"Qorxma, qızım" - 8-ci sinif şagirdindən hekayə

Nailə Əliyeva

Nailə Əliyeva

15 dekabr 2021
# 15:40

Kulis.az 153№-li orta məktəbin 8-ci sinif şagirdi Nailə Əliyevanın “Soyuq əllər” adlı hekayəsini təqdim edir.

Gələn qıy-qışqırıq, ağlaşma səsi məni həyacanlandırmışdı. Ürəyim elə tez-tez döyünürdü ki, sinəmi ağrıtmışdı. Sanki boğulurdum. Danışdıqca həmin hissləri indi də keçirirəm.

“Mənzilin aşağısında ermənilər durubmuş. Aşağı düşənləri güllələyirmişlər” ¬– bunu atam deyəndə eşitmişdim. Mən hələ uşaq olduğumdan güllələməyin nə olduğunun başa düşə bilmirdim. Sadəcə atama diqqətlə baxırdım. Saralmış, qəhvəyi rəngli gözlərindən təlaş oxunurdu. Həmişə şən olan siması indi solmuşdu. Otaqda sağ-sol gəzir, nə isə fikirləşirdi. Mən isə əlimdəki gəlinciyi bərk-bərk tutmuşdum. Birdən qəribə səs eşidildi. Kim isə çığırdı. Bir anda gələn vahiməli səs məni diksindirmişdi. Atam əlimdən tutub cəld addımlarla məni digər otağa apardı.

Və mənə belə dedi:

– Zəhra, mən indi burdan – o otağın sol tərəfindəki iri pəncərəni göstərdi – aşağı düşəcəyəm, sonra nərdivan qoyub səni də düşürdəcəyəm – səsində titrəmə vardı. Atamın nə demək istədiyin tam anlaya bilməmişdim. Ancaq tələsərək alnımdan öpüb ikinci mərtəbədən yerə tullandı. Çox keçməmişdi ki, yerdəki sınıq-salxaq nərdivanı pəncərəyə dayadı. Mən ən çox arxada olan yaşıl rəngli bir şeyə baxırdım. Bunu ilk dəfə idi görürdüm. Böyük bir şey hərəkat edir. Hər şey əzib keçirdi. Gözlərim Həmin şeyə dalıb getmişdi. İçimdə qəribə hisslər oyanmışdı. Bu hisslər mənə yad idi. Kəlmələrə ifadə oluna bilməyəcək qədər qarışıq hisslər keçirirdim.

– Zəhra qızım əlimi tut – atam mənə yalvarırmışcasına baxırdı. Mən isə qorxmuşdum. Tərpənə bilmirdim. Birdə necə düşəcəkdim axı o qədər hündürlükdən? Hələ o yaşıl rəngli bədheybət məni yaman qorxuzmuşdu.

– Qızım qorxma! Mən burdayam sadəcə əlini uzat, hər şey yaxşı olacaq – Atamın son sözləri məni inandırmışdı. Nə olur, olsun qəhrəman atamın məni qoruyacağın bilirdim. Bir addım qabağa gəldim gözüm o bədheybətdə idi. Getdikcə yaxınlaşır məni daha da qorxudurdu. Əlimi çəkinərək uzatdım, atamın barmaqlarına toxundum. Əlləri buz kimi və sərt idi. Soyuq əlləri məndən yapışmaq üçün irəli atıldı. Atamın üzündə azca da olsa sevinc cücərməyə başlamışdı. Bu məni də sevindirdi. Birdən həmin bədheybətdən nəsə şığıyaraq nəyəsə saplandı. Atamın üzünə baxdım. Bir andaca çox dəyişmişdi. Gözləri bərəlmiş, ağzından qırmızı rəngdə bir şey boynuna qədər axmışdı. O mənim də üzümə sıçramışdı. Onu birinci dəfə idi ki belə görürdüm. Soyuq əlləri balaca əllərimdən axıb getdi. Atam sanki getdikcə aşağı enirdi. Onu havada son dəfə gördüm. Solmuş gülə bənzəyirdi. Dolmuş gözləri ancaq hələ də məndə idi. Atama nə olmuşdu? Bir anda yerə çırpıldı. Ətrafa həmin qırmızı şey yayıldı. Atam yerdə qəribə bir şəkildə uzanmışdı. Bəs niyə qərarın bir dəyişmişdi? Məni özü ilə aparmamışdı.

”Ata!” – deyə bərkdən qışqırdım. Ancaq o hələ də tərpənmirdi...

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

12:01 8 yanvar 2026
Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

Xoşbəxt adam - Cübran Xəlil Cübranın hekayəsi

16:00 6 yanvar 2026
Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

Can yanğısı – Abdulla bəy Divanbəyoğlunun hekayəsi

12:40 6 yanvar 2026
Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

Ölsəm, bağışla - Anar Şamilin hekayəsi

11:30 6 yanvar 2026
Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

Beşiklə aramdakı məsafə - Reyhan Məcidlinin hekayəsi

10:20 6 yanvar 2026
Sərçənin səyahəti - Andrey Platonovun  hekayəsi

Sərçənin səyahəti - Andrey Platonovun hekayəsi

13:50 5 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər