Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu
10 aprel 2026
# 14:45

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində muğam axşamı keçirilib.

Kulis.az xəbər verir ki, Sumqayıt bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub, tamaşaçılara unudulmaz və yüksək zövqlü musiqi anları yaşadılıb.

Muğam axşamını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri izləyiblər.

Səhnəyə çıxan ifaçılar - Nisbət Sədrayeva, Rəvan Qaçayev, Ayşən Mehdiyeva, Aytac Bəybalayeva, Murad Laçın, Gülnar Qüdrətli, Məftun Səfərov və Xəyal Hüseynov ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar. Onların ifasında səslənən muğam parçaları milli musiqimizin dərinliyini, emosional zənginliyini və bədii gücünü bir daha nümayiş etdirib. İfaçıları peşəkar musiqiçilər - Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Röya Hacıyeva (kanon), Rəfael Əsgərov (balaban), Əhməd Əhmədov (qarmon), Səfərəli Məhəmmədəliyev (piano), Siyavuş Kərimov (nağara), Səyyar Teymurov (bəm nağara) müşayiət ediblər. Muğamın klassik ruhu səhnədə dolğun şəkildə təqdim olunub və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Tədbirin sonunda bildirilib ki, Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi bundan sonra da aktiv fəaliyyət göstərəcək, mütəmadi olaraq müxtəlif mədəni tədbirlərə ev sahibliyi edəcək və şəhərin mədəni həyatına mühüm töhfələr verməyə davam edəcək. Eyni zamanda, yaxın günlərdə keçiriləcək tədbirlər də elan olunub. Belə ki, aprelin 12-də mərkəzdə uşaqlar üçün “Qaraca qız” kukla teatrı tamaşası təşkil olunacaq, aprelin 24-də isə tanınmış müğənni Elton Hüseynəliyevin konserti baş tutacaq.

Qeyd edək ki, Sumqayıt Bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu il noyabrın 21-də istifadəyə verilən mərkəz bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha sübut edir.

# 906 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər