O, arvadına bikini geyməyə icazə vermirdi amma...

O, arvadına bikini geyməyə icazə vermirdi amma...
9 oktyabr 2012
# 07:00
Kulis.az ispan kinorejissor Pedro Almodovarın həyatdan öyrəndiklərini təqdim edir.

Film sənin əvəzinə nəyisə həll etmir. O seks kimdir - tez ötüb keçən xoşbəxtliklər gətirir.

Mənim üçün iki dəqiq xarakter və yaxşı dialoqun bir neçə sətri ən bahalı xüsusi effektlər kimi kəsərlidir.

Sevgi məndə pis tərəfləri oyadır. Sevəndə yumor hissimi itirirəm.

Anam filmlərimə baxmır. Baxsaydı, yəqin ki, ölərdi. Bundan başqa, o heç cürə başa düşmür ki, mən rejissoram, ona görə də heç vaxt pulum olmur. Televiziyaya müsahibə verməyim onun nəzərində daha əhəmiyyətlidir.

Sirlər sənin həyatını zənginləşdirir və işdə sənə kömək edə bilər. Amma elə vaxt olur ki, sirlər səni boğur. Sən öz homoseksuallığın haqda danışmaya bilərsən, amma onu dərk etməlisən.

Kino çəkməyim təəccüblüdür. Mən film çəkmək üçün lazım olmayan yerdə, lazım olmayan ailədə və lazım olmayan məqamda doğulmuşam. Bu, Yaponiyada doğulsaydım, toreador olmağı arzulamağıma bənzəyərdi.

Biz kişilər “əlvida” deyəndə centlemen olmağı bacarmırıq. Ola bilsin, Keri Qrant və ya Devid Niven bunu necə etməyi bilirdilər, amma şübhə edirəm ki, “Əzizim, mən daha səni sevmirəm” dedikləri zaman cazibələrini saxlamağa gücləri yetərdi.

Lolanın prototipi (“Anam haqda hər şey” filmindən) Barselonadan olan travesti idi. O, arvadına bikini geyməyə icazə vermirdi, amma özü sinəsini qabağa verərək gəzirdi və bədənini ilk rastlaşdığı hər kəsə təklif edirdi. Bu maçizmin əla nümunəsidir: nəsə irrasional bir şeydir, rasizmin, paranoyanın və səfehliyin bütün böyük təzahürləri kimi.

On və on iki yaş arasında, katolik məktəbində oxuyanda mənimlə bağlı dəhşətli şeylər baş verirdi. Siz nə demək istədiyimi başa düşürsünüz... Bu keşişlərin işi idi. Eyni şey şagirdlər arasında da olurdu. Amma burda biabırçılıq idi. Seksə təbii şəkildə başlamaq lazımdır, qəfil və zorakı formada yox. Bundan üç il sonra mən tək qalmağa qorxurdum.

Kinematoqrafiyanı öyrənmək olar, amma öyrətmək olmaz. Burda mənimsənilməsi mümkün olan az qayda var. Yerdə qalanı sənin danışılan əhvalata baxışındır. İki film arasındakı fərq - rejissorun nəzər nöqtəsindədir. Bu əxlaq məsələsidir.

Kişilər yalan deməyə alışıblar, onlar qadınlardan fərqli olaraq tez-tez yalan danışırlar.

Mən praktiki katolik deyiləm, ümumiyyətlə, heç katolik deyiləm, fəqət, din həyatımda mövcuddur. İstəyirəm ki, Allah barədə deyilənlər həqiqət olsun. Mən Allaha inanmıram, amma o, ecazkar uydurmadır.

Mən qadınların söhbətlərini avtobusda və metroda dinləyirəm, özümü onlar vasitəsilə ifadə edirəm. Hesab edirəm ki, kişilər yetərincə mülayim deyil. Onlar ömrü boyu maço rolunu oynamağa məhkumdurlar.

Şöhrət heç nəyə gərək deyil. Bunu anlayanda, təkəbbürdən azad olursan.

Mən tənha canavaram və getdikcə daha çox özümə qapanıram. Bu lənətə gəlmiş şöhrət üzündən demək olar ki, özüm haqda heç nə demədən, çox danışmağı öyrənmişəm.

Çevirdi: Sevda Sultanova

Digər yazılar:
Paris Hiltonun həyatdan öyrəndikləri
Porno-aktrisa Saşa Qreyin həyatdan öyrəndikləri
Robert De Nironun həyatdan öyrəndikləri
Cüneyt Arkının həyatdan öyrəndikləri
Conni Deppin həyatdan öyrəndikləri
Eldar Ryazanovun həyatdan öyrəndikləri
Feridun Düzağaçın həyatdan öyrəndikləri
Kevin Kostnerin həyatdan öyrəndikləri
Salman Rüşdünün həyatdan öyrəndikləri
Rey Bredberinin həyatdan öyrəndikləri
Karlos Şakalın həyatdan öyrəndikləri
Müəmmar Qəzzafinin həyatdan öyrəndikləri
Viktor Pelevinin həyatdan öyrəndikləri
# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #