Qadın rejissorlar süpürgədə uçacaq

Qadın rejissorlar süpürgədə uçacaq
14 aprel 2011
# 09:54
Mayın 5-dən 12-nə kimi Türkiyənin paytaxtı Ankarada 14-cü Beynəlxalq “Uçan Süpürgə” Qadın Filmləri Festivalı keçiriləcək.

Kulis.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə festival çərçivəsində tam və qısametrajlı, eləcə də sənədli filmlər nümayiş olunacaq. “Uçan Süpürgə Festivalın digər festivalların əsas fərqi burada ancaq qadınların çəkdiyi filmlərin göstərilməsidir. Festival Türkiyədə 1998-ci ildən keçirilir. Uçan Süpürgə Avropa Qadın Filmləri Festivalları şəbəkəsinin üzvüdür.

Beynəlxalq Kinoşünaslar Birliyi (FİRPESCİ) bu festival üçün özünün münsiflər heyətini göndərir. Həmin heyət “Hərəsi ayrı rəng” bölümündə göstərilən filmlərdən birini seçərək mükafatlandırır. Münsiflər heyəti bu il Polşadan Meksikaya, Kubadan Finlandiyaya qədər dünyanın dörd bir yanından olan ən yeni 13 film arasından birinə “FİRPESCİ” mükafatı verəcək. Dünya kino çevrələrində çox prestijli sayılan “FİRESCİ” mükafatı Uçan Süpürgə Qadın Filmləri Festivalında 2006-cı ildən verilir.

Günel Əsgərzadə
# 1975 dəfə oxunub

Oxşar xəbərlər

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər