Kişilər niyə subay qalır?
18 sentyabr 2012
05:00
Türkiyəli köşə yazarı Ayşe Arman “Hürriyət” qəzetinin e-mailinə gələn məktubları təqdim edərək, yenidən kişi-qadın münasibətlərini gündəmə gətirib. Köşə yazarının müsahibləri, onların problemləri, ümumiyyətlə, türk kişisi və qadının bizim cəmiyyətə çox oxşadığından yazını paylaşmaq qərarına gəldik. Beləliklə, kişilərin “qadın” anlayışları, onları qadınlardan soyudan şeylər, dualar-cadular, evlənmə-uşaq istəyi...
”Evdə qalmaq” sözü təhqir kimi işlənən cəmiyyətdə yaşayırıq”
Həsən Ərəbtarlı – iş adamı, 37 yaş
- Ən çox nədən qorxursunuz münasibətlərdə?
- Sərbəstliyimi itirməkdən. Əksər münasibətlərim bu səbəbdən bitib. Azadlığımı limitləməyə çalışır qadınlar.
- Qadınlar, doğrudan, ikinci görüşdən evlənmək istəyir?
- Ümumiləşdirmək düz deyil. Amma ilk sevişmədən hiss edirsən ki, sənə “uşaqlarımın atası” gözü ilə baxırlar.
- Səncə, qadınlar kişilərin “ayağını bağlayırlar”?
- Ölkəmizin həqiqəti budur. 25-30 yaşlı qadınların çoxunda “evlilik panikası” var. Ancaq mən də doğa bilsəydim, yəqin ana olmağa can atardım. Təsəvvür edin, içindən bir insan çıxarırsan, bundan daha möcüzəvi nə var ki?! Amma onları bu panikaya qapılmağa məcbur edən təkcə analıq hiss deyil, kişilər tərəfindən “evlənməyə layiq qadın” olmaq kimi qiymətləndirilmək həvəsidir. 25-30 yaşına qədər evlənməyən qadınlara dünyanı dar etməyə başlayırlar – qonşular, qohumlar, evdəkilər. “Evdə qalmaq” anlayışı olan cəmiyyətimizin olmağı dəhşətdir! Üstəlik bunu təhqir kimi işlədirlər. Şəxsi həyata bu qədər hörmətsizlik olar heç? Yazıq qadınlar belə yerdə dəli olmayıb, neynəsinlər?!
- Yaxşı, bəs kişiləri “evlənməli adam” kimi görülmək sevgidən, həmin qadından soyudur?
- Əlbəttə. Qadına hörmətim azalır. Bütün ömrünü bir nəfərə bağlayan qadınlar var. “Fərd” olaraq formalaşan, öz qaydaları olan qadınla qurduğun münasibətlə özünü sənə həsr etmək istəyən qadınla yaratdığın münasibət necə eyni ola bilər?
- Türk qadınları “fərd” ola bilmirlər?
- Bəli. Sosiallaşa bilmirlər. Birini gözləmək, hər şeyi onun üçün etmək istəyirlər, özlərini unudurlar. Elə qadınlar var, kiminsə arvadı olmaqdan qürur duyurlar, nişan üzüklərini camaatın gözünə soxurlar. Hamısı ikrah oyadır məndə.
- Gündə bir qadınla olmaq bir müddətdən sonra bezdirmir?
- Kişilər bir müddət normal, nisbətən uzun münasibət yaşayıb, yenidən “gündə bir” taktikasına keçirlər. Belə deyək, bioloji saatları var. Kompleksli türk kişisinə yaxşı təsir edir bu, özünü adam hesab edirsən. Amma həqiqətən sevdiyin birini qucaqlayıb yatmağın yerin heç nə vermir...
- Yatdığınız qızlar evdən gedəndə nələr qoyurlar?
- Bir həftədi tanış olduğum və ikinci dəfə görüşdüyüm qadınlardan biri iri bir qutu qoymuşdu evə. İçində 30-a yaxın məktub, insanı şeirdən iyrəndirən sözlər, balıqqulağı, ürək fiqurları, quş tükləri – bir sözlə, nə desən var idi. Əksəriyyəti alt paltarını, sırğasının bir tayını, qolbağını qoyub gedir. Evimin itmiş əşyalar bürosuna döndüyü vaxtlar olur. Yəqin özlərindən sonra gələcək hər qadına “səndən əvvəl də mən olmuşam” mesajını verirlər.
- Deyəsən, evlənməyəcəksiniz...
- Şəxsi həyatıma müdaxilə etməyən, gözəl, ağıllı, intellektual, dərin, karyerasında uğurlu, ailəsinə düşgün olmayan bir qadın tapsam, yəqin subay qalmaram.
- Nə çox şey istədiniz!
- Üstəlik, özünə inanan, rəngli, həyatla mübarizə aparan qadın olmalıdır. Onun yanında özümü həmişə daha çox oxumalı, daha da zənginləşdirməli olduğumu hiss etməliyəm.
- Rus qadını ilə türk qadını arasındakı fərq nədir?
- Rus qadını fərddir. Dik duruşu var. Dostoyevski, Tolstoy oxumuş qadınla bizimkilər eyni olarmı?! Qəribə melanxoliyaları var. Sakit-sakit danışıb həyat haqqında bir cümlə deyərlər, məhv olarsan. Gözəlliklərinə, cazibələrinə də söz yox!
“Kişi doğulur, uşaq kimi yaşayır, uşaq kimi də ölür”
Əziz Kedi – jurnalist-yazıçı, 34 yaş
- Çox qadınla yatmağın nə ləzzəti var?
- Xatirələr yığırsan. Özünütəsdiq ehtiyacı var həm də. Köhnə filmləri, konsertlərini xatırlamaqdan doymayan köhnə sənətçilər kimi. Yalan danışmaq məcburiyyəti də olmur. Rahatsan.
- Qadınlar nə istəyir?
- Onlar eyni vaxtda həm qadın olmaq, həm də ətrafdakıları razı salmaq istəyirlər. Əgər manqalda kül qoymayan kişilər bir həftəlik qadın olsaydılar, hamısını yatağın altında qorxudan titrəyən yerdə tutardın.
- Qadınlar uşaq istəməyi sizi soyudurmu münasibətdən?
- Kişi doğulur, uşaq kimi yaşayır, uşaq kimi də ölür. Ömrü boyu uşaq kimi qalır. Yaxşı, sevimli bir şey kimi demirəm bunu. Uşaqla nə qədər ciddi danışa bilərsənsə, kişi ilə bir o qədər ciddi ola bilərsən. Əlbəttə, “əks təsir” göstərir. Ciddiləşməyə başladığın vaxtdan təhlükə yaxınlaşır.
- Türk qadınından hansı şikayətiniz var?
- “Türk qadını” deyə qəlib yoxdur. Şikayət də etmirəm. Bircə dırnaqlarına boya sürtəndə dəli oluram! Dəhşətli görünür, etməsinlər!
- Seksdə türk qadını ilə bağlı nə cür problemlər olur?
- Problem yaşayan biz yox, qadınlardır. Dahiliyə can atırlar. O dəqiqə adamı dəyişdirmək istəyirlər.
- Subay qalmaq istəyirsiniz?
- Bəli.
- Uşaqlı, ailəli dostlarınızın yerində olmaq istəmisiniz heç?
- Hə. Bəzən. Yox.
- Necə bir qadının xəyalını qurursunuz?
- Qadınlarımız çox tez vurulurlar. Ancaq sevməyi bilmirlər. Sevə bilən qadın istəyirəm.
“100 dəfə eyni yalanı de, 100 dəfəsində də inanar qadınlar”
Sarp Evliyagil – iş adamı, 41 yaşında
- Ailə vəziyyətiniz?
- Subayam. Bundan əvvəl iki dəfə evlənmişəm. İmkanın yerindədirsə, bir də normal birinə oxşayırsansa, qadınlar tanışlıqdan 20 dəqiqə sonra evlənmək istəyirlər.
- Niyə sizcə?
- Qadının doğa biləcəyi yaşın da sərhədi var. Vaxtında biri ilə evlənib uşaq sahibi olmaq istəyirlər. 30 yaşında olanda gəzdiyin qızlar 22 yaşlılar olur deyə, bunu çox hiss etmirsən. 40 yaşını ötəndə 30 yaşlılarla oturub durursan və onlar da sənə “ər” gözü ilə baxırlar istər-istəməz.
- Türk qadınıyla bağlı ən böyük şikayətiniz budur?
- Yox, şikayət deyil. Cəmiyyət onları belə edir. “Evdə qalıram?” hissinə qapılırlar. 40-a yaxınlaşıb ailə qurmayıbsa, vay halına!
- İndi ciddi münasibət yaşamaqdan qorxursunuz?
- Yox. Evliliyə qarşı deyiləm. Amma daha səhv etmək istəmirəm.
- Çox qadınla yatmaq necə hisdir?
- Əvvəl böyük zövq olur, sonradan bezdirir. Səhər oyananda yanındakının adını xatırlamamaq çox pis şeydir.
- Evinizə gələnlər nələrini qoyub gedirlər?
- Çoxsu ətirlərini qoyub gedirlər. Makiyaj ləvazimatları, sırğa, alt paltarı, diş fırçası, paltar və s. Bir dəfə xalçanın altından ərəbcə yazılmış dua tapmışdım. Cadu idi deyəsən.
- Hətta cadu...
- Ən pisi “hamiləyəm” yalanıdır. 32-35 yaş arası qadınlarda çox rast gəlirəm. Əvvəl qorxmuşdum, sonra öyrəşdim. “Gəl həkimə gedək” deyirəm. Əslində, onlar da qarşılarındakını yoxlayırlar...
- Qadınların zəifliyi nədədir sizcə?
- 30 yaşlı bir qadına “Ciddi münasibət istəyirəm, uşaq istəyirəm” desən, üstəlik imkanın da yerindədirsə, on dəqiqədən sonra evlilik təklifini o edəcək. “Playboy”lar əslində qadınların xoşladıqları, eşitmək istədikləri şeyləri deyirər, iki ay sonra da yox olurlar. 100 dəfə eyni yalanı de, 100 dəfə də inanar qadınlar.
Qadınlar bu sualları verməsin!
Telefon zəng vurur: “Hardasan? Kimləsən?”. Evdə yanında oturmusan, ayağa durursan, deyir: “Hara gedirsən?”. Hara gedə bilərəm ki? Uzağı ya tualetə, ya da mətbəxə. Bu suallar qadınların kişiləri necə nəzarət altında saxlamaq istədiklərinin sübutudur. Ona görə daha evlənmək istəmirəm. (Kayhan O.)
Türk qadını ilə rus qadını arasındakı fərq
Restoranda yemək yeyirsiniz. Birdən başqa stoldakı qadın məni bəyənir və istər-istəməz ona baxıram, diqqətim yanımdakı qadından dağılır. Bu vəziyyətdə yanımdakı rusdursa nə edər, türkdürsə nə?
Türkdürsə...
İlk sözü belə olar: “Sən baxmasaydın, o da baxmazdı”.
Sonra bir-iki belə söz də deyib gecənizi burnunuzdan gətirər.
Getdiyinizə peşman olarsınız.
Rusdursa...
O dəqiqə rəqabət hissi oyanar. O biri qadının gözünün içinə baxa-baxa gülməyə, mazaqlaşmağa başlayar. Bildiyi bütün taktikaları işlədib o birinə paxıllıq verər. Gecənin sonu unudulmaz olar.
Bizim qadınlar rəqabət hissinə qatlaşa bilmirlər. Amma rusların elə bil genlərindədir. (Semih F.)
Türklə evlənmək? Allah eləməsin!
Səbəb budur:
Evliliyi sabahları üçün maddi qarantiya hesab edirlər.
Universiteti də ad olsun deyə oxuyurlar.
Dünya görüşlərini artırmağa cəhd də etmirlər.
Özlərindən çox razıdırlar. Kibirlidirlər.
Xüsusilə uşaq olandan sonra ərlərinə bankomat kimi baxırlar.
Onlar üçün seks pis və ayıb şeydir. Yataqda bir köpüklük deyillər.
Əksəriyyəti evlənəndən sonra özünə baxmır, siqaret çəkir, idman etmirlər.
Durmadan kökəlirlər.
Bütün problemlərini ərlərinin həll etməyini gözləyirlər. Hər şeyi onun üstünə yıxırlar. (Demir K.)
Bəs qadınlar bu haqda nə deyir? Ardı sabah...

3349 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024