Bu gün rus yazıçı Leonid Leonovun anım günüdür.
Kulis.az onun sitatlarını təqdim edir.
Bütün qələbələr insanın özü üzərində qazandığı qələbədən başlayır.
***
Dünyanın bütün uşaqları eyni dildə ağlayır.
***
Söyüş və təhqir hər zaman qüsurlu təfəkkürün əlaməti olmuşdur.
***
Əgər həyatda nəsə etməyə məhkum olunmuşuqsa və bu, təkcə Vətən sarı uçan güllənin qabağına sinə gərməkdən ibarətdirsə, elə bunun üçün də dünyaya gəlməyə dəyərdi!
***
Məbədin kandarındaca mömündən müstəqil təfəkkürdən tamamilə imtina etməyi tələb etmək dindar tipli bütün icmalara xasdır.
***
Ən amansız düşmənlərdən inciməzlər, onları öldürərlər!
***
Məhəbbət... dünyada ən dözümlü şeydir. İnsani namusun, qürurun, vicdanın tab gətirmədiyi hər şeyə məhəbbət dözər... hələ üstəlik özündən də nə isə əlavə edər.
***
Təbiətdə murdar heç nə yoxdur, ağa, bütün murdarlıq insandan gəlir.
***
Unutmayın: asanlıqla, zəhmətsiz əldə edilən hər şey çox şübhəli dəyərə malikdir.
***
Həyat dediyin çox qısadır, eynilə cəbhə səngərindəki mərci şorbası kimi... hələ tələsik, yana-yana iki qurtum almağa macal tapmamış, qazançanı əlindən vurub salırlar.
***
Ağıllı adam insanı dünən kim olduğuna görə deyil, sabah kim olacağına görə mühakimə edər.
***
Elə nifrət var ki, hətta heyvani qorxudan da güclüdür...
***
Baxıram ki, indi bütün adamlar iki qismə bölünüb: yeyilənlər və yeyənlər.
***
Dünyada hər şey böyük təkərin altında qaldıqdan sonra yumşalır, hətta daş da.
***
...Kitablar səhradakı quyular kimi hamıya məxsusdur.
***
Ağıllı vicdan hər zaman vicdanlı ağıldan daha ağıllıdır!