Döyüşə gedən erməni qocaların faciəsi

Döyüşə gedən erməni qocaların faciəsi
16 oktyabr 2020
# 12:37

Ermənistan ordusunda vuruşan dırnaqarası döyüşçülər sosial şəbəkələrin şəbədə, ironiya mövzusuna çevrilib. Yaşları ötmüş ahıl qocalar cəbhəyə göndərilir. Baxırsan ki, bu qocaları elə ölməyə çağırıblar. Üzlərində, gözlərində həyat işartılarının çoxdan öləzidiyi qocalar...

Erməni hökuməti məğlub olduqlarını yaxşı bilirlər, ona görə də ölkədə kim varsa Qarabağa göndərirlər. Artıq onlar üçün fərq eləmir. Qoca, yaxud yeniyetmə. Özlərinə də erməni qartalları deyirlər. Ancaq bu qocalar qart toyuğa daha çox bənzəyirlər. Baxanda adamın gülməyi tutur. Biri var, sanki, ibtidai icma quruluşdan çıxıb gəlib. Hələ bir foto da çəkdirir və üzünə təbəssüm qondurur. Deyir, sonda gülən yaxşı gülər. Hakimiyyət nəfəs ala bilən hər kəsi orduya səfərbər edir. Ölülər ordusu, yaxud zombi ordusu da deyə bilərik. Bunlara güllə atmağa da dəyməz. Babat bir şillə vurursan, yıxılıb ölər.

Bəlkə də küçədə yaşayan bomjlardır bunların çoxu. Deyiblər, onsuz da ölürsünüz, heç olmasa gedin bir gülləyə sipər olun.

Bu cür insanların səfərbər edilməsi, cinayətdir əslində. Çünki hərbi xidmət üçün sağlamlıq vacibdir. Xəstə adamı hərbi xidmətə, üstəlik döyüşə aparmaq nə deməkdir? Bu hansı ağlın məhsuludur?

Təbii, gördüyümüz mənzərənin bircə izahı var: Ermənilər cəbhəyə göndərməyə əsgər tapmırlar. Ölkədə fərarilik baş alıb gedir. Döyüş məntəqələrini, postlarını qoyub qaçan əsgərlər yaşamağı seçirlər. Onları başa düşürəm. Kim istəyər, özgə torpağında havayı yerə ölsün. Buna görə də qocaları, xəstələri məcburən ordu sıralarına qatırlar.

Fotolarına baxırsan, bircə əsaları çatışmır. Dişi tökülmüş, beli bükülmüş, gözləri zəifləmiş adamlardır. Absurd və çarəsiz situasiya içində olduqları aydın görünür. Bu yaşlıların sağ-salamat cəbhəyə gedib çatmayacağı ehtimalı isə onların döyüşəcəyi ehtimalından daha yüksəkdir.

Fotoları yayan da ermənilərdir. Reallıq hissini itirən, xəyal dünyasında yaşayan ermənilər... Düşdükləri rəzil durumdan əməlli-başlı narahatdırlar. Bu, həm də onun mesajıdır ki, biz qələbəyə doğru gedirik. Belə bir məsələ var, məğlub olan pəhləvan güləşə doymaz. Ermənilər heç pəhləvanlıq da edə bilmədilər.

Könüllü bir erməni əsgəri döyüşlərdən danışır:

“18 yaşlı təcrübəsiz gənclərin əlinə avtomat verib cəbhəyə yollayırlar, normal qaydada patronla, zirehli jiletlə də təmin edilə bilmirlər. Zirehli texnika, tank çatışmazlığı var. Yemək üçün 4 kilometr atəş riskli zonadan keçmək lazım gəlir”.

Bu sözlərin içində nə qədər çarəsizlik var. Artıq başa düşürlər ki, buraya qədərmiş. Bundan ötəsi yoxmuş.

Di gəl, hakimiyyət sırtıqcasına dirənməyə, min-bir hiylə işlətməyə davam edir.

Belə getsə Paşinyan xalqa yenidən müraciət edəcək:

Əziz xalqım! Ölkədə kişi qıtlığı yaşayırıq, nənələr orduya qoşulsun.

Ondan nə desən çıxar.

Ermənilər Paşinyanın onları necə böyük bir bəlaya sürüklədiyini gec-tez anlayacaqlar.

# 14634 dəfə oxunub

Müəllifin son yazıları

# # #