İrəvan Teatrında “Stalin – İzm” tamaşasının məşqləri davam edir

İrəvan Teatrında “Stalin – İzm” tamaşasının  məşqləri davam edir
10 aprel 2026
# 15:18

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında görkəmli sənətkar, Xalq yazıçısı Elçinin “Stalin” pyesi əsasında Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin quruluşunda qeyri-səlis məntiq sistemi ilə hazırlanan “Stalin – İzm” tamaşasının məşqləri aparılır. Rejissor “Stalin”i “Stalin – İzm” konsepsiyası ilə təqdim edib.

Kulis.az xəbər verir ki, tamaşada Stalin repressiyasına məruz qalmış xalqların, o cümlədən də Azərbaycanın elm və sənət xadimlərinin taleyindən qara xətt kimi keçən dramatik və faciəvi hadisələr müasir teatr ifadə vasitələri ilə mizanlaşdırılır.

“Qlobal mədəni mühit mlli koloritlə yoğrularaq səhnə təcəssümünə çevrilir. Acı talelərin canlı faciəsini əhatə edən gərgin hadisələr cərəyanı ilə zənginləşən epizodlar biri digərini əsaslandıran ştrixlərlə öz dinamikasını inkişaf etdirir. Bu proses müəllifin Stalin personajı tipində və onun ideoloji düsturunda formalaşdırdığı dramaturji materialdan irəli gələn, “sovetlər ölkəsi”nin “həbsxana cəmiyyəti” strukturunda idarə edilməsinə ömrünü vermiş qaniçən vandalın həyat hekayəsini eskizləyən tablosunda, müəllufin orijinal formada qurduğu səhnə-oyun üslubunda – Elçin teatrı strukturuna uyğun təzahürdə səciyyələnir. Bu orilunal yaradıcılıq prosesi müəllifin rejissor təxəyyülü ilə paralelləşən duyğusal hisslər məcmusudur.

Tamaşada obrazları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Esmiralda Şahbazova, Xatirə Süleymanova və digər aktyorlar canlandırır. Səhnə əsərinin premyerasının mayın 13-də keçirilməsi planlaşdırılıb”,-deyə o əlavə edib.

# 1416 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər