“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi keçirildi

“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ”  layihəsi keçirildi
22 may 2018
# 14:18

Azərbaycan Dillər Universitetində “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə dahi bəstəkar Qara Qarayevin 100 illiyik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəni Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri İlahə Qismət öncə təşkilatın fəaliyyəti, ardından isə layihə haqqında ətraflı məlumat verib. Həmçinin, layihənin hazırlanmasında əməyi keçən qurumlara öz təşəkkürünü bildirən İ.Qismət layihənin təkcə Qara Qarayev yaradıcılığına deyil, ümumən Azərbaycan musiqi sənətinə diqqət kimi dəyərləndirib.

Azərbaycan Dillər Uniiversitetinin məsul şəxsi Bədirə Kərimova çıxışında Qara Qarayevin həyat və yaradıcılığına qısa nəzər salıb.

Tədbirdə, həmçinin, mərhum bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş video-çarx, ardınca musiqili konsert proqramı və layihə çərçivəsində keçirilən müsabiqədə yer tutmuş musiqişünasların çıxışları səsləndirilib. Musiqi repertuarında Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Q.Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer alıb. Belə ki, səhnədə Q.Qarayev - “Eskiz”, “Violinvə f-noüçünsonata”, Prelüd, A. Əzimov - “Violinvə f-noüçünsonata-poema”, A.Məlikov -”Prelüd”, V.Adıgözəlov - “Laylay”, İlahə Qismət - “Xatirələr” romans, Aysel Hacıyeva - “Mavigözlüm” romans, Nigar Əliyeva “Soyqırım” kvintet, Vüqar Məmmədzadə “Kvartet” ifa olunub.

Mərasimdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olub. Eyni zamanda, layihə çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı Q.Qarayev - 100 adlı sərgi də nümayiş olunub.

Sonda MƏİDİB Sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakültəsinin dekan müavini Bədirə Kərimova tərəfindən layihənin 15 fəal iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılıb.

# 1229 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər