Əli ilə bozbaş yemək istəyənlər

Əli ilə bozbaş yemək istəyənlər
10 oktyabr 2012
# 07:00
Layihə: Kulis zarafatı


“Hər bir möhtəşəm kişinin arxasında bir qadın dayanır”.

Amma mənən məhv olmuş kişinin arxasında bir qadın var.

Bu gün cəmiyyətdə müxtəlif tip qadınlar var.

İnsanı xoşbəxt eləməyi, bədbəxt eləməyi də bacaran qadınlar...

Azərbaycanda ikinci tip qadınlar daha çoxdur.


Bunu görmək o qədər də çətin deyil.

Sadəcə bir az müşahidə bacarığı olmalıdır.

Şəhərdə 70% kişi fikirli gəzir, öz-özünə danışır.

Bunun səbəbi, nə işdəki problem, nə də cibindəki pulunun azlığıdır...

Səbəb qadını ilə olan problemdir.

Başqa problemlər də ola bilir.

Amma sevdiyi qadın normal olsa bu problem ətrafdan nəzərə çarpmaz.

Keçən dəfə Facebook istifadəçilərini qruplaşdırmışdıq.

Bu gün isə Azərbaycan qadınlarını qruplara böləcəyik:

1. Heç nəyə inanmayan qadınlar. Bu qadınlarla normal bir münasibət qurmaq istədikdə adama həmişə eyni cavabı verirlər: “Mən sevgiyə inanmıram, indi sevgi yoxdur, kişilər hamısı birdir”. Ay zalımın qızı, bir kəlmə denən ki, sevilməyə layiq, normal həyata hazır deyiləm. İmkan ver, mənasız həyatımı davam etdirim.

2. Bütün günü Facebookda oturub kişilərə aid status yazan, heç bir yerdə işləməyən, heç kimi bəyənməyən, ömründə məktəb dərsliklərindən başqa kitab görməyən qadınlar - bütün günü kişilərlə bağlı mənasız ayamalar axtaran, həyat yalandı kimi statuslarla həyatını məhv edənlər. Ay zalım, həyat yalan zad deyil e. Sən həyatı məhv eləməklə məşğulsan. Keçən dəfə biri Facebookda status yazıb ki, həyat yalandı sonunda ölüm var. Ay mənasız, 80 il yaşadın bəsdi də. Guya 25 il yaşayıb nə etmisən ki.

3. Bütün günü televizorun qabağında oturan, iki seriala axşam, ikisinə də səhər baxan qadınlar-qalan vaxtlarını o serialın müzakirəsinə həsr edənlər. Bunlarla işimiz yoxdu. Çünki onlar iddiasızdır. Seriallarla həyatlarını yaşayırlar.

4. Qlamur qadınlar. Bunlar adətən öz ömürlərini jurnalla keçirirlər. Yeni geyim, yeni eynəklər, yeni çantalar. Normalda günortalar yemək yemirlər. Axşamlar meyvə ilə dolanırlar. Bunlar restorana gedəndə adətən salat yeyirlər. Hamıya yuxarıdan aşağı baxırlar, oxuduqları yalnızı supermarket jurnallarıdır, rayondan Bakıya gələn insanlara yuxarıdan aşağı baxırlar. Belə tiplərdi bunlar. Onlar çox saxtadır. Nəyə desəniz and içərəm ki, onlardan bəziləri əlləri ilə bozbaş yeməyin həsrətin çəkir. Amma oyundu, giriblər çıxa bilməzlər.

5. Bu gün şəhərdə əlində siqaret, üç sözündən ikisi söyüş olan gənc qızları görürük. Bunlar bu hərəkətləri ilə sadəcə “mən müasirəm” görüntüsünü yaradırlar. Amma müasirlik bu deyil, vallah. Sən müasirliyini savadınla, səviyyənlə göstər. Facebook statusunda söyüş yazmaq, “Araz”da oturub pivə içə-içə siqaret çəkmək müasirlik deyil, vallah.

6. Normal qadınlar. Bu qadınlar səhərlər işə, axşam da işdən evə tələsənlərdir. Onlar adətən normal savada, normal səviyyəyə malik olur. Kitabını oxuyur, filmini izləyir. Və öz ərini “evə niyə gec gəldin”, “niyə araq içirsən” kimi lazımsız ifadələrlə yormur. Acı da olsa, bu gün cəmiyyətdə belə qadınlar çox azdı.

Amma inanaq ki, müəyyən vaxtdan sonra qadınlar bizi daha xoşbəxt edəcəklər.

Guya inanmayıb neyləyəcəyik ki?!

Fuad CƏFƏROV
# 2278 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #