Qurultaya hazırlıq işləri gedir. Amma bu proses asan getmir. Biz “Ədəbiyyat” qəzetinin hər nömrəsində elan veririk ki, birlik üzvləri qeydiyyatdan keçsinlər. Onlar qeydiyyatdan keçmirlər ki, biz nə qədər üzvümüz olduğunu dəqiq bilək. 200 birlik üzvü isə üzvlük haqqı vermir. Amma istənilər halda qurultay bu ilin sonu gələn ilin ilk aylarında keçiriləcək”.

Anar qurultayda birlik sədrliyinə öz namizədliyini verib-verməyəcəyinə də aydınlıq gətirib: “Mən yalnız qurultay ərəfəsində namizədliyimi verib verməyəcəyimə dair qərarımı bildirəcəyəm”.

AYB sədri gənclərlə bağlı problemlərə də aydınlıq gətirib: “Kim düşünürsə ki, mənim gənc yazarlarla problemim var çox yanlış fikirdədir. Kimsə mənimlə mübarizə aparırsa, onun öz işidir”.

O bildirib ki, AYB-də Gənclər Şurası var, birliyin gənclər üzrə katibi fəaliyyət göstərir: “AYB gənc yazıçılara mükafatlar verir, onların kitablarını çap edir, bəzi yazıçılar birlikdən narazıdırlarsa, bunun bizə aidiyyatı yoxdur. Birliyin qapısı hər kəsin üzünə açıqdır. Azərbaycan ədəbiyyatının ən istedadlı gəncləri birliyin ətrafında cəmləşib. İki-üç adam birlikdən narazıdırsa, hələ bu o demək deyil ki, onlar yazıçıdırlar. Onlar hələ əvvəlcə öz yazıçılıqlarını sübut eləsinlər”.

Anar AYB ətrafında gedən söz-söhbətlərdə mətbuatın günahı olduğunu da qeyd edib: ”Birliyin adının neqativ hallanmasında mətbuatın da rolu az deyil. Mətbuat qaşınmayan yerdən qan çıxarır. Elə bil bu millətin Yazıçılar Birliyindən başqa dərdi yoxdur. Heç kimi maraqlandırmır ki, Bəstəkarlar İttifaqının qurultayı nə vaxt keçiriləcək, Rəssamlar İttifaqı üçün ev tikilib, ya yox”.

Dünyanın heç bir ölkəsində Yazıçılar Birliyinə və yazıçılara ev verilmir. Bu, yalnız Sovet İttifaqında mümkün idi. 20 ildir Sovet İttifaqı dağılıb, hələ də bəzi adamlar o dövrün ab-havası ilə yaşayır”.

O bildirib ki, buna baxmayaraq, öz xahişi ilə AYB üçün ev tikməyə sahə ala bilib: “Əgər ev almaq üçün 44 nəfərin ərizəsi varsa və 34 nəfərə ev verilirsə, təbii ki, 10 nəfər narazı qalacaq. Heç o ev alan 34 nəfərə görə adama “sağ ol” deyən yoxdur. “Sağ ol” demirlərsə, heç olmasa, qalmaqala yol verməsinlər. Qalan 10 nəfərə də imkan olduqca, ev veriləcək”.

Anar deyib ki, Dəvəçi rayonunda da digər yaradıcılıq birlikləri ilə yanaşı, AYB üzvləri üçün də kotteclər tikiləcək. Hələlik qlobal maliyyə böhranı səbəbindən bu işlər dayandırılıb.
# 1348 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
#
#
# # #