Tarkanın sirri...
4 oktyabr 2012
05:00
Oktyabrın 17-də meqastar Tarkanın 40 yaşı tamam olacaq. Tarkan yeganə türk müğənnisidir ki, Avropada da tanınır və türk dilini bilməyənlər arasında sevilir. Tarkana rusdilli azərbaycanlılar da qulaq asırlar.
O, 20 ildir səhnədədir, amma adı heç vaxt qalmaqallarda hallanmayıb. Televiziya verilişlərinə çıxmır. Konsert verəndə biletləri dərhal satılır. 2004-cü ildə Tarkan ilk dəfə Bakıya gəlmişdi. Tofiq Bəhramov adına stadion ağzına kimi doluydu. Cennifer Lopezin Bakıya gəlməyi o konsert qədər ajiotaj yaratmadı. Həmin konsertdən sonra Tarkan 2008 və 2011-ci illərdə Bakıda yenidən çıxış etdi.
Onun albomlarını bəyənməyənlər də alır: maraq üçün. Yaxşı, 20 ildir bitməyən Tarkan sevgisinin səbəbi nədir? “Tempo” dərgisi sentyabr nömrəsində “Tarkanın sirri nədir” başlıqlı məqalə dərc edib. Həmin araşdırmada bu suala cavab tapmağa çalışıblar. Mətni Kulis.az oxucularına təqdim edirik.
***
Təxminən 90-cı illərin əvvəlləri idi. Uşaq idim, bağ evimizdə ora-bura qaçırdım. Bir əlində Tarkanın fotosunu tutan 30-35 yaşında olan qohumum o biri əlini sinəsində gəzişdirərək dedi: “Bu uşağın sinəsinə də, sinəsinin tüklərinə də bayılıram”. Onda mən Tarkanın gücünü anlamışdım.
***
“Kıl oldum abi” mahnısı çıxanda mən də daxil olmaqla çox adamı özünə bağlamışdı. Amma sonra metamorfoza baş verdi. İlan dərisini necə dəyişdirirsə, o da tərzini eləcə dəyişdi.
***
Öz xarizması ilə qazandığı çörək onun haqqı idi. Bəzən qeyri-səmimi, bəzən isə səmimi şəkildə qurdu körpülərini və adi zərbələrdən yıxılmadı. İstanbulun xırda elitasının atdığı daşları görmürdü sanki. Ağlına gələni elədi, ancaq özünü həmişə medianın nəzarətindən kənarda saxlamağı bacardı. Çimərlikdə başqa bir kişi ilə çılpaq çəkdirdiyi fotosu mətbuata çıxanda cavabı belə oldu: “Bu mənim həyatımdır, bundan kimə nə?” Türkiyənin axtardığı adam bu idi. Çox yaxşı idarəedilən, mediada görünməyən, böyük adamların haqqında söylədiyi müsbət şeylərdən PR vasitəsi kimi istifadə etməyən, yüksəkdə dayanan, amma yüksəkdən baxmayan bir adam.
***
1992-ci il Tarkanı çılpaq gözlə görə biləcəyimiz ilk il oldu. Üz qabığında adi bir pop musiqiçisinin fotosu olan “Yine sensiz” adlı albomunda yer alan “Kıl oldum abi” mahnısı atom bombası effekti verdi. Uşaqların dilinə düşdü, bacılarımız ondan gözlərini ayıra bilmədi.
***
Albom birinci dəfə buraxılanda 700 mindən çox satıldı. Sonradan çıxan remiks variantı ilə birlikdə bir milyonu ötdü. Sonra isə “A-acayipsin” albomunun üz qabığı, buradakı mahnılar yeni bir Tarkan obrazı yaratdı. Bu dəfə üz qabığındakı duruşu “Kıl oldum abi”dəkindən daha gözəl idi. Sezen Aksunun sehrli toxunuşundan sonra albom inanılmaz uğura imza atdı.
***
Tarkan bir dəfə televiziyada aparıcı Savaş Ayın qonağı idi. Birdən qayıdıb aparıcıya dedi ki, işəməyim gəlir. O vaxt bunu eşidəndə çox gülmüş, çox əylənmişdim. İndiki dövrdə heç bir müğənni buna cəsarət edə bilməz.
***
Əlbəttə əlindən tutanlar vardı. Təkbaşına olsaydı, çətin indi belə bir Tarkana sahib olardıq. Ahmet Ertegün - bu işin asıdır – Tarkanın əlindən tutdu. Ray Çarlz, Aretha Franklin və Led Zeppelin kimi onlarla ulduzu kəşf edən A.Ertegünün bütün diqqəti ində də Tarkandaydı. İngiliscə albomunu buraxmaq istəyirdi. Tarkanın ABŞ-a tez-tez gedib gəlməsi də bununla bağlıydı. Amma bu albom məsələsi çox uzandı. Tarkan Türkiyəyə hər dəfə qayıdanda ondan soruşurdular ki, ingiliscə albom nə zaman çıxır? Tarkan isə deyirdi: “Üzərində işləyirik, mükəmməl olmağını istəyirik”. ABŞ-a 1994-cü ildə getdi, amma ingiliscə albomu 2006-cı ildə çıxdı. “Come Closer” adlanan albom uğur qazana bilmədi. Amma indiyə kimi Türkiyədə ən çox satılan ingiliscə albom oldu.
***
O, həm də öz rəqsi ilə “söhbəti tutub”. Elə əvvəldən yaxşı rəqs etməyi bacarır. Qadınlar göbək oynadan kişiləri sevmirlər. Amma Tarkan hər dəfə səhnədə göbəyini oynadanda qadınlar “özündən gedirdi”. Geyimləri də fərqli idi.
***
Tarkan şəxsi həyatını mediadan, medianı şəxsi həyatından nə qədər uzaq tutsa da, sevgililəri ilə daim gündəmdə olub. Prodüser Elif Dağdeviren, vəkil Bilge Öztürk ilə münasibətləri diqqət çəkib. Yaxından tanıyanlar deyirlər ki, Dağdeviren Tarkanın inkişafında xüsusi rolu olan qadındır. Amma Bilge Öztürk ilə münasibətləri daha uzun sürdüyünə görə yaddaşlarda daha çox o qalıb. Mediadan qaçmasalar da, münasibətləri haqda heç vaxt danışmayıblar. Bəziləri isə deyirdi ki, Tarkan homoseksualdır, bu münasibətləri isə sadəcə görüntüdür.
***
Ötən 20 ilə baxanda belə qənaətə gələ bilərik ki, ortada çox yaxşı idarə olunmuş bir marka var. Deyəcəksiniz ki, hər sənətkarın bir “marka direktoru” var. Bəli. Amma Tarkan “dərslərini yaxşı oxudu”. Özünə maya qoydu. Musiqi həyatının iki günlük, dedi-qodulu bol bir macəra deyil, yaxşı planlaşdırıldığı, idarə olunduğu təqdirdə heç vaxt bitməyəcək bir əfsanəyə çevrildiyini hamıya isbat etdi Tarkan. Onun haqqında “artıq bitdi, meqastar deyilən Tarkan bura qədərmiş” deyildiyi zamanlarda da musiqiyə sarılmağa davam etdi. Konsertinə gedənlər deyirdi ki, o hamıdan yuxarıdadır, amma həm də sanki içimizdədir. Nə qədər pul xərcləyirsiniz-xərcləyin, nə qədər möhtəşəm səhnə performansı göstərirsiniz-göstərin, bu cümləni dedirdə bilməzsiniz. Almaniyada başlayıb, Karamürsəldə davam edən təvazökar və sadə həyatını bu nöqtəyə gətirib çıxarmağının haqqını vermək lazımdır.
***
O səhnədə göbək oynadacaq qədər türk, klipində ehtirasla öpüşəcək qədər qərbli, hər mövzuda danışmayacaq qədər məsafə saxlayan, ətraf mühitin qorunmasında sonuna gedəcək qədər diqqətli, həm kişilərin, həm də qadınların sevdiyi, həm rəqs etdirən, həm də ağladan...
***
40 yaşlı Tarkanın həyat yolu
1972
Frankfurtun Alzey qəsəbəsində doğuldu.
1987
Almaniyadan İstanbula gəldi.
1990
Karamürsel liseyini bitirdi.
1992
“Yine sensiz” adlı ilk albomu 1 milyondan çox satıldı.
1994
Anidən partlayan Tarkana Sezen Aksu kömək əlini uzatdı. “A-acayipsin” albomu çıxdı, Türkiyədə 2.5 milyon, xaricdə isə 950 min satıldı.
1997
“Ölürüm sana” 2.5 milyon satıldı. Hələ də konsertlərinin həvəslə söylənən mahnılarındandır.
1998
Sezen Aksunun bəstəkarı olduğu “Şımarık” böyük uğur qazandı.
2001
Əsgərlikdən sonrakı albomu “Karma” çıxdı. “Hüüp” və “Kuzu Kuzu” mahnıları ilə uğurlu dönüş etdi.
2002
2002-də “Holly Valance”-in söylədiyi “Kiss Kiss” adlı mahnı, “Şımarık”ın ingiliscə versiyası idi. Bütün dünyada uğur qazandı.
2003
“Dudu” albomunda Nazan Öncel ilə çalışdı. Albom təkcə Rusiyada 1 milyon satıldı.
2006
İngiliscə albomu “Come Closer” çıxdı.
2008
“Metamorfoz” albomu çıxdı. 500 min satıldı.
2010
“Adımı kalbine yaz” albomu inanılmaz uğur qazandı.
2012
“Aşk gitti bizden” “singl”ı bu yayın ən yaxşı mahnılarından biriydi.

2694 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024