“Əzizim, sən iclasda oturmaya bilərsən…”

“Əzizim, sən iclasda oturmaya bilərsən…”
27 iyul 2011
# 07:00
İş onsuz da bizi yetərincə yorur. Hər gün ofislərə gəlmək, saatlarca orda işləmək adamı bezdirir.

Üstəgəl iş yoldaşlarının bəzi davranışları adamı lap özündən çıxardır.

Kulis.az ofisdə işçilərin etdikləri 10 qüsurlu davranışı təqdim edir:

1. Başımızın üstündə dayananlar

Sakitcə gəlib adamın başının üstündə dayanırlar. Söhbət etmək istəyirsən susurlar. Arxada kölgə kimi dayanıb kompüterin ekranına baxırlar. “Məktublardı maraqlı olan? Yoxsa işləyirəm deyəmi baxırsan? Nə istəyirsən, ay qardaş?”

2. Cib telefonunu masanın üstündə yaddan çıxaranlar

Bunun adı üstündədir. “Cib telefonu”. Cibdə olması lazımdır. Bəziləri onu otaqda qoyub yeməyə, tualetə, çaya, müdirin yanına getməkdən xoşları gəlir. O, telefona zəng gələndə, adamın zəhləsi tökülür.

3. Yüksək səslə mahnıya qulaq asanlar

İşləyərkən musiqi yaxşıdır. Amma insanlar müxtəlifdir. Bir nəfərin xoşuna gələn mahnı digərinin xoşuna gəlməyə bilər. Sizin dinlədiyiniz mahnı başqasının diqqətini yayındıra bilir. Eyni zamanda otağın bir tərəfindən Üzeyirin bir tərəfindən isə Ramştaynın səsi gəlirsə ora artıq dəlixanadır.

4. Qulaqlıq taxanlar

Yüksək səslə mahnıya qulaq asanlardan fərqli olaraq bu tiplər adama mane olmurlar. Telefonu zəng çalır eşitmirlər, kimsə çağırır hay vermirlər. Bunlar da belə mane olurlar.

5. Pəncərəni açaq/bağlayaq

Xüsusilə keçid fəsillərində otaqdakı havanın tepmeraturu 10 adam üçün isti, bir nəfər üçün soyuq olur. O bir nəfər dirəşir ki, pəncərə bağlı saxlanılmalıdır... Həmin adama görə bütün ofisin nəfəsi kəsilir.

6. Səliqəsizlər

Bəzən sizə bitişik olan qonşu masanın sahibi səliqəsiz olurlar. Masanın üzərini müxtəlif kağız-kuğuzlarla doldurur, aldığı qəzetləri atmır, ailə şəkilləri ilə masanı bəzəyirlər. Bəzən yer dar olduqdan sizin də masanızın bir hissəsini işğal edirlər.

7 Ucadan danışanlar

Bəzi insanların səsi anadan olandan gurdur. Problem isə qəsdən və ya tərbiyəsizlikdən yanındakı adamlarla bərkdən danışanlardadır. Bir də bu səslə telefonda danışdıqlarını bizə eşitdirənlər var...

8. Öz uğurlarından danışanlar

Ən çox satışı o edib, ən yaxşı qrafika ondadır, ən yaxşı xəbəri o yazıb... Tez-tez uğurlarını gözünüzə soxmağa çalışan eqoistlər... Dözmək olmur sizə...

9. Ofisdə iy gələn yemək yeyənlər

İşləyərkən nəsə yemək ləzz edir adama. Amma qapalı yerdə kabab, dönər kimi yeməklər yeyəndə qoxusu ətrafa yayılır. Bu isə kənardakılara pis təsir edir.

10. İşdə məhəbbət macərası

İş başqa, eşq başqa deyiblər. Ofisdəki cütlüklər çox vaxt kənardakıları qıcıqlandıran hərəkətlər edirlər. Özəlliklə sevgilisi olmayanları. Üstəgəl tərəflərdən biri müdirdisə, vəziyyət lap ağırlaşır. Digər işçilər ayrı-seçkiliyə məruz qalırlar.

Hazırladı: Günel ƏSGƏRZADƏ
# 1741 dəfə oxunub

Oxşar xəbərlər

XIX əsr Paris modasının siması  - O, hansı məşhur rəssamların sevimli modeli idi?

XIX əsr Paris modasının siması - O, hansı məşhur rəssamların sevimli modeli idi?

12:00 14 noyabr 2025
Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

15:08 10 noyabr 2025
Danimarka şahzadəsinin ölümdən qurtardığı şair  - Ona niyə yazmağı qadağan etmişdilər?

Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?

10:00 10 noyabr 2025
Modern romanı yenidən inşa edən yazıçı

Modern romanı yenidən inşa edən yazıçı

18:15 6 noyabr 2025
"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı -  Renessansın unudulmuş rəssamı kim idi?

"Əjdaha" karvansarası açdı, dostunun tablosunu özü tamamladı - Renessansın unudulmuş rəssamı kim idi?

14:30 5 noyabr 2025
Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər