Nə baha? - ARAŞDIRMA
20 avqust 2011
08:00
Ən bahalı kitab
“Vəzifə” mənasını verən kitab 13 səhifədən ibarətdir. Onun qiyməti isə dəyərindən çox bahadır - 153 milyon avro. Kitabın müəllifi, “dünyanın ən böyük filosofu” olduğunu iddia edən Tomas Aleksandr Hartman qiymətinə baxmayaraq çox sadə bir tərtibata sahib olan bu kitabında insanın 3 ən əhəmiyyətli sualına cavab verdiyini iddia edir: "Haradan gəldik, hara gedirik və nə etməyimiz lazımdır?" Müəllif kitabın qiymətinin məhz bu 3 suala verilən dəqiq cavaba görə təyin edildiyini də söyləyib. Kitab 1 nüsxədir.
Bu evdə xəyal qalmaz...
Dünyanın ən bahalı evi 139 milyon dollarlıq qiyməti ilə İngiltərənin cənub-şərqində Surreydə tikilmiş nəhəng bir malikanədir. “Buckingham” sarayının rəqibi olaraq xarakterizə edilən bu evdə onlarla baseyn, kino salonu, skvoş (tennis növü) və bouling salonları da var.
Telefonum çox bahadır...
Peter Aloisson adlı dizayner tərəfindən hazırlanan və rus şirkəti olan “Ancortun”un loqosunu daşıyan bu telefon 1 milyon 300 min dollar dəyərindədir. Saf platindən hazırlanan cib telefonunun qapağı 25.5 karatlık ağ almazlarla və 5 mavi almazla bəzənilib. “Ancortun”.
Ən bahalı kompyuter
Məhdud sayda istehsal edilən Dell Xps 600 Renegade dünyanın ən bahalı kompyuteri hesab edilir - 9930 dollar.
Günəş eynəyi
Dolce&Gabbana firmasının kolleksiyasında olan günəş gözlüyü kəhvəyi tonlarda və qızıl syuyna çəkilmədir. İki tərəfdə də D&G loqosunun brilyant daşlarla bəzədiyi dünyanın ən bahalı gözlüyün qiyməti 383.609 dolardır.
Bunu oxumayın
Dünyanın ən məşhur qadın alt paltarları istehsalçısı olan “Victoria's Secret”in ənənəvi şousunda Adriana Lima 2 milyon dollarlıq almaz buzqalterin təqdimatını edib. Məhsulun üzərində 60 karatlık ağ almaz, 82 karatlık açıq mavi sapfir və bir yaqut olub.
İtin də 500 min dollar qiyməti var
Dünyanın ən bahalı iti olan Tibet Mastifinin qiyməti tam 500 min dollardır. Bu it dözümlü və güclü bir itdir. Marco Polo bu iti, "Bir eşşək qədər hündür və bir aslan qədər səsi güclü!" olaraq təqdim edib.
Ən bahalı şalvar
“Dussault Apparelin Trashed”in cins şalvarlarının qiyməti naşı adamı dəli edə bilər. Kişilər üçün nəzərdə tutulan bu şalvarların hamısı əl istehsalıdır. Onlar yaqut, brilyant və ağ qızıl kimi müxtəlif qiymətli daşlarla bəzədilib. Qiymətləri isə nə az, nə çox, düz 250 min dollardır...
Yaqut Başmaq- 3 milyon dollar
"Yaqut Başmaq" adı əslində məşhur "Od Cadugəri" adlı filmdən gəlir. Filmin qəhrəmanı Dorotun geydiyi "Yaqut Başmaq" sahibinə sehrli güclər verirdi. Judi Stansiyalandın 1939-cu ildə lentə alınan filimdə geyindiyi başqam adı qırmızı qaşlardan hazırlanmışdı. Lakin filmin 50 illiyində məşhur ləl-cəvahiratçı Ronald Uinston tərəfindən təkrar dizayn edilən "Yaqut Başmaq" da bu səfər gerçək yaqut daşlar istifadə edildi. Ümumi olaraq 1350 karat yaqut və 50 karat brilyant ilə bəzənən başmağın istehsalını “Javiar Barerra” iki ayda tamamlaya bilib. 1989-cu hazırlanan və dünyanın ən bahalı ayaqqabısı olan "Yaqut Başmaq" 3 milyon dollara satışa çıxarılıb.
2.26 milyon dollara televizor olar!
Məşhur “Stuart Hughes” yenə ən bahalılar sırasına öz məhsulunu təqdim edə bilib. Metz firmasıyla ortaq şəkildə çıxarılan bu 140 ekran televizorun korpusu 28 kiloqram qızıldan hazırlanıb və 72 dənə bir karatlık ən yüksək keyfiyyətli brilyant ilə bəzənilib. Bundan əlavə televizorun müxtəlif qisimləri timsah dərisi ilə bəzədilib. əgər bu televizoru almaq üçün 2.26 milyonunuz yoxdursa, onda firma sizə daha ucu məhsul təklif edə bilər - əlbəttə əgər 1.5 milyonunuz varsa...
Üzüklərin əfəndisi
“Chopard” imzalı mavi brilyant üzük digər bütün brilyant üzükləri kölgədə qoya bilib. Oval şəklindəki mavi almaz 18 əyar ağ qızıldan hazırlanan üzüyün üzərinə yerləşdirib. Üzüyün ətrafı da brilyantlarla işlənilib.
Üzüyün üstünə qoyulmuş 9 karatlıq mavi almazın cəmisi 16.26 milyon dollar qiyməti var. Bu pulu sayan olsa, qalan brilyant və ağ qızılın pulunu ödəməli olmayacaq...
Gəlinlik üçün çox bahadır
“Beverly Hills”in ən məşhur gəlin paltarı dizaynerlərindən olan Renee Strauss ilə zərgər dizayner Martın Katzın birgə layihəsi olan "The Diamond Wedding Gown” - “Brilyant Gəlin paltarı" adlı gəlinliyin qiyməti 12 milyon dollardır. Bu paltar ümumilikdə 120 karat brilyantı üstündə daşımalıdır.
25 milyon dollar – qolunuza yaraşır!
Saat neçədir sualına cavab verən zaman 25 milyon dolları qolunuzda qaldırmanızı təsəvvür edə bilirsinizmi? Çətin! Amma “Chopard” markalı saatın qiyməti həqiqətən də 25 milyon dollardır. Bu saatın bu qədər bahalı olmasının səbəbi nə arxasında yatan maraqlı hekayəsi nə də super kompleks mexanizmidir. Qiymət tamamilə üzərində olan qiymətli daşlara görə təyin olunmuşdur. Bu bəzəkli saatın üzərində, ürək şəklində 15 karatlıq çəhrayı almaz, 12 karatlıq mavi almaz, 11 karatlıq ağ almaz və müxtəlif böyüklüklərdə 163 karatlıq ağ və sarı almazlar var.
O maşın deyil!
Dünyanın ən bahalı avtomobili isə “Bugatti Veyron”dur. Onun qiyməti 1 milyon 192 min 57 dolardır. O maşın deyil, o “Bugatti”dir…
Vüqar Qurdqanlı

1132 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024