İy verən, meyit rəsmi çəkən, boya yeyən rəssamlar

İy verən, meyit rəsmi çəkən, boya yeyən rəssamlar
27 sentyabr 2012
# 04:00
Sənət adamlarının məişəti də qeyri-adi olur. Onlar bəzən elə axmaqlıqlar edirlər ki, insanlar heyran qalır. Məsələn, Mikelancelo çimmirdi, Van Qoq isə boya yeyirdi. Kulis.az rəssamlara aid qeyri-adi məlumatları dərc edir.

“Meyiti bərk tutun!”

İtalyan rəssam Karavacco bir dəfə öz köməkçilərinə əmr edir ki, meyiti məzardan çıxarıb ayaq üstə tutsunlar. Rəssam onun rəsmini çəkmək istəyirmiş. Köməkçilər meyitin qoxusuna dözə bilməyib onu buraxırlar. Karavacco qılıncını çəkərək onlara əsəbiləşir. Əmr edir ki, meyiti əvvəlki vəziyyətdə saxlasınlar.

Boya yeyən Van Qoq

Hollandiyalı rəssam Van Qoq ömrü boyu ancaq bir rəsm əsərini sata bilib. Depressiyada olan rəssam ağır günlərində rəsm çəkmək üçün istifadə elədiyi boyaları yeyirmiş. Rəssam qeyri-adi həyatına intiharla son qoyub.

Dalğıc, yoxsa rəssam?

Sürrealist rəssam Salvador Dali Londonda bir konfransa dalğıc paltarı ilə gedib. Kürsüyə qalxanda Dalinin başında kaskada da varmış. Rəssam çıxış etməyə başlayanda görür ki, kaskanın içinə oksigen girmir. Boğulmağa başlayır. Zaldan iki dostu dərhal səhnəyə çıxaraq rəssama kömək edirlər. Zalda əyləşənlər elə bilirmiş ki, rəssam sadəcə oyun çıxarır.

Diqqətini cəmlə, Leo

“Mona Liza”kimi dünyaca məşhur bir əsərin müəllifi olan italiyalı Leonardo da Vinçi diqqətini cəmləyə bilmirmiş. Rəssam yeni bir proyektə başlayanda işini dayandırıb başqasına keçirmiş. Ona görə də əsərlərinin çoxunu yarımçıq saxlayırmış. Da Vinçinin bu xasiyyəti onunla işləyən insanları əsəbiləşdirirdi.

Rəssam niyə döyüldü?

Fransız rəssam Henri Matiss işindən sıxılanda pəncərənin qabağından keçənlərə kağız atarmış. Başına kağız dəyən adamlardan biri içəriyə girərək rəssamı döyüb.

İy verən rəssam

Mikelancelonun isə əsas “xəstəliyi” çimməməyi olub. Rəssam belə hesab edirmiş ki, su ziyandır. Çimmədiyinə görə ondan çox pis iy gəlirmiş. Buna görə də rəssamın köməkçiləri onun yanında çox işləyə bilmirdilər. İyə dözmək çətin idi.

Ərinin kürəyini oyuncaqlarla dolu vannada sabunlayırdı

Meksikalı rəssam Frida Kalo gələcək əri Diqeo Rivera ilə ilk dəfə qarşılaşanda məktəbdəki divar rəsminin üzərində çalışırdılar. Rəfiqələri onun bu yaşlı rəssama heyranlığına təəccüblənirdilər. Riveranın iriqarın, pis, qorxulu olduğunu söyləyən rəfiqəsinə Frida belə cavab vermişdi: “Dieqo elə mədəni, mülayim və şirindir ki... Onu özüm çimizdirirəm”. Frida ərinin kürəyini oyuncaqlarla dolu vannanın içində şəxsən özü sabunlayırmış.
# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəs

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəs

14:00 20 aprel 2025
Çəkildiyi filmi görə bilməyən aktyorlar - Siyahı

Çəkildiyi filmi görə bilməyən aktyorlar - Siyahı

12:00 20 aprel 2025
Həmid Herisçi:  "5 dəqiqə vaxt verilmişdi hamımıza"

Həmid Herisçi: "5 dəqiqə vaxt verilmişdi hamımıza"

16:40 18 aprel 2025
Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

Virtual qara dəlik, insel və sevgisizlik - Uşaqlar qatilə necə çevrilir?

12:00 18 aprel 2025
"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
# # #