Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Səid Nəsirlinin “Zabitin arzusu” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
6 may 1992-ci il... Şuşa...
Məmmədovlar ailəsinin yaşadığı kənd,Şuşanın hələ işğal olunmamış bir neçə kəndindən biriidi. Artıq şəhər tamamilə sakinlər tərəfindən boşaldılmış vəziyyətdə idi. Düşmənin o qədər amansız vəhşiliklərini görən,eşidən əhali öz ailələrini,uşaqlarını qorumaq üçün öz doğma yurdyuvalarından köçüb getmək məcburiyyətində idilər. Çünkü erməni təcavüzkar dəstələri uşaq, qadın, yaşlı ayırmadan dinc əhaliyə qarşı terror aktı törədirdi.
Məmmədovlar ailəsinin başçısı Adil Məmmədov da öz ailəsini,ata-anasını,övladlarını qorumaq üçün doğulub boya-başa çatdığı doğma yeri-Şuşanı - tərk etmək məcburiyyətində idi. İndi isə onların qapısının ağzında bir yük maşını dayanmışdı.Məmmədovlar ailəsi evlərindəki
əşyalarını yük maşınına daşıyırdılar.Bu həqiqətəndə çox çətin və arzuolunmaz bir vəziyyətdir.Axı insan öz doğma yurdunu, doğulduğu boya-başa çatdığı evini necə tərk edə bilərdi?
Ailənin son beşiyi 4 yaşlı Kamran Məmmədov isə bağçadakı yelləncəyində oturub ailəsini izləyirdi. Anası ağlayır, atasının isə gözləri dolmuşdu. Kamran hələ çox balaca olsa da olanlar barədə məlumatı vardı. Çünkü o dünən axşam eşidəndə ki, sabah burdan köçəcəklər həmin vaxt
nənəsindən soruşmuşdu:
- Nənə atam danışanda eşiitdim,sabah hara gedirik biz?
Nənəsi isə demişdi:
- Düşmənlərimiz var oğul.Amansız qəddar düşmənlərimiz.Atan bizi,sizi ailəsini qorumaq üçün bizi burdan aparmaq məcburiyyətindədir. Çünkü düşmənimiz ermənilər bizim torpaqlarımıza göz dikiblər.
İndi bunları fikirləşən Kamran özüdə bilmədiyi bir kədərə qərq olmuşdu.O tam başa düşmürdü olanları,axı o hələ uşaq idi.
Qonşu kənddən gələn avtomat səsləri hərdən Kamranı diksindirib onun fikirini yayındırırdı.Kamran artıq o səslərin nə olduğunu da bilirdi. O,bilirdiki gələn səslər xain düşmənə qarşı sinəsini sipər edən vətən oğullarının mübarizəsidir. Düşmən artıq yavaş-yavaş Kamrangilin
kəndinə irəliləyirdi.
Biraz sonra məmmədovlar ailəsi bütün əşyalarını maşına yığdıqdan sonra son dəfə doğma yurdlarına baxıb,şuşanın torpağını qoxlayıb,Adilin maşınına mindilər. 4 yaşlı Kamranda məhlələrinə,evlərinə son dəfə baxaraq maşında oturmuşdu. Bir azdan onlar öz yurd-yuvalarını tərk edərək kəndən çıxdılar...
***
İllər keçdi.
Məmmədovlar ailəsi Bakıya köçərək çətinliklərlə özlərinə yeni bir yer taparaq ömürlərinin qalan hissəsini burada keçirməyə başladılar.
Zaman keçdikcə Kamran Məmmədov böyüdü. İllərlə oxuduğu orta məktəbdə hər dəfə Şuşa və Qarabağla bağlı olan tədbirlərdə onu yalnız bir sual maraqlandırırdı: "Görəsən nə vaxtsa hələ 4 yaşındaykən köçüb gəldiyi doğma yurduna geri dönə biləcəkmi?" Kamran hər zaman məktəb də öz vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi.Böyüdükcə mənfur
düşmənə olan nifrət hissi daha da artır və bir an öncə böyüyüb əli silah tutacaq yaşa gəlmək istəyirdi ki, onu ailəsini və yaxınlarını doğma yurdundan didərgin edən qəddar düşməndən qisas ala bilsin.
Bu fikirləri onu hərbi məktəbə girmək qərarını verməsinə gətirib çıxarmışdı.Kamran dərslərini yaxşı oxuduğuna görə yüksək balla Ali hərbi məktəbə qəbul oldu.Həmin gün Kamran çox sevinirdi və bu sevinci onunla ailəsi də bölüşürdü.O,həm ordu sıralarında xidmət edəcəyinə,həm
də təhsilini başa vurduqdan sonra şərəfli bir zabit olub düşmənə qarşı vuruşmaq fürsəti olacaq deyə sevinirdi.
Hərbi məktəbdə oxuduğu müddətdə də yoldaşlarından seçilən Kamranın içindəki düşmənə qarşı olan nifrət və intiqam hissi onunla birlikdə böyüyüb inkşaf edirdi.Hərb elmini daha da dərindənöyrənib gələcəkdəki döyüşlərdə düşmənin hər an qarşısında dik durmağı arzu edirdi.
Sonralar Kamran məktəbi fərqlənmə ilə bitirərək zabit peşəsinə yiyələndi.Çox təcrübəli zabit olmasına baxmayaraq yenə də yeni hərbi bilikləri məniməsəməyə çalışırdı ki,bu da onu Xüsusi təyinatlı qüvvələrdə xidmət etməyə gətirib çıxardı.Artıq illər sonra Kamran Məmmədov Xüsusi təyinatlı qüvvələrin təcrübəli zabitlərindən biri idi.
***
2020-ci ilin Noyabr ayının 4-ü.
Artıq bu tarixdə Qarabağın son qalası Şuşa uğrunda gedən döyüşlər başlamışdı.Başda Xüsusi təyinatlı qüvvələrimiz olmaqla bütün ordumuz Şuşa şəhərini işğaldan azad etmək üçün əlindən gələni edirdi.
İllər öncə uşaq ikən bu şəhərdən didərgin düşən uşaqlar indi bu şəhərə döyüşə-döyüşə qisas almaq sevinci ilə daxil olurdular. Xüsusi təyinatlı qüvvələrin Kapitanı Kamran Məmmədov'da bu döyüşlərdə öndə iştirak edirdi. Döyüşlərdə iştirak edən bir heyətin komandiri olan Kapitan Məmmədov dədə-baba yurdu olan, doğulduğu bu şəhərə 28 il sonra çətinliklə keçilməz yollarla döyüşərək girmişdi.Onun tək arzusu artıq bu doğma vətən torpağına illərdir qolunda daşıdığı üçrəngli ayulduzlu Azərbaycan Bayrağını sancmaq və vətən uğrunda şəhid olmaq idi.
Şiddətli döyüşlər davam edir,Xüsusi təyinatlılar isə bəzən silahla bəzən isə bıçaqla hətta yalın əllə düşmən üzərinə gedirdilər.Artıq o anda hərkəsin düşündüyü tək şey vardı: "30 ilə yaxındır zəfər müjdəsini gözləyən xalqımıza bu sevinci yaşatmaq." Şuşa'nı fəth edərək Şuşa Fatehi
olmaq. Saatlar keçdikcə Kapitan Məmmədov və dəstəsi artıq döyüşərək şuşa şəhərinə giriş etmişdilər. Şəhərə ən yaxın kəndlərdən biri də məhz Kamran Məmmədovun hələ 4 yaşında ikən ailəsi ilə bərabər köçüb getməyə məcbur olduğu doğma kəndi idi. Kamran və dəstəsi onlarla düşmən əsgərini məğlub edib bu kəndə girdilər. Kapitan Məmmədov kəndə girdiyi zaman 4 yaşında olarkən başına gələnləri öz döyüş
yoldaşlarına danışmışdı.İndi isə onun gözləri dolmuş,28 il sonra öz kəndlərinə mənfur düşməni məhv edib qisas alaraq gəldiyinə görə-bu arzusunun reallaşdığına-görə sevinc göz yaşlarını saxlaya bilməmişdi.
Amma ona pis təsir edən məqamlar da vardı.28 il öncə yaşıllıq içində, tamamilə abad olan bu kəndi nankör ermənilər belə demək mümkünsə
xarabaxanaya çevirmişdilər. Məhlələrdən,evlərdən,həyətlərdən və həyətdəki bağ-bağçalardan əsər əlamət qalmamışdı.Erməni
əsgərləri bir çox evi yandırıb talamış digərlərində isə özlərinə sığınacaq düzəltmişdilər.Doğma kəndini bu halda görən Kapitan Məmmədovun sanki ürəyi dağlanırdı.Hətta kəndin məscidində də mənfur düşmən öz çirkin əməllərini nümayiş etdirib,məscidləri donuzlar üçün tövlələrə
çevirmişdi. Kapitan Məmmədov döyüş yoldaşlarının birindən bayraq aldı və məscidə daxil olub,minarəyə çıxıb bayrağı ordan asdı. Bu çox gözəl mənzərə idi. Bu ordumuzun qələbəsi,xalqımızın zəfəri idi. Artıq demək olardı ki Şuşa bizimdir!
***
İşğaldan azad olunan bu kəndə Kapitan Məmmədov və dəstəsi biraz istirahət etmək üçün fasilə vermişdilər.Anidən ortaya çıxan 2-3 maşın düşmən dəstəsi onları döyüşə girməyə məcbur etdi.Tərəflər arasında atışma başlayanda Kapitan Məmmədov həm şəxsi heyətini qorumağa
çalışır həmdə düşməni necə məhv edəcəyini planlayırdı. Bir an öncə bu düşmən dəstəsini məhv edib digər kəndlərə doğru hərəkətə keçməli idilər. Anidən gözlənilməz bir hadisə kapitan Məmmədovu yerindən çıxıb güllələrin önünə atılmağa vadar etdi. Onun döyüş yoldaşlarından biri ayağından yaralanmışdı çünkü. Kapitan Məmmədov Kamran yoldaşının yanına getmək üçün yerindən çıxarkən düşmən snayperi onu vurdu. Dizləri üstünə çökən zabitin üzündə bir təbəssüm var idi. Sanki illərdir gözlədiyi bir hadisə baş vermiş arzusu çin olmuşdu. Komandirlərinin vurulduğunu görən yoldaşları onu çəkib arxa tərəfə apardılar. Kapitan Məmmədov al-qan içindəydi. Yoldaşları onun yarasına parça basaraq qanı dayandırmaq istəyirdilər. Lakin artıq gec idi.
İndi kapitan Məmmədov son dəfə yoldaşlarına,səmaya və birdə biraz öncə doğma kəndini işğaldan azad edib məscidinin minarəsindən asdığı üçrəngli bayrağa baxırdı. Nə gözəl idi onun üçün bu vətən bu bayraq uğrunda şəhid olmaq. Həqiqətəndə illərin arzusu idi bu. Kapitan Məmmədov son nəfəsini verərkən artıq yoldaşları döyüşü bitirib düşmənə qalib gəlmişdilər. Hamısı komandirin başına yığılıb,onu həyatta tutmağa çalışırdılar. Yoldaşının yaralandığını görüb onu qorumaq üçün mərmilərin üzərinə atılan komandir indi son dəfə gözlərini yumacaq və vətəni uğrunda şəhid olacaqdı. Həqiqətən də Şəhidlər ölməzmiş...
Son nəfəsini verərkən belə Kamranın üzündə təbbəsüm və zəfərə nail olmuş bir hiss vardı. O bu dünyadan xoşbəxt köçürdü. İllərlə qəlbində gəzdirdiyi arzusu nail olmuş,vətən torpağını işğaldan azad edib düşməndən qisasını almış şəhid idi o... Allah bütün Şəhidlərimizə rəhmət etsin!
Qeyd: hekayədəki hadisə və obrazlar real həyatdan götürülməmişdir. Sadəcə olaraq Ordumuzun 44 günlük zəfər dastanından və Şuşa döyüşlərindən təsirlənərək yazılmışdır.