İslamda homoseksuallıq
21 sentyabr 2011
13:18
İkinci hissə...
Elmir Mirzəyev: Öncə Elşad Mirinin fikrinə münasibət bildirim. XXI əsrdə yaşayırıq və XX əsr, ideyalar, ideallar əsri geridə qalıb. Nasionalist Almaniyasında pulun dominant olduğunu heç kəs iddia edə bilməz. Stalin diktaturasında da həmçinin. Bəşəriyyət bu fazanı çoxdan keçib. İdeallar pis nəticələrə gətirib çıxarır. Məsələn, çox maraqlıdır ki, savadlı, dünyagörmüş, ancaq ideal alman çox asanlıqla dəstəyi çəkir və yüzlərlə insanı qaz sobasında yandırır. Bu, “SS” alman idealisti yox, rüşvətxorun birisi olsaydı, müəyyən rüşvət müqabilində qaz sobasındakılara qaçmağa şərait də yarada bilərdi. Belə çıxır ki, idealist insan qeyri-idealist insandan qat-qat qorxuludur. Ən gözəl ideya əsasında qurulmuş cəmiyyətin axırı həbs düşərgəsi olacaq və bu aksiomadır. Demokratiya ideologiya deyil və bunun ən əsas amili hakimiyyətin desakral olmsaıdır. Nasionalizmdə belədir, teokratik rejimlər də belədir. Demokratiyada isə bütləşdirilmiş kral, kral ailə anlayışı yoxdur.
Elşad Miri: Teokratik rejimlərə misal göstərə bilərsinizmi?
Elmir Mirzəyev: Biri bizim cənub qonşumuz İran, İsrail, Taliban və s. Məsələn, Taliban daha maraqlıdır. Onlar kinonu qadağan eləmişdilər. Niyə bizim cənub qonşumuz kinonu qadağan eləmir? Bu, İslama görə günahdır axı.
Elşad Miri: Niyə günahdır ki?
Elmir Mirzəyev: Hər halda məkruhdur.
Elşad Miri: Məkruh bəyənilməyən hal deməkdir. Məsələn, dinlə bağlı Yusif peyğəmbərə bağlı film çəkiblər. Bu niyə bəyənilməsin ki?
Elmir Mirzəyev: Yusif peyğəmbər abstrakt fiqur olmalıdır, məncə...
Qan Turalı: Məsələn, Məhəmməd peyğəmbər haqqında çəkilən filmdə onun obrazlaşdırmamışdılar.
Elmir Mirzəyev: Məncə, peyğəmbəri hansısa bir obraza salmaq günah sayılır. İslam abstrakt bir dindir. Ancaq xristianlıqda İsanın obrazı var. İslamda Məhəmməd peyğəmbərin həqiqi şəkli yoxdur.
Elşad Miri: İslamda hekəltaraşlıq, əllə çəkilən rəsm haramdır. Tövratda da var bu qadağa. Fotoaparatla çəkilən foto ilə, rəsmin fərqi var. İslamda belə bir məsələ var ki, axirətdə Allah deyə bilər ki, çəkdiyinə can ver. Sabah əllə çəkdiyinə can vermək iddiası yarana bilər. Bu günahdır.
Qan Turalı: Elşad bəy, dediniz ki, teokratik dövlət yoxdur.
Elşad Miri: Dünyada özünü İslam respublikası adlandıran beş dövlət var. Bunlar yalnız adını İslam qoyublar. Dünyada İslam dövləti deyəcəyimiz dövlət yoxdur. Nə İran, nə Pakistan, nə də Əfqanıstan İslam dövləti deyil.
Qan Turalı: Ancaq şəriətlə idarə olunur axı?
Elşad Miri: Harda işləyir şəriət?
Cəlil Cavanşir: Məsələn, İranda, elə digər dövlətlərdə də insanlar şəriət məhkəmələrində mühakimə olunurlar. Cəzalar şəriət adından verilir.
Elşad Miri: Bu başqa məsələdir. Məsələn, Azadlıq Radiosunun saytına baxın, Belçikada alternativ məhkəmə sistemi olaraq şəriət məhkəməsi yaradılıb.
Qan Turalı: Mən konkret bilmək istəyirəm, İslam dinində homoseksualizmə münasibət necədir?
Elşad Miri: Təbii ki, bütün dinlərdə olduğu kimi, mənfi. Bu insanın yaradılışında eybəcər qəbul olunan məsələdir. Ateistdən də soruşsaq ki, sizə görə homoseksuallıq necədir, onlar da qəbul etməyəcəklər.
Qan Turalı: Qadının başını örtməsi ilə bağlı İslamda qadağa var.
Elşad Miri: Bu tək İslamda deyil. Hinduzmdə də olub, buddizmdə də olub. Şintoizmdə də hazırda var. Bütün dinlərdə baş örtüsü ilə bağlı qadağa var. Mən bu barədə araşdırma aparıb, yazı da yazmışam. Hətta Romada belə bu var idi.
Qan Turalı: İçki ilə bağlı “Qurani- Kərim”də qadağa var.
Elşad Miri: Bu qadağa da digər dinlərdə də var.
Qan Turalı: Gəlin modern dünyamızı götürək. Birisi içki içmək, başını bağlamamaq istəyir. Digər birisi özünü homoseksual hiss eliyir və belə yaşamaq onun haqqıdır. İslami əsaslı modern bir cəmiyyət necə yarada bilərik? Axı İslama görə bu cür adamlar cəzalandırılmalıdır.
Elşad Miri: Modern dediyimiz cəmiyyət sabah bizim övladlarımıza görə köhnə olacaq. Demokratiya anlayışı da dəyişəcək. Bir neçə il öncə bizdə ölüm hökmü tətbiq olunduğu halda, bu gün bizdə bu cəza ləğv olunub. Bunlar dövrə görə dəyişir. Sizə qəribə gələ bilər, ancaq Məhəmməd peyğəmbərə gəlib deyirlər ki, bir adam içki içir. O isə cavab verir ki, ona dəyməyin. O, Allah və Rəsulunu çox sevir. Bu gün narkomana sən onu təgitdirə bilməzsən. Ona yenə narkotik verəcəksən, ancaq dozasını azalda-azalda. İslamda bütün hökmləri tədricidir.
İslamda bir şey haqqında konkret “qadağandır” demir və o qadağaya aparan yolları qapayır. İçki ilə bağlı gələn ayələrə baxın. “İçki sizin üçün zərərdir, ancaq xeyir də vardır”. Burda xeyir satışından götürülən qazanca işarədir. Bundan sonra səhabələr yenədə peyğəmbərin yanında içki içirlər. Bir müddət sonra başqa bir ayə gəlir. “Sərxoş olduğunuz halda namaza yaxınlaşmayın”. Artıq içki içmək məhdudlaşdırılır və gecə namazı ilə sabah namazı arasındakı məhdud vaxta içmək imkanı var. Həmin o ayədən sonra səhabələrdən biri Şamdan karvan vasitəsi ilə çoxlu içki gətirir. Daha sonra “Maidə” surəsinin 90-cı ayə nazil olur. İçkinin şeytan əməli olması bildirilir. Bu ayədən sonra həmin adam ayənin düzgünlüyünü dəqiqləşdirmədən, bunu peyğəmbərimizdən öyrənmədən bütün karvandakı içkini məhv edir. Artıq insanların inancı lazımi səviyyədə olduğundan ayələr haqqında fikir öyrənilmir. Rəvayət edirlər ki, günlərlə Mədinədən içki qoxusu gəlirmiş.
Bu misalı təsadüfi çəkmədim. Cəmiyyət yavaş-yavaş formalaşır. Yeni doğulan uşağa birdən-birə quru yemək yedizdirmək olmaz.
Qan Turalı: Hər bir insan özü istədiyi kimi yaşamalıdır. Amma İslama inanan biri içki içdiyi üçün cəzalandırılmalıdır.
Elşad Miri: Məsələn monqollar İslam ölkələrini işğal etdikləri zaman içki içir və sərxoş olurdular. Bu dövrdə bir İslam alimindən soruşurlar ki, onları da içki içdiyinə görə cəzalandıraqmı? Alim cavab verir ki, xeyir, onlar içki içdiyi zaman sizə qarşı pis əməl törədə, namusunuza sataşa bilmirlər. İçki içənin cəzalandırılması İslama aid olan bir məsələdir. Bu gün İslama cəmiyyətimizdə münasibət tamamilə fərqlidir. Siz içki içən adama görə birdən birə kafir deyib ona cəza tətbiq edə bilməzsiniz. İslamda oğurluğa görə əl kəsmə cəzası var. İkinci xəlifənin dövründə aclıq və qıtlıq olduğundan əlkəsmə hökmü təxirə salınıb.
Qan Turalı: Ancaq içkiyə görə olan cəza Xəlifə Ömərin vaxtında artırılıb.
Elşad Miri: Xeyir. Bu, həcc cəzasıdır. Həcc cəzası ilə təcrid cəzası fərqlidir. Həcc cəzasında artırıb-azaltma yoxdur. Təcrid cəzası rəhbərə buraxılan bir cəzadır. İstəsə rəhbər əfv edə və ya cəzalandıra bilər.
Qan Turalı: Belə başa düşürəm ki, bu qaydalar var. Ancaq insanlar arasında tərbiyəvi söhbətlər aparmaqla neqativ sayılan işləri aradan qaldırmaq olar.
Elşad Miri: Təbii ki. Bilməyən insanı necə cəzalandırmaq olar?
Qan Turalı: Peyğəmbərin vaxtında içki içməyə görə cəza verilibmi?
Elşad Miri: Dəqiq xatırlamıram. Ancaq peyğəmbərin vaxtında verilən cəzaları saysaq iki əlin barmaqlarını keçmir. Bu gün cəmiyyətimzdə tətbiq olunan cəzaların sayına diqqət edin. Görün nə qədər fərq var.
Qan Turalı: Ümmü Mərvan Məkkə fəth olunandan sonra dinini dəyişdirdiyinə görə öldürülmüşdü.
Elşad Miri: İslamda bu cəza irtidat cəzası adlanır və “mürtəd” sözü də bu kökdəndir.
Qan Turalı: İslama görə dinini dəyişən insan öldürülməlidir?
Elşad Miri: Peyğəmbərimizin dövründə dinini dəyişən insanın bağışlanması da var. O artıq hökmü verənə bağlıdır. Ancaq peyğəmbərin bağışladığı insan sonradan İslama qayıdıb.
Cəlil Cavanşir: Elmir bəy, siz nə deyə bilərsiniz İslamın homoseksuallara, içki içənlərə, mürtədlərə baxışı haqqında? Müasir cəmiyyətdə bu məsələlər necə tənzimlənməlidir?
Elmir Mirzəyev: Mən artıq bu barədə fikrimi dedim. Dini insanın daxili işi hesab edirəm. Kilsənin insan həyatından yığışdırılması ilə Avropada böyük bir çevriliş baş verib. Bir dəfə mən Facebook sosial şəbəkəsində açıq bir sual qoydum: “Məni maraqlandırır: Yaxın Şərq, İslam Şərqi tibbdə, incəsənətdə, texnologiyalarda, mədəniyyətdə bir çox insan fəaliyyətinin sahələrində son 500 ildə nə kimi nailiyyətlər verib?” Və qeyd elədim ki, ora bəhailiyi yazmayın. Bəhayilik nisbətən islahatlarla fərqlənirdi. Avropadakı yenilikləri isə saymaqla qurtarmaz. Ancaq sualıma cavab olaraq ciddi bir şey yazan olmadı.
Elşad Miri: Bəlkə sizi Facebook-da az adam izləyir?
Elmir Mirzəyev: Yüzlərlə “comment” oldu. Heç nə yazılmadı. Bizim həyatımız Qərbin həyatından yararlanır. Biz yaradıcı olmasaqda istehlakçıyıq. Texnologiya insan arzularının təcəssümüdür. XIX əsrin sonlarında Türkiyədə çıxan romanlarda çəkilən dəmiryolu xətti pislənilirdi. Dünya demokratiyası, Avropa yaşamı bir modeldir. Əgər biz bu modelləri əxz ediriksə, bütünlüklə əxz eləməliyik.
Qan Turalı: İslamın produktiv olduğu zamanlar da olub. Məsələn, Bağdad məktəbi, İbn Sina, Ömər Xəyyam və s. Ancaq belə başa düşürəm ki, Elmir bəy son 5 əsri deyir.
Elmir Mirzəyev: Avropada mədəni inqilab reformasiyadan sonra başlayıb. Simfonik musiqi də ondan sonra inkişaf edib. Ona qədər olan saray və kilsə musiqisi idi. Bizim muğama yaxın funksionallığı olan sənət vardı.
Qan Turalı: Elşad bəy, deyə bilərsinizmi son 500 ildə İslam ölkələri, müsəlmanlar neyləyib? Maks Veber etiraf edir ki, xristian dünyası protestantizmdən sonra inkişafa başlayıb.
Elşad Miri: Gəlin məsələyə başqa aspektdən yanaşaq. Misirdə tikilən pramidaları, Tac Mahalı indiki insanlar niyə tikə bilmirlər? Göydələnlər tikmək çox asandır. Yaponiyanın özünü götürək. Bəyəm yaponlar dindardır? Bununla belə, Avropadan qat-qat çox inkişaf etmiş texnologiya ortaya qoyurlar. İnsanlara texnologiyalarla yanaşmaq olmaz axı. Bu gün Ayda azan səsi eşidilməsi, Maykl Ceksonun müsəlman olması və s. uydurmalar var. Biri gətirir ki, fındığın üstündə “Allah” yazılıb və s.
Elmir Mirzəyev: Bunlar şəhər əfsanələridir. Arxaiklikdir.

1833 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024