İsrafil İsrafilov: “27 tamaşanı repertuardan çıxartdım” - MÜSAHİBƏ

İsrafil İsrafilov: “27 tamaşanı  repertuardan çıxartdım” - MÜSAHİBƏ
8 iyul 2011
# 14:48
Teatrlar bir-bir mövsümü bağlayıb məzuniyyətə yollanırlar. Baş teatrımız Milli Dram Teatrı da yaxın vaxtlarda mövsümü bağlayacaq, amma hələlik bu teatrdan yeni tamaşa və yeni məşqlərin sorağı gəlir. Kulis.az teatrın direktoru İsrafil İsrafilovla görüşüb, başa çatmaqda olan mövsümdə görülən və yeni mövsüm üçün qurulan planlardan danışdı.

- Teatrın təmiri sizin mövsümü gec açmağınıza səbəb oldu. Cəmi dörd ay işləyib yenidən mövsümü bağlayırsınız. Bu qısa mövsümü necə başa vurursunuz?

- Martın 10-da milli teatr günündə teatrın pərdələrini İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə açdıq. Ardınca rəhmətlik Vaqif İbrahimoğlunun son işi - “Lənkəran xanının vəziri” təhvil verildi. Sonra Elçinin “Teleskop” əsərinin tamaşasını Kamran Şahmərdanov işlədi. Bu yaxınlarda Mehriban Ələkbərzadə Afaq Məsudun “Qatarın altına atılan qadın” əsərinin tamaşasını başa çatdırdı. İndi Eduardo De Filipponun “Kabuslar” əsərinin tamaşası üzərində Nicat Kazımov son məşqlər edir.

Eyni zamanda, repertuardakı müəyyən boşluğu aradan qaldırmaq üçün bir-neçə tamaşanı bərpa etdik. Əli Əmirlinin iki əsərinin tamaşası - “Messenat” və “Xəcalət” bərpa olundu.

Vaqif İbrahimoğlunun “Tülkü, tülkü, tünbəki” uşaq tamaşası bərpa olundu. Türk yazarının “Uçqun” pyesinin tamaşasını Bəhram Osmanov bərpa etdi. Şekspirin “12-ci geçə” tamaşası da yeniləndi, Moskva Çexov festivalının nümayəndələri o tamaşanı bəyəniblər və Çexov festivalına dəvət ediblər.

Bu gedişlə dörd ayda on tamaşanı səhnəyə gətirmişik, beşi yeni, beşi bərpa.

- Siz direktorluqdan başqa həm də bir sənətşünassınız. Sənətşünas kimi Milli Teatrın səhnəsində gedən o on tamaşadan hansını daha uğurlu hesab edirsiniz?

- Bu saat səhnəmizdə uğursuz tamaşa yoxdur, bunu sənətşünas kimi deyirəm. Uğursuz hesab etdiyimiz, zamana uyğun bilmədiyimiz 27 tamaşanı repertuardan çıxartmışıq. Bərpa etdiklərimiz isə hələlik tamaşaçı yığa bilən tamaşalardır. O tamaşalara tamaşaçı kassaya yaxınlaşıb bilet alır.

- Tezliklə mövsümü bağlayırsınız, yeni mövsüm üçün hansı planlar var?

- İyulun 13-ü “Kabuslar”ın premyerasını edirik. 14-ü “Qarabağnamə” ilə mövsümü bağlayırıq. Hazırda Sadıq Şəndilin “Qanlı Nigar” pyesinin tamaşası üzərində məşqlər gedir. Onu Vaqif İbrahimoğlu ilk dəfə tərcümə edib özü də səhnəyə qoymuşdu. Həmin tərcümədə Namiq Ağayev hazırlayır. Viktor Hüqonun “Mariya Tüdor” əsərini Gümrah Ömər “Qadın taleyi” adı ilə tamaşaya qoyur. Onu vaxtilə Tofiq Kazımov səhnəyə qoymuşdu. Saqarelinin “Xanuma” əsərini “Yengələr” adı ilə muzikl janrında səhnəyə gətiririk. Mikayıl Mikayılov bu tamaşa üzərində işləyirlər. Dövlətin teatr islahatları proqramı çərçivəsində bu teatra gənc rejissorlar cəlb olunub həmin sözügedən tamaşaları qoyurlar. Bu mənim üçün bir risk idi, çünki çoxları heç cür qəbul etmək istəmirdilər ki, bu teatrda təcrübəsiz gənclər işləsin. İnşallah, zaman göstərəcək ki, səhv etməmişik. Bu gənclərə teatrın daxili imkanları hesabına imkan yaradırıq. İnşallah, yeni mövsümdə bəhrələr özünü göstərəcək.


Ramilə QURBANLI
# 1357 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #