Şərif Ağayarı Vudi Alenlə nə birləşdirir?
5 avqust 2011
11:09
Bir neçə gün əvvəl kinoşünas Aygün Aslanlı, Strasburqda yaşayan hüquqşünas Könül Dərya Qasımova və mən Kino Gününü Yavər Rzayevin “İlahi məxluq”una baxmaqla qeyd edəndən sonra bürkünün cəngindən qurtulmaq üçün dənizkənarı parkdakı açıq kafelərdən birinə çəkildik. Xeyli “gap” etdik.
Havadan-sudan, şərq-qərb cəmiyyətinin toqquşduğu nöqtələrdən, qadın-kişi münasibətlərindən, kinodan, ədəbiyyatdan, dəyərlərimizdən, milli özəlliyimizdən danışdıq.
Söhbət hərlənib-fırlanıb yazıçı Şərif Ağayarın “Haramı” romanının üstünə gəldi. Aygün saytlardan birində romandan erotik parçanın yayımlandığından və məyus halda yazılan təhqiramiz şərhlərdən danışdı.
Səhər həmin saytı açdım, yayımlanan parçanı oxudum və sayı yüzü keçən şərhlərdən bir-ikisinə gözücü nəzər salıb səhifəni qapatdım. Təəssüf və məyusluq hissi altında şəxsiyyətinə və yaradıcılığına sayğı duyduğum Şərifi dəstəkləyən yazı yazmaq istədim. Az sonra rasionallığım emosiyalarıma üstün gəldi və fikrimdən daşındım.
Son bir neçə ayda heç bir şərh oxumuram. Təkcə ona görə yox ki, şərhlərin əksəriyyəti eyni intonasiyada, eyni biçimdə yazılır. Daha çox o səbəbdən ki, istər pozitiv, istər tənqidi (“təhqiramiz” desəm, daha doğru olar) şərhlərdə polemikaya təhrik edəcək, ideya verəcək fikir yoxdur. Şərhlər son dərəcə monoton və bəsitdir.
Monotonluq, bəsitlik isə cəmiyyətdəki fikir rəngarəngliyinin olmamasından, alternariv fikirləri faciə kimi qəbul etməkdən doğur.
Tolerantlıqdan məhrum, həyatı yalnız bir rənglə qavrayan, ədəbi bilgiləri orta məktəbin ədəbiyyat dərslikləri səviyyəsində belə olmayan, dünyadan bixəbər, hikkəli, feodal düşüncəli, əxlaqdan dəm vurub əxlaqsız şərhlər yazan, polemika mədəniyyətindən uzaq zavallı “ultra” adamlarla nə danışasan?
Bir sözlə, əks tərəf polemikaya layiq olmalıdır.
Ona görə məsələylə bağlı burda nöqtə qoyub sevdiyim rejissor, haqqında çoxdan yazmaq istədiyim, dünyanın ən komplekssiz və travmasız yəhudisi Vudi Allendən danışmaq istəyirəm.
İkinci Dünya müharibəsindən sonra ünvanlarına söylənən ən xırda tənqidi belə antisemitizm kimi qavrayan əksər yəhudilərdən fərqli olaraq, Allen əksinə, filmlərində yəhudi adətlərinə, onların ailə qanunlarına elə allensayağı da gülür.
Yəhudilər alman bəstəkarı Vaqnerin adının səslənməsindən belə əsəbiləşirlər. Allen isə bu mövzuda fikrini rahat, yumorla ifadə edir.
“Manhettendə müəmmalı qətl hadisəsi” rejissorun elə özünün oynadığı qəhrəmanın arvadı Vaqnerin pərəstişkardır. Allen isə filmdə bəstəkar haqda fikrini belə ifadə edir: “Mən Vaqnerə çox qulaq asa bilmirəm. Dərhal Polşanı fəth etmək istəyi yaranır”.
“Edip komleksi” novellasında isə o, yəhudi ailəsindən bəhs edir. Oğlunu yəhudi qanunları və adətlərindən doğan ifrat qayğıkeşliklə qoruyan ananın sevgisi onu elə təngə gətirir ki, anasından canını qurtarmaq istəyir. Və onun həyatından yox olmasını arzulayır. Sonra isə filmdə hadisələr irrasional yöndə cərəyan edir.... Yox, danışmaqla olmaz. Buna baxmaq gərəkdir.
Allen təbiətcə pessimistdir. Onu daim ekzistensial suallar - ölüm faktı, qocalıq, həyatın anlamı, “dəyərmi-dəyməzmi” sualları maraqlandırır.
Onun görkəmindən narahatlıq və nigaranlıq yağır. Allen müsahibələrindən birində deyir: “Filmlərimdə kimsə nəyəsə inanırsa bu artıq qroteskdir. Hər şey əndazədə olan mənasızlıqdır, terrorizmdən tutmuş bir film premyerası üçün smokinqimin vaxtında təmizlənməsinə kimi”.
Hərçənd Alleinin pessimizmi adama basqı etmir, təngə gətirmir. Çünki o ustaca kədərini bəzən yumorla, bəzən satirayla, psixoloji analizlə birləşdirir.
Dünya kinematoqrafiyasında Allen qədər özünə asanlıqla, rahat ironiya edən, gülən ikinci rejissor tanımıram.
Yaraşıqlı olmayan Allen fiziki əksikliklərini uğura çevirməyə bacaran nadir insanlardandır. Tragikomik siması, yumoru, iti ağlı, hazırcavablığı zahiri ilə harmoniyadadır və onu son dərəcə sevimli edir.
O, intellektual komediya janrının yaradıcısıdır. Onun filmlərindəki erudisiya məni valeh edir.
Ədəbiyyat, kino, fəlsəfə, musiqi haqda dərin bilgiləri filmlərində gərəksiz nəsnə kimi havadan asılı qalmır.
O, bilgilərini təbii şəkildə filmin motivində əridir, onun ayrılmaz hissəsinə çevirir.
Allen intellektə də ironiya edir. Daha doğrusu psevdointellektə. Məsələn, “Manhetten” filmində. Karl Yungdan Van Qoqa kimi məşhur adları sadalayan, amma haqlarında geniş bilgisi olmayan personaj haqda Allen deyir: “Mən psevdointellektual boşboğazlığa dözə bilmirəm”.
“İnteryerlər” filminin dahi İnqmar Berqmanın bacıların münasibətlərini incələyən “Pıçıltı və çığırtı” dramından təsirləndiyi tez-tez qeyd edilir. Amma “İnteryerlər” də mənə bir-biriylə rəqabətdə olan bacıların münasibətindən çox, qəhrəmanların yaradıcı böhranı, ruhi sıxıntıları maraqlıdır.
Bu mənada film mənə başqa bir dahi Federiko Fellininin “8 yarım” dramını xatırladır.
Fellini yaradıcı böhranda çapalayan rejissorun beynindəki xaosu, nizamsız düşüncələri materiallaşdırır, tamaşaya çevirir.
Allenin yozumundakı yaradıcı sıxıntı isə sıradan, amma doğmadır.
Böhran məişət münasibətlərində, ər-arvad, qohumluq münaqişələrində, özünə nəzarəti itirən davranışlarda ifadə olunur.
“Melinda və Melinda” film içində filmdir. Allen yaradıcı eksperimentlərə baş vurur, bir qəhrəmanın taleyinin paralel olaraq iki versiyasını təqdim edir. Daha doğrusu, iki janrda – faciə və komediya.
Fərqli versiyalarla tamaşaçını həm əyləndirir, həm də düşünmək üçün geniş imkanlar açır.
Kino sənətini tamamən bazara çevirən Amerika kinosistemi Allenin yaradıcı eqosunu sındırmaq, onu kommersiya maraqlarına tabe etmək istədi. Amma alınmadı. Ona görə də 2000-ci illərdən sonra Allen filmlərini Avropada çəkir.
Zövqümü sırımağı sevməsəm də, Azərbaycanın yaradıcı mühitində Allenin publikasının çox olmasını istərdim. Çünki onun filmlərindəki potensial yaradıcı insana impuls və ideya verir.
...Allen okeanın o tayında doğulub, başqa dəyərlərlə böyüyüb, amma onun filmləri, düşüncələri o qədər doğmadır ki...
Ruhumu sarsıdacaq qədər doğma.
Sevda Sultanova

1236 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX
11:51
21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?
10:10
18 noyabr 2024