Zülfiyyə Qurbanova: "Niyə adım və ya mükafatım yoxdur?"

Aktrisa Zülfiyyə Qurbanova

Aktrisa Zülfiyyə Qurbanova

25 may 2023
# 13:50

Aktrisa Zülfiyyə Qurbanova ölkəmizdə aktyorlar arasında birliyin olmamasından şikayətlənib.

Kulis.az xəbər verir ki, aktrisa bu barədə özünün feysbuk hesabında paylaşım edib. Sözügedən paylaşımı təqdim edirik.

“Yazım ürəyimdə qalıb məni incidənə qədər deyim, sizi incitsin... Ölkəmizin aktyorları qədər birliyi olmayan, bir-birini dəstəkləməyən, ümumiyyətlə, həmfikir olmayan ikinci bir ölkə aktyorları (aktrisaları) tanımıram. Nə zaman hansısa kanalda aktyorların (çəkiliş, qonarar və s.) problemlərinə toxunan mövzular barədə fikir bildirmişəmsə, heç bir zaman paylaşıma dəstək xarakterli yazı belə yazmayıblar... Bəyənməyiblər də.

Elə bilirsiz görmürlər? Çox gözəl görürlər... Bütün günü sosial şəbəkələrdə oturub başqa ölkənin bizə aid olmayan məişət söhbətlərini, cəmiyyətimizin lazımlı və lazımsız bütün məsələlərini status halına gətirib lağlağı edə bilirlər amma.

Niyə səslərini çıxarmırlar? Qorxurlar ki, hansısa rejissor oxuyar, sonra bunları çəkməz. Amma haradasa hansı biri ilə rastlaşanda "gördüm çıxışını, razıyam" deyirlər" Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir.

Ona görə, özümə söz vermişəm, bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqladıracam. 20 ildir bu sahədəyəm, niyə adım və ya mükafatım yoxdu? Halbuki işlərimlə dünyanı gəzmişəm. Hələ yerli filmlərdəki rollarımdan danışmıram... Havayı heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz mən nədən danışıram”.

# 6672 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

17:00 25 iyun 2026
İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

16:43 25 iyun 2026
Söhrab Tahirin 100 illiyi münasibətilə tədbir təşkil olundu

Söhrab Tahirin 100 illiyi münasibətilə tədbir təşkil olundu

16:00 25 iyun 2026
Antonio Qaudinin şedevri - Onu niyə  "Yoxsulların kilsəsi" adlandırırdılar?

Antonio Qaudinin şedevri - Onu niyə "Yoxsulların kilsəsi" adlandırırdılar?

15:30 25 iyun 2026
Topqapı Sarayı dünyanın ən baha girişi olan turistik məkanlar siyahısında

Topqapı Sarayı dünyanın ən baha girişi olan turistik məkanlar siyahısında

15:10 25 iyun 2026
İspaniya və Portuqaliyadakı mağaralarda qədim insan DNT-si tapıldı

İspaniya və Portuqaliyadakı mağaralarda qədim insan DNT-si tapıldı

14:30 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər