Layihə - Qafar Rüstəmovun yeni hekayəsi

Layihə - Qafar Rüstəmovun yeni hekayəsi
12 aprel 2026
# 12:00

Kulis.az Qafar Rüstəmovun "Layihə" adlı yeni hekayəsini təqdim edir.

Səssizliyi sadəcə kompyuter tuşlarının çıqqılltısı pozurdu. Bəzən çertiyojçulardan biri o biriniə yaxınlaşıb nəsə soruşur və yenə yerinə oturub çıqhaçırıq düymələrə basırdı.

O, ən başda oturub önündəki çertiyojlara baxırdı, qara-qura çizgilər üzərində barmağını gəzdirdikcə fikri qarışır, başını yırğalayıb fikrini cəmləşdirməyə çalışırdı.

Arada bir göy guruldayır, şırhaşır yağan yağışın səsini batırırdı. Tutqun havanın cansıxıcı şuaları jaluz pərdələrin arasından içəri dolurdu. Qıvrım saçlı, eynəkli biri qapını açıb içəri girdi. Qapının açılmağıyla kompyuter tuşlarının səsi kəsliməyi bir oldu. Bir neçə saniyəlik səssizlikdən sonra yenə çıqhaçırıq başladı. Qıvrım saçlı adam inamlı addımlarla yaxınlaşıb əlindəki kağızı onun masasınn üzərinə qoydu. Əndişəli gözlər kompyuter monitorlarının üzərindən baş verənləri oğrun-oğrun süzürdü.

O, kağızı götürüb bir qədər düşündü. Kağızda yazılan adı çağırmaq üçün səslənmək istəyəndə ağzının tamam quruduğunun fərqinə vardı. Dilini ağzında gəzdirib, boğazını yaşladı.
- Azad Qaralı !

Bir iki saniyəlik otağa sakitlik çökdü, çıqhaçırıq kəsildi, bərəlmiş gözlər adı çəkillən adama zilləndi. Azad yenidən düymələri tuşlamağa başladı, klavyaturanın çıqqıltısı otağın səssizliyi içində ürəksıxan cingiltiyə çevrilirdi. O boğazını arıtlayıb bir daha Azadın adını çıkdi
- Azad Qaralı, bu gün işdən azad olunursunuz

Şiddətlə basılan tuşların taqqıltısı qulaq batırırdı. Hamı yerində donmuş kimi mattım-mattım Azadı izləyirdi. O yerindən qalxıb Azada yaxınlaşdı.
- Azad, Azad, Azaaaddd!!

Tuşların taqqıltısı xırıp kəsildi, Azad tər süzülən alnını dəsmalla silib altdan yuxarı ona baxdı, dəhşətlə açılmış gözləri qapqara kömürə bənzəyirdi
-Azad, bu gün işdən azad olunursan, sən buna hazır olmalıydın.
Azad tir-tir titrəyən əllərini masaya dirəyib ayağa qalxmaq istədi, bacarmadı, stola sərələndi. O, əliylə işarə edib iki nəfər çağırdı, həmin iki nəfər tez Azadın qoluna girib ayağa qaldırdılar. O, sakitcə keçib yerinə oturdu, əllərini başına dirəyib gözlərini çertiyojlara dikdi. Qıvrım saçlı adam öndə, Azad iki nəfərə tutuna-tutuna onun arxasınca otaqdan çıxdılar. Otağa yenidən sakitlik çökdü, sonra yenə çıqhaçırıq başladı.

…Yerində nə qədər vurnuxsa da yata bilmirdi. Gözlərini yuman kimi Azadın əzab-iztirablı üzünü görürdü. Bir az yuxulayanda görürdü ki, Azad qaranlıq dumanın içində boğulur, qışqırtısı ulartıya, it zəngiltisinə çevrilir. Öz qışqırtısına yuxudan oyanır, yenidən yuxuya getmə üçün mücadələ edirdi. Nə qədər düşünsə də özünü heç cür təqsirsiz görə bilmirdi. “Axı mən neyləyim, bu layihədir, sabah mənə də get deyəcəklər ” deyə özü özünü təsəlli etməyə çalışırdı, sonra özünün də işdən azad olunacağını düşünüb daha da qorxuya qapılırdı. Elə bu dəm yuxuya dalır, Azadı bürüyən dumanın onu da pəncəsinə keçirdiyini görürdü, qara dumanın içində saysız-hesabsız bədənsiz başlar uçuşurdu, onlardan qurtulmaq üçün qaçır və özünü uçurmdan aşağı atırdı, düşdüyü yerdə eyni hadisə baş verir, yenə qaçır, yenə özünü uçurumdan atırdı.

…Qıvrım saçlı adam bir həftə sonra yenə gəldi. Bu dəfə iki nəfərin adını gətirmişdi.

Getdikcə otaqda adamların sayı azalırdı. Növbə yavaş-yavaş ona yaxınlaşırdı, otaqdakı adamlar getdikdən sonra işçisiz müdiri heç kim vəzifədə saxlayan deyildi. Qorxu getdikcə mücəssəmləşən canavar kimi onu ətrafında fırlanır, asta-asta ona yaxınlaşırdı.

Qapını taqqıldadıb otağa girdi, dostu prosunu ağzında çeynəyə-çeynəyə yazı taxtasında yazılan nəticələrə baxırdı. O, qapını ehmalca örtüb böyük masasının yanındakı stola oturdu. Dostu hələ də fikirli-fikirli rəqəmləri nəzərdən keçirirdi. Gichanı qaşıyıb yorğun səslə dedi.
- Geçikirik, lap geri qalırıq.

Onun əlləri titrədi, dodaqları xəfifcə səyirdi.
- Sizin işlər necə gedir, sizin şöbə ən nümunəvi şöbədir.

O sözə hardan başlayacağına qərar verə bilmədi.
- Düzdür, nümunəvi şöbədir, biz artıq işimizi bitimək üzrəyik, bundan sonra çertiyojçu heç kimə lazım deyil.

Dostunun üzü bir az ışıldadı, stola yayxandı.
- Çox gözəl, əla.
- Ancaq belə sürətli getmək bizə yaramır, hamını işdən çırxaracaqlar.

Dostu ilan vurmuş kimi cəld belini dikəltdi.
- Sən nə danışırsan, mən deyirəm gecikirik, sən gör mən nə deyirsən, bu layihədir, heç kim burda əbədi qalan deyil, layihə bitən kimi məni də işdən çıxaracaqlar, biz işlərimizi daha da sürətləndirməliyik, hər gün zəng dalınca zəng gəlir.

O qeyizlənib əlləriylə stolun kənarlarını sıxdı, namusuna qısılıb səsini çıxarmadı. Layihənin vaxtından əvvəl bitməsinə görə dostu külli miqdar bonus qazanmaq istəyirdi. Layihə plananadan daha əvvəl təhvil verilsin deyə insanlar gecə-gündüz işləyirdi. O sözü dəyişdirib orda-burdan söhbət açdı. O danışdıqca dostu divarda asılan rəqəmləri vurub çıxır, arada bir heyfislənib başını yırğalayırdı.

…Qıvrımsaç adam otaqdakı son admı da aparandan sonra otaqda tək qaldı. Boş otaq onu vahimələndirirdi. Boş masaların arasında gəzə-gəzə orda oturan insanlar haqqında xatirələri beynində canlanıdırırdı. Bəzən ona elə gəlirdi ki, otaqda kimsə var, hətta kimsə klavyaturalara asta-asta basırdı. Ancaq hansı tərəfə dönsə orda heç kimi görə bilmirdi. Yorğun-arğın gəlib yerinə oturdu. Dumanlanan gözünü otağa dikdi, işçiləri oturduqları yerlərində xəyal etdi, qulağın yenə çıqhaçırıq səsləri gəlməyə başladı, elə bil masa başında oturan adamlar xortlayıb yerlərində oturmuşdular, qanlı əlləriyə kalviyatura düyəmələrini taqqıldadır, onun acığına çaqqal kimi ulayırdılar. O yerindən qalxıb qapıya tərəf yaxınlaşdı. Taqhataraq getdikcə şiddətlənir, xortlaqların ulartısı tükürpədən ilan fısılıtısına çevrilirdi.
Qapını var gücüylə döyməyə başladı. Xoşbəxtlikdən heç bir xortlaq ona tərəf gəlmirdi, hamısı klavyaturaya tuşlamaqla məşgul idilər. “Qapını açın” deyə bir neçə dəfə bağırdı. Qapını açan həmin qıvrım saç adam idi.

- Gedək, sənin də vaxtın gəldi.

O qıvrım saçın nə dediyini dərk etmədi, tez özün otaqdan bayıra atıb qapını bağladı.
- Mən dostumu görmək istəyirəm,

Qıvrım saç gülmsədi
- Rəsmi yerlərdə Akif bəyə dost deməyiniz etik deyil, məni elə Akif bəy göndərdi, öncə mühasibatlığa getməliyik.

“Akif bəy göndərdi?” deyə öz özünə pıçıltıyla soruşdu. Onlar nərdivana yaxınlaşıb aşağı düşməyə başladılar. Dairəvi nərdivanda o qədər fırlandılar ki az qalırdı başı gicəllənib yerə yıxılsın, qıvrım saçınsa heç bir şey vecinə deyildi, əmr almış kimi eyni ritimdə nərdivandan aşağı addımlayırdı.

- Mühasibatlıq niyə bu qədər aşağıdır?
- Akif bəy belə məsləhət görüb, əslində ondan da belə tələb ediblər.

“Ondan belə tələb ediblər” deyə öz-özünə deyindi. Nərdivanı düşə-düşə axırda gəlib karidora çatdılar. Boyası qopub tökülmüş dar koridorun döşəməsində lehmə dolu xırda gölməçələr vardı. Közərən floresans lampalar karidoru sonsuz tunelə bənzədirdi. Uzun müddət gedəndən sonra koridorun sonundakı qapıya yaxınlaşdılar. Qapını döyən kimi içəridən “gəlin” səsini eşitdilər.

İçəridə saçları bir birinə qarışmış, ortaboy, tosqun bir adam oturmuşdu. Mühasib kağzı onun önə qoyub imzalayacağı yeri göstərdi. O da muti halda kağızı imzaladı.

Mühasib ayağa qalxıb boğazını arıtladı.

- Cənab, siz bizim layihəmizin həyata keçirilməsində çox mühim rol oynadınız, həm siz, həm də komandanız bizim üçün çox dəyərli idi.

O təşəkkür mənasında başını tərpətdı. Mühasib şkafı açıb tapancanı çıxardı, “çox sağ olun” deyib onun alnına iki əl atəş açdı.

# 78 dəfə oxunub

Oxşar xəbərlər

Damdakı adam - Sara İbrahimin yeni hekayəsi

Damdakı adam - Sara İbrahimin yeni hekayəsi

10:00 12 aprel 2026
Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

12:00 11 aprel 2026
"İynə vurdurmasam, gecə yata bilməyəcəkdim" - Əsgərlikdən sonra başıma gələnlər

"İynə vurdurmasam, gecə yata bilməyəcəkdim" - Əsgərlikdən sonra başıma gələnlər

10:00 11 aprel 2026
Uçuş -  Sülhiyyə Şirinovanın hekayəsi

Uçuş - Sülhiyyə Şirinovanın hekayəsi

16:50 10 aprel 2026
"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

"Yaddaş məğlub edə bilməyəcəyimiz yeganə düşmən ordusudur" - Serb yazıçıdan sitatlar

17:10 9 aprel 2026
Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

Arzusuz illər - Samirə Əşrəfin yeni hekayəsi

12:00 7 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər