Alim Qasımovun 55 yaşı tamam olur
Bu gün görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımovun ad günüdür. 55 yaşlı xanəndə Modern.az saytına müsahibə verib.
– İlk növbədə, ad gününüzü təbrik edirəm. Maraqlıdır ki, sizi ilk təbrik edən kim oldu?
– Dostum Bəhruz.
– Ümumiyyətlə, ad gününü qeyd etməyi xoşlayırsınızmı?
– Evə gələn qonaqlara görə istər-istəməz adamın üzərinə məsuliyyət düşür. Bu gün iftar süfrəsi açılacaq. Bütün dostlarımı, oruc tutanları çağırmışam. Bu da olacaq mənim ad günüm.
– İndiyə kimi ən yaddaqalan ad gününüz nə vaxt olub?
– (fikirləşir) Mənim ad günlərimi həmişə ailəm keçirir. Özüm etiraz etsəm də, bir təhər məni yola gətirirlər. Adama diqqət olanda, deyirsən ki, nə yaxşı ki varam, yaşamışam. Belə olanda sevinirsən ki, nə yaxşı ki, doğulmuşam.
– Ad günü hədiyyəsi olaraq, nə xoşlayırsınız?
– Ən yaxşısı puldur. Hədiyyə kimi pul xoşlayıram. Puldan başqa mənim üçün maraqlı hədiyyə yoxdur.
– Bəs hədiyyə verməklə aranız necədir?
– Mənlik deyil.
– Ad gününüz münasibətilə qızınız Fərqanə xanım sizə “Oxu, Alim” adlı mahnı bəstələyib. Necədir, klip-mahnı sizi qane etdi?
–Son vaxtlara qədər mənim o mahnıdan xəbərim olmayıb. Heç demək olmaz ki, o mahnını Fərqanə oxuyub. Çox qeyri-adidir.
– Yaxında səfəriniz var?
– Ayın 21-də Londona gedirik. Sentyabr ayında da Moskvada, Daşkənddə, İstanbulda konsert vermək fikrimiz var.
***
Alim Qasımov 1957-ci ilin 14 avqustunda anadan olub. Valideynləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi.
Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəf, Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.
Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanıb. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşqul olurdu.
1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalır.
Son zamanlarda cəmi doqquz albomu çıxardan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.
Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.
O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

Oxşar xəbərlər
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri
18:00
18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?
15:30
18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri
18:30
17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?
14:00
17 avqust 2026
Mədəni mirasın qorunmasına həsr olunmuş ömür - O, Osmanlı irsini necə restavrasiya etdi?
12:30
16 avqust 2026
Əfsanəvi “rok-n-roll kralı” haqqında maraqlı faktlar
11:30
16 avqust 2026