Türk rejissor fransız cəngavəri oldu

Türk rejissor fransız  cəngavəri oldu
14 aprel 2011
# 10:03
Fransa Mədəniyyət Nazirliyi tərəfindən verilən “Sənət və Ədəbiyyat Cəngavəri” medalına türkiyəli rejissor Nuri Bilge Ceylan layiq görülüb.
Kulis.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə məşhur rejissorun medalı 30-cu İstanbul Film Festivalı çərçivəsində təşkil olunan tədbirdə Fransanın İstanbuldakı konsulu Herve Marqo təqdim edib.
Tədbirdə konsul deyib ki, N.B.Ceylanın bu medala layiq görülməsi çox təbiidir. H.Margo çəkdiyi filmlərin əksəriyyəti böyük festivallarda mükafat alan Ceylana bundan sonrakı yaradıcılığında da, uğurlar arzulayıb.
Medalı aldığına görə çox sevindiyini ifadə edən Nuri Bilge Ceylan deyib ki, Fransanın dünya ziyalıları üzərində çox təsiri olub: “Mənə də təsiri var. Fransa muzeylərindəki gəzintilərimi unutmuram. Xüsusilə də Fransa kinosunun nəhənglərindən olan Robert Bresson da mənim müəllimlərimdən biridir”.
N.Bilge Ceylan Türkiyənin Avropada tanınan ən məşhur rejissorlarından biridir. Əsasən art-house filmləri çəkən rejissorun “Uzaq”, “İqlimlər” və “Üç meymun” filmləri ilə Kann festivalında mükafatlar alıb.

Günel Əsgərzadə
# 1821 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər