Ömər Xəyyam vurğunu amerikan yazıçı

Ömər Xəyyam vurğunu amerikan yazıçı
13 avqust 2012
# 05:00
Xalid Hüseyni – əfqan əsilli amerikan yazıçının ölkəmizdə hələ ki ən məşhur əsəri “Çərpələng uçuran” çapdan çıxıb. 2003-cü ildə nəşr edilmiş “Çərpələng uçuran” “Nyu-York Taymz” bestsellerlərindəndir. Hüseyni bu kitabın “Bloomsbury 2008” nəşrində ən sevdiyi kitabların siyasını dərc edib.

Kulis.az Hüseyninin onluğunu sizə təqdim edir:

Uşaq kitabı

Şel Silverteindən “Səxavətli ağac”


Bu kitabı sevirəm, çünki sadə və hüznlüdür. Oğlanın yaşlı bir kişi, ağacın da quru bir kötük olduğu son bölüm məni hər dəfə təsirləndirir. Bu, şərtsiz sevgi və sədaqətin nağılıdır. Digər tərəfdən ağac sonsuz səxavəti və fədakarlığı ilə mənə “Çərpələng uçuran”dakı Həsəni xatırladır.

Klassik

Hafizin “Divan”ı

Hafizə fars dilli ölkələrdə böyük ehtiram var. O, yəqin ən böyük fars şairidir. Onun fəlsəfə, mistik eşq və igidlik səhnələri ilə doldur. Qabildə bir məktəb şagirdi kimi oxuduğum vaxtlardakı kimi, indi də bədahətən deyilmiş qəzəlləri məni təsirləndirir.

Modern ədəbiyyat

Con Steynbekin “Qəzəb üzümləri”


Coad ailəsinin və əzilən köçkün işçilərin 1930-cu illərdə çəkdikləri çətinliklər bu gün də məni məktəbdə oxuduğum vaxtlardakı kimi ağrıdır. Mülksüz insanların istismarı, son səhnədəki fədakarlığın, Rouz Şeronun ölməkdə olan adamı anbarda əmizdirməyi indiyə qədər oxuduğum ən unudulmaz və təsirli final səhnəsidir.

İlk onluq

1. Qəzəb üzümləri (Grapes of Wrath) – Con Steynbek
2. Balaca şeylərin Tanrısı (God of Small Things) - Arundati Roy
3. Pinin həyatı (Life of Pi) - Yann Martel
4. Elis Manronun istənilən əsəri
5. Divan - Hafiz
6. Dördlüklər – Ömər Xəyyam
7. Frankenşteyn - Meri Şelli
8. Səfillər (Les Misérables) – Viktor Hüqo
9. Mövlanənin əsərləri
10. Nə nədir (What is the What: The Autobiography of Valentino Achak Deng) - Deyv Eggers
# 3461 dəfə oxunub

Oxşar xəbərlər

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid?

"Bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid?

10:00 17 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər