Sevgilisinə fironlar kimi ehram tikən div - ARAŞDIRMA FOTOLAR
5 sentyabr 2011
10:30
Özünü böyük işlərə həsr etdiyini düşünən hər kəsin sevimli şeiridir Nazim Hikmətin “Mavi gözlü div”i.
Bağçasında əbruli xanıməli çiçəyi açan evi arzulayan minnacıq qadını olanlar da, olmayanlar da bu şeri oxuyandan sonra div olmaq, div kimi böyük işlər görmək istəyərlər.
Amma bu şeir özünü div sananlar üçün deyil, gerçək bir div üçün yazıldığını bilirdinizmi?
Gəlin “div”lə tanış olaq. Adı Ed Lindskalnin.
“Div”in boyu 1.50 metr, çəkisi 45 kiloqram. Amma gördüyü iş...
İdarə məmurluğunu bənnalığa dəyişdi
Edvard Lindskalnin 1887-ci ildə Latviyanın bir kəndində doğulmuşdu. Cəmi dörd sinif oxuyub kənd idarəsində kiçik məmur işləyən Ed qəfildən fikrini dəyişərək bənna olmağa qərar verir.
Kənddə onu sərsəm adlandırırlar. O rahat kabinet işini atıb bənnalığı seçmişdi. Məsələnin gülünc tərəfi isə onun bu iş üçün arıq və çəlimsiz olması idi. Qaldırdığı daşların çoxu ondan ağır gələrdi.
Ed inadından əl çəkmir. Ətraf ərazilərində mahir bənna kimi tanınmağa başlayır.
16 yaşlı sevgili
Ed 16 yaşlarında Aqnessa Skaff adlı qıza vurulur. Aralarında on yaş fərq olmasına baxmayaraq, Aqnessa da ona qarşı biganə deyildi. Nişanlılar tez-tez görüşür, gələcək həyatları haqqında planlar qururlar. Ed sevgilisinə tikəcəyi “sevgi yuvası”ndan danışır.
Toya bir gün qalmış adaxlı qız Edvardın nişanını geri qaytarır. Bundan sonra təhqir olunmuş, həyatı, arzuları məhv olmuş cavan doğma kəndlərini, Latviyanı tərk edir və son puluna Amerikaya bilet alaraq bir daha geri qayıtmır.
Macəra dolu Amerika
Ed Texas, Kaliforniya, Kanadada yaşayır. Müxtəlif işlərdə çalışır. Kanadada odunçuluq, Texasda kovboyluq edir.
İşləməklə yanaşı ciddi mütaliə ilə də məşğul olur. Boş saatlarını elmə həsr edir. Cek Londonun Martin İdeni kimi yalnız işləyir və oxuyur. Kənar işlərə aludə olmur. Onsuz qonşuların “Qaraqabaq Ed” çağırdıqları Edvard təbitən qarabaq, mizantrop idi.
O əsasən astronomiya, mühəndislik və qədim Misir ehramlarının tikintisi ilə bağlı əsərləri oxuyurdu.
Ed nəzərində tutduğu sərmayəni toplayandan sonra Florida ştatının Homsted şəhərinə köçür.
Artıq Edin 31 yaşı vardı. Və Aqnessanın onu tərk edişindən 6 il ötürdü.
Bu işə təkbaşına başladı
Ed burada 40 sot torpaq sahəsi alaraq çoxdan layihəsini hazırladığı nəhəng tikintiyə başlayır. Bir müddətdən sonra Edin torpaq sahəsində azman fiqurlar görünməyə başlayır.
Torpaq sahəsinin perimetri boyu nəhəng daş bloklardan hasar çəkilmiş, hasarın içində ikimərtəbəli bina ucaldılmış, həyətdə isə müxtəlif heykəllər yonulmuşdu.
Ed dəniz sahilində mərcan qayalığından iri qayma daşları kəsib tikinti meydançasına gətirirdi. Burada qaymaları yonur, onları bloklar formasına salaraq qəsrin divarlarını qaldırırdı.
Təəccüblüsü odur ki, adətən gecələr işləyən Ed bu nəhəng qaymaları daşıyıb gətirərkən, onları yonarkən, quraşdırarkən heç bir texnikadan istifadə etməyib.
Alətləri isə yaxınlıqdakı maşın qəbirstanlığındakı “ölü” maşınların detallarından düzəldirdi. Tikinti zamanı istifadə etdiyi elektrik enerjisini özü hazırladığı generator vasitəsilə əldə edirdi.
Nəhəng daşlar göydə uçurdu
Hər şeylə maraqlanan qonşular onun bu işin öhdəsindən necə gəldiyini bilmək istəsələr də, əksər hallarda bu mümkün olmurdu. Gecələr işləyən Edi güdən qonşu uşaqlar söyləyirdilər ki, Ed daşları top kimi göydə oynadırdı.
Onun tikinti sirrini öyrənə bilməyən qonşular səhər oyanıb bir az da böyümüş qəsri gördükdə daha da heyrətlənirdilər.
1936-cə ildə Edin qonşuluğuna luizinalı vəkil köçür. Ed vəkilin burada çoxmərtəbəli bina tikəcəyini öyrənəndə qəsrini köçürməyi qərara alır.
O, yaşadığı yerdən bir neçə kilometr aralıda 4 hektar sahə alır. Qonşulardan birindən traktor kirayələyərək gecələr qoşqunu sökdüyü bloklarla doldurur, səhər traktorçu onu yeni mənzilə gətirəndən sonra növbəti gecə boşaldıb yenidən konstruksiyanı qururdu. Onun traktoru doldurub boşaltmağını heç kəs görmürdü.
Aqnessa üçün qəsr
Ed Lindskalnin tikdiyi qəsri əvvəlcə “Daş darvaza” adlandırsa da, sonradan “Mərcan qəsri” elədi. Ed bu nəhəng tikilini “sevimli onaltıyaşlı”sına həsr etmişdi.
“Mərcan qəsri”nə nəhəng daş bloklardan hasar çəkilib. Qəsrin içindəki iki mərtəbəli binanın birinci mərtəbəsi emalatxana, ikinci mərtəbəsi isə yataq və uşaqlar üçün otaqlardan ibarətdir. Daş pəncərələr elə tikilib ki, içəri görünmür.
Həyətdə nəhəng daşlardan yonulmuş ürək masası, Mars, Saturn planetlərinin fiqurları, günəşin doğuşunu seyr etmək üçün düzəldilmiş yelləncək-kətil, vaxtı dəqiqəyə qədər düz göstərən daş saat, Dan ulduzunu seyr etmək üçün “teleskop” və başqa daş fiqurlar var.
Qəsri tikməyə 25 il sərf eləmişdi
Ən hündür fiqur 12 metrdir, onun ağırlığı 28 tondur. Qəsrin ən ağır daşı isə 30 tondur. Tikiliyə işlədilən daşların ümumi çəkisi 1100 ton təşkil edir. Xeopsun ehramına sərf olunan bloklar Edvardın qəsrinə sərf olunan bloklardan yüngül idilər.
Bütün bu bloklar, fiqurlar qayma daşlardan yonulub. Tikinti sement istifadə edilmədən Misir ehramlarının tikintisi qaydası ilə aparılıb.
Qəsrin 10 ton ağırlığındakı nəhəng daş darvazası bir barmağın hərəkəti ilə açılıb örtülür. Mühəndislər hələ də Edin bu nəhəng blokun ağırlıq mərkəzini dəqiq taparaq boyaboy deşməsinə heyrət edirlər.
Cırtdanboy divin sirri nə idi
Tikinti bitəndən sonra Ed pul müqabilində qəsrə tamaşaçı qəbul etməyə başladı. Ondan heç bir texnikadan və kənar yardımdan istifadə etmədən bu nəhəng qayaları necə dəbərtdiyini soruşduqda o cavab verirdi: “ Mən Misir ehramlarının sirrinə vaqif olmuşam”.
Bir neçə on ildir ki, “Ed fenomeni”ni araşdıran alimlər hələ də onun tikinti sirrini aşkarlaya bilməyiblər.
Mühəndislər oxu paslanıb çürümüş darvazanı dəyişmək üçün nəhəng qaldırıcı krandan istifadə etmiş, nəhəng daş darvazanı bərpa edib yerinə qoyarkən onlarla işçi, dəqiqliyi tapmaq üçün isə kompüter texnologiyası tələb olunmuşdu.
Yad planetlilərlə əlaqə
“Mərcan qəsri” kitabının müəllifi Rey Stonerin fikrincə, qədim inşaatçılar yerin qravitasiya qüvvəsini idarə etməyi bacarırdılar. Bu nəzəriyyəyə əsasən, Yer kürəsi nəhəng enerji şəbəkəsi ilə örtülüdür.
Bu enerji xətlərinin kəsişmə nöqtəsində Yerin daxili enerjisinin konsentrasiyası baş verir. Bu enerjini idarə etməklə əşyaları çəkisindən asılı olmayaraq məkanda və zamanda daşımaq olar.
Digər bir fərziyyəyə əsasən, Lindskalnin qəsrini UNO-ların enmə yerində tikmişdi. Bu fikrin tərəfdarları “Mərcan qəsr”ini yad planetlilərin yerdəki məntəqəsi hesab edirlər.
“Mərcan qəsri” haqqında cavabsız suallar hələ də qalmaqdadır. Bu arıq və çəlimsiz adam heç bir nəqliyyat vasitəsi və işçi qüvvəsindən istifadə etmədən Meksika körfəzi sahilindən mərcan qayalarını necə daşıyıb gətirir və onları yonub tikirdi?
“Fərhada deyin eyləməsin dağdə fəryad”
Ed Lindskalnin 1951-ci ildə mədə xərçəngindən dünyasını dəyişir. Onun bu sirli qəsri tikməsinin səbəbi bacarığını nümayiş etdirmək istəyi deyildi. Bir vaxt onu rədd etmiş Aqnessaya sevgisini isbat etmək üçün Bisutunda Şirinin heykəlini yonan Fərhad kimi, azman daşları yonaraq nəhəng sevgi qəsri ucaltdı. O, öldüyü günə qədər Aqnessanın yolunu gözlədi.
Qəsri hər il 100 min turist ziyarət edir
“Mərcan qəsri” dünyanın müasir möcüzələrindən hesab olunur. ABŞ-ın tarixi abidələr milli reyestrinə daxil edilib.
1980-ci ildə Aqnessa Skaff Ed Lindskalninin onun üçün tikdiyi “Mərcan qəsri”i görmək üçün ABŞ-a dəvət olunur. Qadının 83 yaşı vardı. Zəngin bir kişiyə ərə getmiş, üç uşaq doğurmuş, dinc həyat yaşayırdı.
Aqnessa təklifi qəbul etmir: “Mən onu o vaxtı rədd etmişdim, indi də onun haqqında heç nə eşitmək istəmirəm”.
Baxçasında əbruli xanım əli çiçəyi açan evi olan minnacıq qadın Divi ölümündən sonra da qəbul etmədi.
Mirmehdi Ağaoğlu
Kulis.az Facebookda

1856 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024