Risk edən qadın seksualdır

Risk edən qadın seksualdır
13 mart 2014
# 14:30

10 addıma qüsursuz sevgili olmaq

Sevgilinizi məmnun etmək bəzən dünyanın ən çətin işinə çevrilir. Əslində bu elə də çətin deyil. Sadə və ardıcıl atılan addımlarla sevgilinizi məmnun edə və ağlını başından ala bilərsiniz.

Bunun mümkünlüyünə inanırsınızsa, başlayaq!

1. Yemək bişirin

Nə olur olsun kişilər yemək bişirməyi bacaran qadınları sevirlər. Ən gözəl institutu qurtarmağınız, yüksələn xətlə inkişaf edən karyeranız, ictimai fəaliyyətiniz bir yumurta bişirə bilməməyinizin önündə məhv olub gedər. Bunun üçün professional aşpaz olmaq lazım deyil, sadəcə bir neçə qeyri-adi və maraqlı yemək resepti öyrənin.

2. Eqosunu sığallayın

Kişilərin eqosu hər zaman oxşanmağa, sığala ehtiyac duyur. Ən xırda problemlər, iş yerində kiçik bir anlaşılmazlıq, yataqdakı o qədər də uğurlu olmayan performans eqolarının yerlə bir olması üçün kifayətdir. Buna görə incə təriflərlə onu oxşamanız özünü dünyanın ən güclü kişisi kimi hiss etməsinə kifayət edəcək.

3. Zarafatcıl olun

Yumor hissi olan qadınlar hər zaman bir pillə öndədir. Ciddiyyətinizi qorumaq təbii ki, lazımdır, amma hər şeyin həddi var. Çox ciddi qadınlar hər zaman sıxıcı olur, arada onu güldürməyi unutmayın.

4. Mülayim davranın

Dominant və “dediyini deyən” obrazlar diqqətçəkən olsa da, bir o qədər təhlükəlidir. İş həyatınızla sevgi həyatını qarışdırmayın. İş yerində idarəçi siz ola bilərsiz, lakin sevgilinizin yanında özünüzü onun müdiri kimi aparmağınız onu sizdən soyudar.

5. Sevginizi göstərin

Bir çox qadınlar hisslərini büruzə verməyə çəkinir. Sevginizi dilə gətirməsəniz də, xüsusi baxışınızla, hər hansı bir toxunuşla ona göstərin. Yolda gedərkən qəflətən üzündən öpə, əlini bərk-bərk sıxa bilərsiniz.

6. Komplekslərinizi özünüzə saxlayın

Bədəninizdəki artıq ətlər, saçlarınızın tökülməsi, dişlərinizin əyriliyi sizi illərdir narahat edə bilər, amma bu o demək deyil ki, bunları sevgilinizlə bölüşməli və baş-beynini aparmalısız. Heç kim qüsursuz deyil və sevgiliniz yanınızdadırsa, deməli, sizi olduğunuz kimi qəbul edib sevir, böyütməli heç nə yoxdur, özünüzə inamı bərpa edin.

7. Cəsarətli olun

Risk edə bilən qadın seksualdır. Seçdiyiniz sözlərdən, etdiyiniz hərəkətlərdən tutmuş motosikletlə gəzintiyə çıxmanıza qədər...

8. Qadınsı olun

Geyim tərzinizdə rahatlığınızı önəmsəyə və daha çox lesbiyan kimi geyinməyi xoşlaya bilərsiz, amma həyatınıza biri daxil olubsa və siz kiminsə sevgilisisinizsə, yaxşısı budur qarderobunuzu yeniləyin və ona oğlan uşağıyla yox, cazibədar bir xanımla birlikdə olduğunu xatırladın.

9. Dostlarıyla qaynaşın

Münasibətin ən çətin məqamı budur. Sevgilinizin dostları sizə qədər onun yanında çox qız görüb və sizinlə də hamiyla olduğu kimi standart davranacaqlar. Çalışın sizi sevsinlər. Məsələn, azarkeşi olduğu klubun oyununa biletlər alıb onları başınıza yığın və futbola gedin.

10. Ağlınızı və dünyagörüşünüzü nümayiş etdirin.

Heç bir normal oğlan yanında məhdud dünyagörüşlü, ağılsız bir sevgili görmək istəməz. Yeri gəldikdə onunla intellektual müzakirələr aparın, nəyə qadir olduğunuzu görsün, amma gecə-gündüz qlobal problemlərdən danışıb onu bezdirməyin.

# 4459 dəfə oxunub

Müəllifin son yazıları

# # #