Əzab nədir, sevgilərin sonrası? - Yeni şeirlər

Əzab nədir, sevgilərin sonrası? - Yeni şeirlər
25 fevral 2020
# 17:09

Kulis.az Rauf Ranın yeni şeirlərini təqdim edir.

Küçədəki bomjun
zibil qutusunda
çörək axtarması kimi
axtarıram uşaqlığımı
ömür dediyinizdə...

***

Yer üzündən qalxan kosmik gəmi
güllə kimi açılır
ucsuz-bucaqsız uzaqlara...
Tarix yazır:
güllələr çıxdılar yaşam axtarışına,
gülümsəyərək...

***

Qürub,
tək ayaqla addımlayır əlil uşaq,
Fırladır əsasıyla
yorulmuş Yer kürəsini.

***

Bir gün
dar ağacındakı ip də
asdı özünü dar ağacından,
amma bacarmadı çəkməyi,
ayağının altından insanları...

***

Bir gün tanrı götürüb topunu
oynamıram deyib gedəcək evinə.
Və sənin duaların heç kimə çatmayacaq.

***

Avreliyə...

Əzab nədir, Avreli,
Sevgilərin sonrası
bir gedişin ağrısı?
ya kasıb bir daxmada
bir gecənin yarısı
südsüz qalan körpənin
süd dişinin ağrısı?

***

İndi səni unutmaq
yol kənarında əl açan
dilənçi yanından:
- yalançıdır, deyib
keçmək kimi...
Keçirsən,
və qəfil dayanırsan:
- birdən əgər deyilsə...

# 3249 dəfə oxunub

Oxşar xəbərlər

Emil Nəsirlinin "Prezident" kitabının təqdimatı keçirildi

Emil Nəsirlinin "Prezident" kitabının təqdimatı keçirildi

21:15 11 mart 2026
Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - Üzr istəyəcək

Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - Üzr istəyəcək

17:26 11 mart 2026
İtaliya Papanın gənclik tablosunu rekord məbləğə satın aldı

İtaliya Papanın gənclik tablosunu rekord məbləğə satın aldı

16:45 11 mart 2026
"Səbəbkar Rəşad Dağlıdır" -  Balaəli Namiq və Pərvizdən danışdı

"Səbəbkar Rəşad Dağlıdır" - Balaəli Namiq və Pərvizdən danışdı

16:40 11 mart 2026
“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin təqdimatı keçirildi

“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin təqdimatı keçirildi

16:15 11 mart 2026
Məşhur perulu yazıçı dünyasını dəyişdi

Məşhur perulu yazıçı dünyasını dəyişdi

15:15 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər