Qəlblərdə yaşayan qəhrəmanım - Aydan İbrahimli 

Qəlblərdə yaşayan qəhrəmanım - Aydan İbrahimli 
11 dekabr 2021
# 09:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aydan İbrahimlinin “Qəlblərdə yaşayan qəhrəmanım” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

17 Oktyabr, Saat 22:47

Payızın leysan yağışlı, şaxtalı günlərindən biri idi. Soyuq adamın qanını dondururdu. Belə havada yəqin ki bir çox insan evində, isti yorğanın altında olur. Bəli, 9 yaşlı Zərifə də anasını qucaqlayıb televizora baxırdı. Azərbaycan kanalında hazırda gedən İkinci Qarabağ müharibəsindən kadrlar gedirdi. Atəş səsləri, bombalar, havada uçan mərmilər... Çox qorxunc səhnələr...

Zərifə anasına baxıb dedi:

- Ana, atam da oradadır? Nə zaman qayıdacaq? Mən onun üçün çox darıxmışam...

Ananın gözləri doldu. Qızının başına sığal çəkərək dedi:

- Qızım, atan cəbhədədir. O, bizim torpaqlarımızı - əsrarəngiz Şuşanı, Laçını, Kəlbəcərimizi düşmənlərdən geri ala bilmək üçün döyüşür. Atan könüllü olaraq müharibəyə getdi. Onun qəlbindəki Vətən sevgisi çox böyükdür. Ailəsini, hər şeyini geridə qoyaraq, canından keçməyi gözə alaraq savaşa yollandı. İnanıram ki atan bir gün geri qayıdacaq, o zəfərlə qayıdacaq!

Bu sözlərdən sonra Zərifə gülümsəyərək dedi:

- Atam mənim qəhrəmanımdır!

Ananın gözləri fəxarət hissi ilə parıldadı. Bir az sonra qızcığaz yorğun olduğundan anası Zərifəni yatmağa apardı.

Aradan bir neçə gün keçdi. Anasının telefonuna zəng gəldi. Anası "alo" - dedi və qarşılığında eşitdiyi sözlərə dayana bilməyib yerə yıxıldı, hönkürdü, ürəyi sızıldadı... Zərifə heç nəyi anlaya bilmirdi. Bildiyi tək şey var idi. Atası qəhrəmanlıqla şəhid olmuşdu.

Bir gün evlərinin qapısı döyüldü. İçəri keçən Zərifənin əmisi idi. Əmisi də atasıyla birgə cəbhədə vuruşmuşdu. Zərifə əmisinə bir stəkan su verib yanında oturdu.
Qazi əmisi sözə başladı:

- Qızım, Zərifə, atan çox cəsur idi. Sadəcə, atan yox, səngərdəki bütün əsgər yoldaşlarımız igidlik göstərdilər. Biz daim bir idik, birlik idik. Onlar əsl vətənpərvər insanlardır, - deyib cibindən bir məktub çıxartdı və Zərifəyə uzatdı:

- Bunu atan cəbhədə olarkən sənə yazmışdı. Əgər şəhid olsa sənə çatdırmağımı xahiş etmişdi, - dedi. Zərifə kiçik əlləri ilə məktubu açdı. Məktubda yazılmışdı:
Canım qızım, Zərifə! Əgər bu məktubu oxuyursansa, deməli, mən artıq həyatda yoxam. Qızım, bağışla son dəfə səni qucaqlaya, öpüb gül ətrini içimə çəkə bilmədim. Son dəfə səni "qızım" deyə səsləyə bilmədim. Amma Vətənimin müstəqilliyi hər şeydən öndədir. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur.

Torpaq-uğrunda ölən varsa Vətəndir!

Vətən mənəm, Vətən sənsən, Vətən bizik! Vətən uğrunda onun azad və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Atanda ölümsüzlüyə qovuşdu. Mənim üçün darıxsan, göy üzünə bax, səmada ən çox parlayan ulduz görsən, bil ki o mənəm, mən hər zaman səninlə olacam. Əlvida, qızım!

Səni canından çox sevən atan.

Zərifə göz yaşlarını silib sözə başladı:

- O acı xəbəri almamışdan əvvəlki gün anama "Atam mənim qəhrəmanımdır" demişdim, amma indi başa düşdüm ki o yalnız mənim yox, hamının, bu Vətənin igid qəhrəmanıdır. Mən atamla qürur duyuram! Artıq Qarabağımız hər gün mərmilərə məruz qalmayacaq. İndi onun torpağından şən uşaq səsləri, Ana laylası, Azan səsi eşidiləcək.

Atam və onun kimi məğrur, cəsarətli igidlərimiz "Şanlı-Zəfər Tarixi" yazıb ən ali uca zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. Şəhidlərimizin hər biri rəşadətlə yaşayıb ölümü fəth edənlərdəndir. Mən inanıram ki Vətən tarixinə QƏLƏBƏ sözünü qızıl hərflərlə həkk etdirən qəhrəmanlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaqlar!

# 2677 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #