Həmin kişini yenə gördüm – Cümşüd Aydəmirov

Cümşüd Aydəmirov

Cümşüd Aydəmirov

17 dekabr 2021
# 12:24

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Cümşüd Aydəmirovun “Həmin kişini yenə gördüm” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

...Bu gün o kişini yenə gördüm. Düz bir ay bundan qabaq avtobus dayanacağında gördüyüm həmin kişini. Ortaboylu, təxminən 50 yaşlarında nimdaş, amma səliqə ilə geyinmiş həmin kişini eyni ilə həmin paltarda, həmin sarı rəngli kurtkada görmüşdüm və onunla əlaqəli bir hadisəni uzun müddət unuda bilməmişdim. Hadisə mənə necə təsir eləmişdisə hisslərim fb səhifəmdə "Bu gün sənin günün deyil" adlı şeirə çevrildi. Elə indi də həmin mənzərə gözüm önündə canlanır.

...Universitetin yuxarı kursunda oxuyan sonbeşik qızımla harasa getmək üçün avtobus dayanacağın yaxınlaşanda, orada iki üç nəfərin avtobusu gözlədiyinin şahidi olduq. Təxminən əlli yaşlarında bir kişi mənə yaxınlaşaraq, hansı avtobusu gözlədiyimi soruşdu və məndən avtobusda gediş üçün "metro kartın" olub olmadığını soruşdu. Təsdiq cavabını alandan sonra özünün gediş kartının olmadığını bildirdi və mənim kartımdan istifadə üçün razılıq istəyərək, sonda dodaqaltı nə isə dedi. Onun son olaraq, nə dediyini eşitmədim, təəssüflə kartımda iki nəfər üçün gediş haqqının qaldığını bildirib, dayanacağa yaxınlaşan avtobusa mindik.

Avtobusa minənlərin arasında həmin kişini görməyib, narahatlıqla öz-özümə deyindim:

“Niyə minmədi ki... Pulunu ödəyib sərnişinlərdən birinin kartından istifadə edə bilərdi axı...”

Sözlərimi eşidən qızım dönüb mənə baxdı:

- Ata, sən axı sonda onun nə dediyini eşitmədin?! O dedi ki, düzü, heç getməyə pulum da yoxdu.

Bu sözləri eşidib çox pis oldum. Artıq avtobus yola düşmüşdü. Heç nə edə bilməzdim.

Bütün günü çisələyən, sonradan getdikcə güclənən yağışda kişinin nə edəcəyi fikri məni tərk eləmədi.

Peşmanlıq və məyusluq hissi məni necə götürdüsə, onların təsiri altında şeir yazdım.

İndi üstündən bir ay keçəndən sonra həmin kişini iri marketlərdən birinin qabağında durub əlində sellofan turba və turbanın lap dibində yalnız bir çeşiddə azca ərzağın olduğunu gördüm... Gözləri harasa uzaqlara zillənmişdi.

Özündə deyildi. Görəsən nə fikirləşirmiş...

# 3553 dəfə oxunub

Oxşar xəbərlər

"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan  sitatlar

"Tarix -zaman keçdikcə yalanlara çevrilən həqiqətlərdir..." - Jan Koktodan sitatlar

10:00 5 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
"Dünən susanlar, sabah da susacaqlar..."  - Nobel Sülh Mükafatçısı  Elie Vizeldən sitatlar

"Dünən susanlar, sabah da susacaqlar..." - Nobel Sülh Mükafatçısı Elie Vizeldən sitatlar

14:30 2 iyul 2026
"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

"Biz bütün səadətimizi dörd gündə yaşadıq..." - "Əcəl zəngi"ndən bir hissə

12:30 2 iyul 2026
"Sevməyin  hər şey olduğunu öyrəndim..."  - Herman Hesse

"Sevməyin hər şey olduğunu öyrəndim..." - Herman Hesse

11:30 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər